FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabı
15-03-2023, 07:55 | MƏDƏNİYYƏT
Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabı

Fact-info.az xəbər verir ki, Azərbaycan Milli Aerokosmik Agentliyinin baş direktoru, texnika elmləri doktoru, professor Natiq Cavadov qonaqları salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabı öz unikallığı və aktuallığı ilə seçilir. Bildirilib ki, müəlliflər yeni elmi yanaşma ilə çıxış edərək oxucuların diqqətini çəkməyi bacarıblar.

Kitabın həmmüəllifi, Xalq yazıçısı, akademik Kamal Abdulla  dəvətə görə agentlik rəhbərliyinə və kollektivinə öz təşəkkürünü bildirib.

Qeyd olunub ki, Lütfi Zadənin məntiq nəzəriyyəsindən də bəhrələnərək ərsəyə gələn kitabda qeyri-səlis məntiq nəzəriyyəsində söylənilən dörd sütun – ümumi məntiq sütunu, qeyri-səlis çoxluqlar sütunu, epistemik (epistemoloji) sütun və münasibətlər  sütunu haqqında yazılıb:

“Mən elə güman edirəm ki, qeyri-səlis məntiq əvvəl-axır humanitar istiqamətə yönələcəkdisə, onun “Kitabi-Dədə Qorqud” dastanında olmağı son dərəcə qürurverici və ədəbiyyatımız, elmimiz üçün mühüm bir şərtdir. Çünki Lütfizadə öz elmi təxəyyülünün, öz elmi kəşfinin nəticəsini hökmən humanitar sahədə görmək istəyirdi, nəinki texniki sahələrdə. “Kitabi-Dədə Qorqud” dastanın mətni göstərir ki, qeyri-səlis məntiqin aparıcı ideoloji prinsipi olan seçim imkanı və demokratik yanaşma tərzi, başqa sözlə desək tolerantlıq, xalqımıza qədim zamanlardan bəri xas olan əbədi bir dəyərdir. Əcdadımız demokratik tərzdə düşünməyi məhz qeyri-səlis məntiq prinsiplərindən yararlanaraq öyrəniblər. Onların bu prinsiplərdən bəhrələnməyi dünyagörüşlərindəki genişliyə olan meyl, məsələnin dərinliklərinə, incəliklərinə canatma marağı sayəsində mümkün olmuşdur”.

Kitabın həmmüəllifi, professor Rafiq Əliyev kitabın necə ərsəyə gəlməsindən və kitabın yazılma səbəblərindən danışıb. Qeyd olunub ki, kitabın yazılma ideyasının əsas müəllifi məhz akademik Kamal Abdulla olub:

“İdeya daha önəmlidir. Bu baxımdan kitabın yazılma ideyasının müəllifi də məhz Kamal Abdulladır. Kamal müəllim bu kitabda həm də onu göstərdi ki, o, qeyri-səlis məntiq sahəsində də mütəxəssisdir. Üçüncünü istisna qanununun ədəbi kontekstdə təsviri bunun əyani sübutudur. Bizə məlum oldu ki, dastanımızda qeyri-səlis məntiqə dair kifayət qədər geniş dil materialı var. Bu da öz növbəsində ondan xəbər verir ki, qədim əcdadımız dünyaya baxışında daha geniş və dərin yanaşmanı üstün tutur. Seçim imkanı olan yanaşma onun tərcihi olur”.





Baxış sayı: 222
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031