FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Elçin Mirzəbəyli: İran rəsmisinin Ermənistana səfəri və səsləndirilən bəyanatlar bu ölkənin gerçək üzünü nümayiş etdirir
25-10-2022, 09:55 | TƏDQİQATLAR-ANALITIKA
Elçin Mirzəbəyli: İran rəsmisinin Ermənistana səfəri və səsləndirilən bəyanatlar bu ölkənin gerçək üzünü nümayiş etdirir

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dostlarımızın sevindiyi, düşmənlərimizin isə xar olduğu açılış mərasimlərinin keçirildiyi bir vaxtda 30 ilə yaxın zaman ərzində eyni dindən olan qonşu azərbaycanlıları yurd yerlərindən didərgin salmış, məscidlərini tövləyə çevirmiş, ziyarətgahlarını, qəbiristanlıqlarını, evlərini dağıtmış, viran qoymuş Ermənistana səfər etməsi anlaşılan deyil. Bu səfər sözdə müsəlmanların həmrəyliyindən, ədalətdən bəlağətli şüarlar səsləndirən rəsmi Tehranın, əslində gerçək üzünü nümayiş etdirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert, politoloq Elçin Mirzəbəyli söyləyib.

Siyasi ekspertin sözlərinə görə, İranın Azərbaycan torpaqlarının işğal altında olduğu dövrdə və müzəffər ordumuzun Zəfər yürüşü zamanı Ermənistana hərtərəfli dəstək verdiyi kimsəyə sirr deyil. “Təsadüfi deyil ki, Azərbaycan torpaqlarının işğalı zamanı Ermənistana rəhbərlik edən Levon Ter-Petrosyan, daha sonra isə müharibə cinayətkarları Robert Köçəryan və Serj Sarkisyan dəfələrlə öz müsahibələrində Birinci Qarabağ müharibəsi zamanı İranın Ermənistan üçün “həyat yolu” olduğunu bəyan ediblər və onların bu açıqlamalarını rəsmi Tehran heç vaxt təkzib etməyib, əksinə, imkan düşdükcə əli Azərbaycan xalqının qanına bulaşmış caniləri bağrına basıb, “dost” və “qardaş” adlandırıb, hərtərəfli dəstək verib. İranın Qafanda konsulluq açması və bu ölkənin xarici işlər nazirinin Ermənistana səfəri çərçivəsində verdiyi bəyanatlar, Tehranın Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və bölgədəki yeni reallıqlarla barışa bilmədiyini nümayiş etdirir”, - deyə E.Mirzəbəyli vurğulayıb.

Siyasi ekspert bildirib ki, İran hökumətinin Təbrizdə Ermənistanın konsulluğunun açılmasına hazır olduğu barədə bu ölkənin xarici işlər nazirinin verdiyi bəyanat isə, riyakarlığın, öz vətəndaşlarına və tarixinə hörmətsizliyin unikal nümunələrindən biri sayıla bilər. Görünür, İran hökuməti bu hərəkəti ilə ötən əsrin əvvəllərində ermənilərin Təbrizdə, Xoyda, Səlmasda, Makuda, Urmiyədə həyata keçirdikləri kütləvi qətliamlara da haqq qazandırmaq məqsədi daşıyır.

İranın heç bir iqtisadi potensialı və resursu olmayan Ermənistanla ticarət dövriyyəsini 700 milyon dollardan 1 milyard dollar səviyyəsinə qaldırmaq barədə iddiaları isə istisnasız olaraq, Ermənistana iqtisadi yardım xarakteri daşıyır və bu ölkənin ticarət dövriyyəsində mənfi saldonun qismən də olsa azaldılmasına xidmət edir. “Buna sübut olaraq, İranın Ermənistandakı səfiri Abbas Zohuri hələ bu ilin avqustun 27-də yerli mediaya açıqlamasına diqqət çəkmək istəyirəm: Abbas Zohuri bəyan edir ki, 2022-ci ilin 6 ayı ərzində İrandan Ermənistana ixracın həcmi 37 faiz artıb və 560 milyon ABŞ dollarına çatıb. Sitat: “Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzv olan ölkələrə 6-7 min adda məhsulu güzəştli tariflərlə ixrac etmək imkanı iranlı iş adamlarına ittifaqın bazarlarında işləmək imkanı yaradır. Bu o deməkdir ki, İran güzəştli gömrük rüsumlarından istifadə etməklə Ermənistan ərazisindən Avrasiya İqtisadi İttifaqına 6-7 min adda məhsul ixrac edir. İran Ermənistan vasitəsilə Avrasiya İqtisadi İttifaqına ixracını iki dəfə artırmağı planlaşdırır”.

İrandan Ermənistana ixracın artması ilə bağlı göstəricilər Ermənistanın idxal potensialının hesabına baş verməyib. Yəni 37 faiz artım Avrasiya İqtisadi İttifaqı (Aİİ)) ölkələrinə Ermənistan vasitəsilə edilən ixracın göstəricisidir”, - deyə siyasi ekspert diqqətə çatdırıb.

E.Mirzəbəyli qeyd edib ki, Ermənistan ərazisi İran üçün güzəştli tariflərdən yararlanmaq üçün “tramplin” rolunu oynayır. Ermənistan isə ona Avrasiya İqtisadi İttifaqının üzvü kimi təqdim edilmiş güzəştlərdən İranın yararlanmasına imkan verməklə, əslində həm Gömrük İttifaqı və Vahid İqtisadi Məkan haqqında müqavilənin, həm də Aİİ haqqında müqavilənin bir sıra müddəalarının tələblərini pozur. Belə ki, Aİİ ilə İran arasında imzalanmış müvəqqəti müqaviləyə əsasən bu ölkədən İttifaq ərazisinə 500 adda məhsulun güzəştli şərtlərlə idxalı nəzərdə tutulur. Amma İranın İrəvandakı səfiri, sözügedən açıqlamasında, həm də 6-7 min adda məhsulun Ermənistan ərazisi ilə idxalından danışıb. Belə anlaşılır ki, Ermənistan “hamam suyu ilə özünə dost tutur”, yəni Aİİ üzv olan ölkələrin idxal potensialından istifadə etməklə, İranın bu ölkə ilə Aİİ arasında imzalanmış müqavilədə nəzərdə tutulmayan məhsullarının Avrasiya İqtisadi İttifaqının bazarlarına təkrar ixracına imkan yaradır. Nəticədə həm İranı razı salır, həm də ticarət dövriyyəsində mənfi saldonun qismən də olsa azaltmaqla beynəlxalq kreditorları aldatmağa nail olur.

E.Mirzəbəyli Abdullahiyanın “İran İslam Respublikasının Ermənistanın təhlükəsizliyini regionun təhlükəsizliyi hesab etməsi barədə söylədiklərinin isə nonsens olduğunu bildirib. “Çünki uzun illər boyu işğalçılıq siyasəti ilə bölgənin təhlükəsizliyinə təhdid yaradan, regionda xarici maraqların ifadəçisi olan, bu gün də Qərb dövlətlərinin missiyalarını öz ərazisinə gətirməklə bölgədənkənar ölkələrin regiona müdaxiləsinə imkan yaradan Ermənistanın özü Cənubi Qafqaz və daha geniş subregion üçün əsas təhlükə olduğu halda rəsmi Tehranın bu “ölkənin təhlükəsizliyini regionun təhlükəsizliyi ilə eyniləşdirməsi” o anlama gəlir ki, Avrasiya İqtisadi İttifaqı, əslində bölgəyə xarici qüvvələrin müdaxiləsində maraqlıdır. Amma o bunu birbaşa deyil, dəstək verdiyi Ermənistanın vasitəsilə həyata keçirmək istəyir.

“İran xarici işlər nazirinin Ermənistanı “Şimal-Cənubun mühüm tranzit marşrutlarından biri hesab etməsi” isə növbəti paradoksdur. Maraqlıdır, görəsən, bu marşrutun “Şimal” istiqaməti daha hansı ölkənin ərazisindən keçəcək və bölgədəki mövcud konfiqurasiyalar çərçivəsində İran bunu necə gerçəkləşdirmək istəyir? Bütün bunlar onu sübuta yetirir ki, İran nəticəsi öncədən bəlli olan bütün uğursuz “layihələrə” vaxt və vəsait xərcləməklə, əslində yalnız Zəngəzur dəhlizinə maneə yaratmağa çalışır. Yəni bu ölkənin problemi yalnız Azərbaycanla Türkiyədir. Abdullahiyanın Ermənistandan verdiyi açıqlamalar və sərgilədiyi davranış ən yaxşı halda acı təbəssüm və istehza doğurur. Öz ərazisindən müsəlman ölkələrinin ünvanına gurultulu bəyanatlar verən İranın xarici işlər nazirinin Azərbaycanın məğlub etdiyi ölkənin kapitulyant ölkənin baş nazirinin qəbuluna düşmək üçün İrəvanda 3 gün növbə gözləməsi isə, əslində gerçək mənzərənin nədən ibarət olduğunu bütün detalları ilə göz önünə sərgiləyir.

Təbrizdə “Acıqla qalxan ziyanla оturar” deyirlər. Zənnimcə, İran hökuməti Təbrizdə Ermənistana konsulluq açmaq barədə düşünməkdənsə, orada çox məşhur olan bu atalar sözündən nəticə çıxarsa, daha yaxşı olar”, - deyə Elçin Mirzəbəyli fikirlərini yekunlaşdırıb.




Baxış sayı: 425
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30