FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Qafqazda ən böyük soyqırımı
30-03-2023, 16:05 | TƏDQİQATLAR-ANALITIKA
Qafqazda ən böyük soyqırımı

N. Şavrov daha sonra qeyd edir ki, XX əsrin əvvəllərində Cənubi Qafqazda 1,3 milyon nəfər ermənidən bir milyonunu ruslar köçürüblər. Çar Rusiyasının erməniləri köçürməkdə əsas məqsədləri Qafqaz regionunda ən güclü etnik və siyasi amil olan türk-müsəlman əhalisinə qarşı xristian azlığını süni şəkildə artırmaq, əsrlər boyu Qafqazda dominant rol oynamış Azərbaycan türklərinin dövlətçilik ənənələrini ləğv etmək, regionu erməni gəlmə ünsürünün hesabına daim etnik münaqişələr fonunda uzunmüddətli təsir dairəsində saxlamaq və təbii resurslarını maksimum şəkildə mənimsəmək idi. Qafqazda ilk terror təşkilatları ermənilər tərəfindən yaradılıb. “Armenakan”, “Hnçak” və “Daşnaksütyun” kimi erməni terrorçu partiyalarının əsas məqsədi Şərqi Anadolu və Azərbaycan ərazisinin yerli sakinləri olan türk-müsəlman əhalisini soyqırımına məruz qoyaraq bu ərazilərdə qondarma Ermənistan dövləti yaratmaq idi. Qaraçı hay qəbiləsinin törəməsi olan ermənilər tarix boyu sahib olmadıqları vətən və dövlət anlayışlarını məhz Şərqi Anadoluda və Azərbaycan torpaqlarında reallaşdırmaq istəyirdilər.
Ermənilər Azərbaycan xalqına qarşı ilk kütləvi qırğınları 1905-1906-cı illərdə törətdilər. Həmin illərdə Azərbaycanın müxtəlif ərazilərində erməni silahlı dəstələri tərəfindən 200-dən artıq kənd və 8 şəhər dağıdıldı. Bu zaman onların İrəvan, Naxçıvan, Dərələyəz, Göyçə, Ağbaba, Şörəyel, Sürməli, Qarabağ, Zəngəzur, Gəncə, Qazax və Borçalıda törətdikləri soyqırımı tədbirləri nəticəsində 10 min nəfərdən çox dinc azərbaycanlı qətlə yetirildi. Bu kütləvi qırğınlar haqqında XX əsrin əvvəllərində əslən şuşalı olan tarixçi, rəssam və xəttat Mir Möhsün Nəvvab “Erməni-müslman davası”, tanınmış yazıçı M.S. Ordubadi isə “Qanlı illər” adlı kitablarında ətraflı məlumat veriblər.
1905-ci ilin mayında Bakı qubernatoru knyaz M. Nakaşidze “Daşnaksütyun” partiyasının 22 yaşlı üzvü Dro Kanayan tərəfindən qətlə yetirildi. Bu fakt erməni terrorunun təkcə azərbaycanlılara qarşı yox, digər millətlərin də nümayəndələrinə qarşı amansız olduğunu göstərir. 1914-cü ilin iyulunda Birinci Dünya müharibəsinin başlanması ilə Qafqaz regionunda hərbi-siyasi vəziyyət gərginləşdi. O zaman Qafqaz cəbhəsində ruslar Osmanlı ordusuna qarşı döyüşlərdə erməni terror təşkilatları ilə əlbir hərəkət edirdilər. 1917-ci ilin fevralında Rusiya imperiyasında inqilab nəticəsində Romanovlar sülaləsi devrildi. Həmin ildə“Oktyabr çevrilişi” nəticəsində bolşeviklər hakimiyyətə yiyələndilər. Noyabrın 2-də Bakı Sovetinin İcraiyyə Komitəsi şəhərdə ali hakimiyyət orqanı elan olundu və onun sədri Azərbaycan xalqının qəddar düşməni olan Stepan Şaumyan seçildi. S. Şaumyan 1917-ci il dekabrın 16-da Rusiya bolşeviklərinin rəhbəri V.İ. Lenin tərəfindən Qafqaz üzrə fövqəladə komissar təyin edildi. Bolşevik şineli geyinmiş bu erməni terrorçusu 1918-ci ilin mart-iyul aylarında minlərlə dinc azərbaycanlı əhalinin soyqırımına məruz qalması haqqında qərarlar vermişdir. S. Şaumyan Bakıda Qriqori Korqanovunrəhbərliyi ilə “Qırmızı ordu” adlandırılan 20 min nəfərlik ordu təşkil etdi. Mart soyqırımı ərəfəsində Bakıda qanunsuz şəkildə cəmləşmiş və S. Şaumyandan soyqırımı əmri gözləyən hərbi qüvvələrin tərkibinə nəzər salaq:

1) Birinci Dünya müharibəsində Osmanlı cəbhəsindən geri dönən 6 min nəfərlik çar ordusunun qalıqları. Bu hərbi qruplaşmanın əksəriyyəti Bakı Sovetinin tabeliyinə keçmişdir; 

2) “Daşnaksütyun” partiyasının təşkil etdiyi 4 min nəfərlik silahlı dəstə;

3) Birinci Dünya müharibəsinin əvvəlində – 1914-cü ilin avqustunda yaradılmış və “Vəhşi diviziya” adı ilə tanınan“Qafqaz yerli süvari diviziyası”nınbir neçə alayı.  

1918-ci ilin yanvarında Müsəlman Korpusunun komandanı general-mayor Əsəd bəy Talışinskinin Bakıda həbs edilməsi şəhərin dinc azərbaycanlı əhalisinin etirazına səbəb oldu. Mart ayında Bakıda siyasi vəziyyəti gərginləşdirən digər bir hadisə isə Bakı Sovetinə seçkilərdə azərbaycanlıların ən böyük milli partiyası olan “Müsavat” partiyasının böyük səs çoxluğu ilə qələbə qazanması idi. Martın 15-də S. Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti “Daşnaksütyun” partiyası ilə Azərbaycan xalqına qarşı soyqırımı təşkil etmək üçün birgə fəaliyyət göstərmək haqqında gizli saziş bağladı. Bundan sonra S. Şaumyan “Daşnaksütyun” partiyası və Erməni Milli Şurası ilə əlbir hərəkət edərək Bakıda və Azərbaycanı digər bölgələrində dinc əhaliyə qarşı soyqırımı həyata keçirmək üçün öz iyrənc planını işə saldı. Soyqırımına başlamaq üçün S. Şaumyana sadəcə bir bəhanə lazım idi. Bunun üçün də o, martın 29-da Bakı limanından “Evelina” gəmisi ilə Lənkərana getmək istəyən müsəlman əsgərlərini tərksilah etmək haqqında əmr verdi. Martın 30-da azərbaycanlı əhali əsgərlərin silahlarının geri qaytarılmasını tələb etdikdəerməni kilsəsinin yanında cəmləşmiş daşnak dəstələri saat 17:00-da ilk atəş açaraq dinc əhaliyə qarşı soyqırımına başladılar. Bununla da, S. Şaumyanın təxribat planı baş tutdu. Martın 31-də səhər açılan kimi toplar və pulemyotlarla silahlanmış bolşevik-daşnak qüvvələri şəhərin demək olar ki, bütün məhəllələrində azərbaycanlıları vəhşicəsinə qətlə yetirir, binaları yandırır və dağıdırdılar. Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyi yanında 1918-ci il iyulun 15-dən 1920-ci ilin aprelinədək fəaliyyət göstərən Fövqəladə Təhqiqat Komissiyasının aktlarından məlum olur ki, 1918-ci il martın 30-dan aprelin 2-dək 3 gün ərzində yalnız Bakı şəhərində 12 min nəfərdən çox azərbaycanlı öldürülmüşdü. Bütövlükdə isə Bakı quberniyasında sentyabrın 15-dək davam etmiş kütləvi qırğınlar nəticəsində 50 min nəfərdən çox dinc azərbaycanlı əhali qətlə yetirildi. Bakıda “Təzəpir məscidi”nin və “Şah məscidi”nin minarələri top atəşinə tutuldu, “İsgəndəriyyə” və “İslamiyyə” mehmanxanaları dağıdıldı, Tağıyev teatrı, “İsmailiyyə” binası, “Açıq söz” və “Kaspi” qəzetlərinin redaksiyaları yandırıldı. 

Bolşevik-daşnak hərbi birləşmələri Bakıdan başqa Azərbaycanı digər şəhərlərində də soyqırımını xüsusi amansızlıqla həyata keçirdilər. S. Şaumyan hələ martın 17-də Bakıdan 2 min nəfər silahlı dəstəni Şamaxı qəzasına göndərmişdi. Mart-aprel aylarında S. Lalayan və T. Əmiryanın terrorçu dəstələri Şamaxı qəzasının 58 kəndini viran edərək, 8 min nəfərdən çox dinc sakinini qətlə yetirmiş və Şamaxı Cümə məscidini yandırmışlar.“Azərbaycan” qəzetində Şamaxıya hücum edən düşmən ordusunun 4 min nəfər olduğu, onların isə yüzdə səksəninin erməni olması göstərilir. “Hümmət” qəzetində “Şamaxı əhvalı” adlı məqalədə Şamaxı şəhərinin bütünlüklə yandırıldığı qeyd edilib.

Mayın 1-də Qubaya hücum edən S. Hamazaspın başçılıq etdiyi 5 min nəfərlik daşnak dəstəsi S. Şaumyandan buradakı bütün müsəlmanları qətlə yetirmək, kəndləri viran qoymaq və bu hadisəni sünni və şiə əhalisi arasında münaqişə kimi qələmə vermək tapşırığı almışdı. Bu zaman daşnaklar Quba, Qusar və Xaçmaz ərazilərində 26 məscidə od vurub yandırdılar. Bütövlükdə isə Quba qəzasında 17 min nəfərə yaxın dinc azərbaycanlı əhalini qətlə yetirildi. Bakı, Şamaxı və Quba ilə yanaşı Lənkəran, Kürdəmir, Salyan, Göyçay, Naxçıvan, İrəvan, Göyçə, Vedi, Ağbaba, Şörəyel, Şərur- Dərələyəz və Zəngəzur qəzalarında da on minlərlə dinc azərbaycanlı əhalisi erməni daşnakları tərəfindən qətlə yetirildi. Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində təkcə Zəngəzur qəzasında 115 kəndin viran edildiyi, 10 min nəfərdən çox dinc azərbaycanlı əhalinin qətlə yetirildiyi, onun isə 2200 nəfərinin uşaq olduğu qeyd edilib. Şərqi Anadoluda yerli türk-müsəlman əhalisinə qarşı qanlı əməlləri ilə tanınan erməni qulduru Andranik Ozanyan 1918-ci ilin mayından 1919-cu ilin martınadək Göyçədən Urmiya hövzəsinə və Zəngəzuradək böyük bir coğrafiyada 100 min nəfərdən artıq azərbaycanlı əhalini soyqırımına məruz qoydu. 1920-ci ilin martında “Nyu York Tayms” qəzetinin “Cari Tarix” bölməsinin 11 cildinin 2-ci sayında dərc edilmiş “Qafqazda yeni respublikalar” sərlövhəli məqalədə 1918-ci ilin martındaBakı şəhərində və ətraf bölgələrdə bilşeviklərin ermənilərlə birlikdə azərbaycanlılara qarşı milli qırğın törətməsindən bəhs edilir.

Beləliklə, 1918-ci il Mart soyqırımı erməni daşnaklarının Qafqazda törətdiyi ən qanlı hadisə kimi tarixə düşdü. 1918-ci il Mart soyqırımına ilk dəfə tarixi qiyməti Azərbaycan Respublikasının Prezidenti Ümummilli lider Heydər Əliyev verdi. Onun 1998-ci il 26 mart tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin verdiyi qərarla 1918-ci ildə Qubada erməni silahlı dəstələri tərəfindən qətlə yetirilən şəhidlərin xatirəsinə Quba Soyqırımı Memorial Kompleksi yaradıldı. Azərbaycan tarixinin qanla yazılmış səhifəsi olan 1918-ci il Mart soyqırımı XX əsrin ən böyük faciələrindən biridir.

Ramin Əlizadə
AMEA Tarix İnstitutunun böyük elmi işçisi


 




Baxış sayı: 245
Yuxusuz qalmağın fəsadları Bu gün, 10:00 Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərəyə növbəti köç karvanları yola salınıb Bu gün, 09:00 Böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun övladı ilə bağlı nəşr Bu gün, 08:00 ABŞ-da azərbaycanlıların Ermənistanda etnik təmizləməyə məruz qalmasına dair beynəlxalq konfrans keçirilib Bu gün, 07:00 İran MAQATE müfəttişlərinin nüvə obyektlərinə girişinin müzakirəsi şərtini açıqlayıb Dünən, 21:00 XİN: Fransanın regionla bağlı köhnəlmiş və birtərəfli yanaşması etibarlı tərəfdaş imicinə zərbə vurur Dünən, 19:00 Baku hosts official opening ceremony of OIC Parliamentary Union Conference Dünən, 16:30 Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş biblioqrafik göstərici Dünən, 16:00 Türk coğrafiyasının genişlənməsi strateji hədəfə çevrilməlidir Dünən, 11:30 Prezident İlham Əliyev: İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib Dünən, 11:30 Prezident Beynəlxalq Konfrans İştirakçılarına müraciət ünvanlayıb Dünən, 11:00 Yüksək qan təzyiqinin gizli təhlükəsi haqqında Dünən, 09:30 COP29 irsi, COP30 gündəliyi və COP31 hədəfləri Londonda müzakirə olunub Dünən, 08:30 İrəvan Teatrında “Stalin – İzm” tamaşasına ictimai baxış olub Dünən, 08:30 NATO çərçivəsində Avropa müttəfiqlərimizdən daha böyük məsuliyyət gözləyirik Dünən, 07:30 Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarının qrafiki açıqlanıb 23-06-2026, 19:30 Transxəzər fiber-optik layihəsi üçün kabel "Azərbaycan" gəmisi ilə Bakıya çatdırılıb 23-06-2026, 16:30 Президенту Туркменистана преподнесен в дар карабахский скакун 23-06-2026, 15:30 Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə diqqət yetiriblər 23-06-2026, 15:00 Presidents Ilham Aliyev and Serdar Berdimuhamedov viewed bullet-riddled busts of Azerbaijan’s prominent figures in Shusha 23-06-2026, 14:30 Qarabağda aparılan yenidənqurma işləri beynəlxalq platformada 23-06-2026, 11:30 XİN: Ölkəmizin inkişafında dövlət qulluqçularının rolu əvəzsizdir 23-06-2026, 11:00 Qarabağ və Şərqi Zəngəzurdakı bərpa işlərinə Türkmənistanın dəstəyi yüksək qiymətləndirilib 23-06-2026, 09:00 23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır 23-06-2026, 09:00 Qazaxıstan Orta Dəhlizin inkişafı üçün razılaşmalar əldə edib 23-06-2026, 09:00 Qalibaf: İran Hörmüz boğazını beynəlxalq qaydalara uyğun idarə edəcək 23-06-2026, 08:30 Nazirlər Kabineti QHT-lərin maliyyələşdirilməsi ilə bağlı “bir pəncərə” sisteminin tətbiqinə dair qaydaları təsdiq edib 22-06-2026, 17:30 Sərdar Berdiməhəmmədov: Türkmənistanla Azərbaycan arasında əməkdaşlıq ölkələrimizin uzunmüddətli maraqlarına cavab verir 22-06-2026, 17:00 Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər 22-06-2026, 16:30 Vətəndaş İctimai Nəzarət Platformasının Təşəbbüs Qrupu yaradılıb 22-06-2026, 15:00
Köşə yazarları
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930