Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın (IAEE) təşkilatçılığı ilə Bakıda keçirilən “Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları: dəyişikliklər və imkanlar” mövzusunda I Avrasiya konfransı işini avqustun 30-da davam etdirib.
AZƏRTAC xəbər verir ki, “Regional enerji təhlükəsizliyi” adlı plenar sessiyada “BP Azerbaijan”ın əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi” və onun tərkib hissələri təşkil edən Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Trans-Anadolu (TANAP) və Trans-Adriatik qaz boru kəməri (TAP) layihələrinin icrasının son vəziyyəti barədə məlumat verib. B.Aslanbəyli “Şahdəniz 1” və “Şahdəniz 2” layihələri üzrə həyata keçirilən işlərdən də danışıb.
Azərbaycanın Xarici İşlər Nazirliyinin enerji məsələləri üzrə nümayəndəsi Orxan Zeynalov “Cənub Qaz Dəhlizi”nin Avropa üçün enerji mənbələrinin və infrastrukturunun şaxələndirilməsi baxımından əhəmiyyətini qeyd edib.
Hellenic Enerji İqtisadiyyatı üzrə Assosiasiyasının (HAEE) direktoru Kostas Andriosopoulos mayeləşdirilmiş təbii qaz (liquefied natural gas-LNG) bazarının 2030-cu ilə qədər iki dəfəyədək artaraq illik 470 milyon tona çatacağının proqnozlaşdırıldığını bildirib. Qeyd edib ki, pərakəndə LNG bazarının isə 95 milyon ton olacağı nəzərdə tutulur.
Atlantik Şurasının (Atlantic Council) enerji məsələləri üzrə eksperti Con Roberts deyib ki, Xəzərin Azərbaycan sektorunda “Şahdəniz 3” layihəsi üzrə təbii qaz ehtiyatlarının 500 milyard kubmetr həcmində olacağı nəzərdə tutulur. “Şahdəniz 1” və “Şahdəniz 2” layihələri üzrə ümumilikdə 1,2 trilyon kubmetr həcmində ehtiyatlar var. 2018-2025-ci illərdə hər iki layihə üzrə ildə ümumilikdə 25 milyard kubmetr həcmində qaz ixrac etmək mümkün ola bilər.
Konfransın ikinci günündə Azərbaycan, Türkiyə, ABŞ, Çin, Koreya Respublikası, Qazaxıstan, Avstriya, Ukrayna və Yaponiyadan olan ekspertlərin mühazirələri dinlənilib. Sessiyalarda Xəzər regionunda ucuz enerji qiymətləri fonunda alternativ və bərpa olunan enerji layihələrinin inkişafı perspektivləri, davamlı inkişaf üçün enerji siyasəti, elektrik enerjisi sahəsində iş birliyi, enerji səmərəliliyi və saxlanılma yerləri, həmçinin alternativ və bərpa olunan enerji mənbələri üzrə regional strategiya kimi məsələlər nəzərdən keçirilib.
Baxış sayı: 1 828
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

