FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Ermənilər Yusifi göyə tullayıb nizəyə taxdılar
30-03-2023, 14:30 | TƏDQİQATLAR-ANALITIKA
Ermənilər Yusifi göyə tullayıb nizəyə taxdılar

 Nəticədə 31 mart 1918-ci il tarixində bənzəri olmayan soyqırım həyata keçirildi. Soyqırıma məruz qalan bölgələrdən biri də Şərur-Dərələyəz mahalı idi.  Ana nənəm Nargilə xanımın demək olar ki, bütün nəsli soyqırımın qurbanı oldu. Geriyə yalnız nisgilli göz yaşları və acı xatirələr qaldı. Nargilə nənəmin yaşadığı Şərur-Dərələyəz qəzasının Amağu kəndi 1918-ci il mart soyqırımı zamanı erməni mühasirəsində qalması səbəbindən onların faciələri daha böyük oldu.  

Anam Zeynəb Vəkilova həmin hadisələrə işıq salır. Z.Vəkilova: “Elə bir gün olmazdı ki, anam Nargilə gözləri önündə nizəyə taxılan qardaşları Yusif və Abuzər dayılarımı yada salıb ağlamasın, anamın gözlərinin güldüyünü heç vaxt görmədim, anamın göz yaşları kədər çeşməsi idi, ömrü boyu bir gözü ilə qardaşı Yusifə, o biri gözü ilə qardaşı Abuzərə yas tutdu. Ermənilərdən bu qisas alınmayınca bizim də gözlərimiz gülməməlidir!” Silahsız kənd cammatını tələyə salıb tutan ermənilər mülki əhalini bir yerə yığıb günlərlə ac-susuz saxlayırlarmış. Anası Fatimənin döşlərindən süd əmən 3 yaşlı Abuzəri erməni zorla anasının əlindən alıb əvvəlcə nizəyə taxmış, sonra isə anasının və körpə Nargilənin gözləri önündə divara çırpmışdı. 

3 yaşlı körpə Abuzərin qanı anası Fatimənin və hələ ətrafda olub-bitənləri tam təfərrüatı ilə anlamaqda çətinlik çəkən körpə Nargilənin üzünə sıçramışdı. Qardaşı Yusifin faciəsi də Nargiləyə və anası Fatiməyə eyni həyəcanları yaşadıb. Onların artıq susuzluqdan ürəkləri parçalanırdı. Nargilənin anası "Fatimə, qardaşın Yusifi əlində tut, xəlvətcə bulaqdan su içib gəlin" söyləyir. Nargilə qorxa-qorxa qardaşının əlindən tutub həyəcanla o tərəf-bu tərəfə baxaraq, yaxınlıqda heç kimin görmədiyini fikirləşib, Yusiflə birlikdə bulağa tərəf hərəkət edir.  Bulağa çatmağa az qalmış ermənilər uzaqdan Nargilə ilə Yusifin bulağa tərəf gəldiklərini görürlər. Atı bulağın başına sürən ermənilər Nargilə və Yusifin bulaqdan su içməyinə imkan vermirlər. Nargilə qorxusundan əsirlərin saxlandığı yerə tərəf qaçmağa başlayanda ermənilər Yusifi göyə tullayıb nizəyə taxırlar. Nargilə qaça-qaça anası Fatiməgilin əsir saxlandığı yerə yaxınlaşır. Ermənilər Yusifi nizəyə taxdıqdan sonra atı Nargilənin dalınca sürür. 

Nargilə anası Fatiməyə tərəf getsə, ələ keçəcəyini hiss edib yerdə olan meyitlərin arasına uzanır. Ermənilər gəlib meyitlərə çatır və kiminsə sağ qala biləcəyini, yaxud bulaqdan qaçan uşağın meyitlərin arasında olacağı ehtimalını yoxlamaq üçün yerdəki meyitləri bir-bir nizələməyə başlayırlar. Növbə Nargiləyə çatır, nizə ilə Nargiləni də vururlar. Nargilə qorxusundan heç bir reaksiya vermir və ermənilər onu da ölmüş bilir... Beləliklə, erməni nizəsinin izlərini bir ömür bədənində, qardaşları Yusif və Abuzərin ölümünü isə gözlərində daşıyan Nargilə nənəm sağ qalır.  

 Səməd Vəkilov




Baxış sayı: 315
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30