FACT-INFO.AZ » SİYASƏT » Deputat: Azərbaycanlı ekoloqlar Ermənistandan yataqlarımızın qeyri-leqal istismarına son qoyulmasını tələb edirlər
26-01-2023, 10:55 | SİYASƏT
Deputat: Azərbaycanlı ekoloqlar Ermənistandan yataqlarımızın qeyri-leqal istismarına son qoyulmasını tələb edirlər

 Bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva qurumun sessiyasında “Silahlı münaqişələrin ətraf mühitə təsiri” adlı məruzənin müzakirələri zamanı çıxışında deyib.

Deputat bildirib ki, su qıtlığı ilə üzləşən ölkə kimi çirklənmənin qarşısını almaq və suya qənaət etmək prioritet məsələlərdən biridir. Qarabağ Azərbaycanın sıx su şəbəkəsinə malik rayonudur. Ermənistanın işğal illərində həmin ərazilərə nəzarəti Azərbaycanın su ehtiyatlarının mövcudluğuna və keyfiyyətinə təsir göstərərək, otuz il ərzində insanları su ehtiyatlarından istifadə hüququndan məhrum edib.

Azərbaycanlı deputat qeyd edib ki, erməni işğalı zamanı Azərbaycan ilə Ermənistan arasında olan əsas transsərhəd çayların ekoloji vəziyyətini qiymətləndirmək mümkün olmayıb. İşğal olunmuş ərazilər azad edildikdən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən su nümunələrinin fiziki-kimyəvi analizləri aparılıb. Monitorinqin nəticələrinə əsasən, bu çayların ağır metallarla həddindən artıq çirkləndiyi müəyyən edilib.

Vurğulanıb ki, xüsusilə də Oxçuçay Ermənistandakı mis-molibden emalı zavodlarının təmizlənməmiş sənaye suları, Qafan və Qacaranda əmələ gələn məişət tullantı suları ilə davamlı olaraq çirklənir. Oxçuçayın ciddi şəkildə çirklənməsi heyvan növlərinin kütləvi məhvinə səbəb olub.

Diqqətə çatdırılıb ki, 44 günlük müharibə zamanı Ermənistanın Azərbaycan ərazisinə atdığı mərmilər nəticəsində güclü partlayışlar və yanğınlar baş verib. Azərbaycanın cəbhədən uzaqda yerləşən milli parklarına (Ağgöl və Göygöl) ardıcıl raket hücumları ərazidəki yaşıllıqları, minlərlə bitki növünü və torpağın üst qatını məhv edib.

Ermənistan Silahlı Qüvvələri beynəlxalq səviyyədə qadağan olunmuş kaset bombalarından və ağ fosforlu mərmilərdən istifadə edib. Araşdırma zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Füzuli rayonunun Babı və Alxanlı kəndləri ərazisinə tərkibində ağ fosfor olan 1 ədəd mərminin, Tərtər rayonunun Səhləbad kəndi ərazisinə isə 2 ədəd mərminin atıldığı müəyyən edilib.

“Bir aydan çoxdur ki, Azərbaycan ekologiya sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələrinin Şuşa şəhəri ərazisində aksiyası davam edir. Aksiyaçılar Ermənistan tərəfindən “Qızılbulaq” və “Dəmirli” yataqlarının qeyri-leqal istismarına və qanunsuz hasil edilən qızıl, mis və molibdenin ixracına son qoyulmasını tələb edirlər. Erməni separatçıları on illərdir ki, Azərbaycan ərazisindəki yataqları istismar edirlər. Lakin İkinci Qarabağ müharibəsindən sonra Ermənistan işğal etdiyi Azərbaycan ərazilərinin böyük hissəsini itirməklə xeyli gəlir gətirən yataqları da itirdi. Nəticədə “Qızılbulaq” və “Dəmirli” yataqlarının qanunsuz istismarını intensivləşdirdi.

Xüsusilə qeyd etmək lazımdır ki, bu yataqlardan qızıl və digər metalların çıxarılması yataqların erməni tərəfindən vəhşi üsullarla, heç bir ekoloji normalara riayət edilmədən həyata keçirilməsi torpağın və suyun çirklənməsinə, ətraf mühitə külli miqdarda ziyan vurub. Birinci Qarabağ müharibəsi başa çatandan sonrakı dövrdə obyektiv nəzarət vasitələrinin olmaması və işğal edilmiş ərazilərdəki təbii sərvətlərin oğurlanması ilə bağlı Azərbaycanın beynəlxalq ictimaiyyətə tutarlı sübutlar təqdim etmək imkanı yox idi. İkinci Qarabağ müharibəsi başa çatdıqdan və işğal olunmuş ərazilər azad edildikdən sonra Azərbaycan hakimiyyəti bu yataqlarda aparılan qeyri-qanuni işlərin miqyasını real vaxt rejimində və əyani olaraq qiymətləndirə, habelə xaricə ixrac edilən süxurların həcmini hesablaya bildi”, - deyə S.Fətəliyeva vurğulayıb.




Baxış sayı: 313
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031