FACT-INFO.AZ » SİYASƏT » “Status-kvo”nu saxlamaq daha da çətinləşib
25-07-2015, 11:45 | SİYASƏT
“Status-kvo”nu saxlamaq daha da çətinləşib

APA-nın Avropanın tanınmış “EurActiv”portalına istinadən verdiyi xəbərə görə, bu barədə “Caspian Review” nəşrinin redaktoru Tim Stottun məqaləsində deyilir.
 
Məqalədə qeyd olunub ki, 27 ildir davam edən Dağlıq Qarabağ münaqişəsində yeni hüquqi məqam ortaya çıxıb. Söhbət yayın əvvəlində Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) 1992-ci ildə erməni hərbi qüvvələrinin təcavüzü nəticəsində yurd-yuvalarından didərgin düşmüş 7 nəfər azərbaycanlının işi üzrə çıxardığı qərardır. AİHM-in qərarına görə, həmin şəxslərin hüquqları pozulub.
 
“Ermənistan işğalçı qüvvə kimi Dağlıq Qarabağ və ətraf ərazilər üzərində nəzarət etməkdədir. Bu isə Dağlıq Qarabağı müstəqil dövlət kimi göstərən Ermənistana zərbədir. Halbuki Dağlıq Qarabağı heç kim müstəqil dövlət kimi tanımayıb. Bu həm də onu göstərir ki, Ermənistan hökuməti bu əraziləri işğal altında saxladığına görə məsuliyyətə cəlb olunmalıdır. “Status-kvo”nu saxlamaq daha da çətinləşib”, - deyə məqalədə vurğulanıb.
 
Müəllif həmçinin qeyd edib ki, Avropa İnsan Haqları Məhkəməsinin müvafiq qərar verməsinə baxmayaraq, münaqişənin həlli hələ uzaqdadır. Çünki ATƏT-in Minsk qrupu indiyədək heç bir nəticə əldə etməyib və Ermənistanın Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrin heç birinin yerinə yetirilməsinə nail ola bilmir.
 
“AİHM-nin qərarında həmçinin göstərilir ki, leqal prosesin başlandığı tarixdən bəri həmin insanlar (biri 2005-ci ildə dünyasını dəyişib) öz evlərinə qayıda bilmir. Təəssüflər olsun ki, bu, qoşunların təmas xəttindəki duruma az təsir göstərəcək. Tərəflərin nümayiş etdirdiyi təmkinlik sayəsində bu yay ötən illə müqayisədə nisbətən sakit keçsə də, tərəflərin soyuqqanlı olması çox vacibdir”.
 
“Euractiv” portalında həmçinin Bakı-Supsa neft kəməri ilə bağlı yazı dərc olunub. Məqalədə Rusiyanın qonşularının boru kəmərlərinə göz dikdiyi önə çəkilir. Avropanı oyanmağa çağıran müəllif qeyd edir ki, Rusiya yönümlü Cənubi Osetiya anklavı Gürcüstan ərazisini zəbt etməkdə davam edir.
 
Yazıda bildirilir ki, Rusiyanın Bakı-Supsa boru kəmərinə nəzarət etməsinin mühüm iqtisadi və siyasi aspektləri var: “Rusiyanın Bakı-Supsa boru kəmərini ələ keçirməkdə məqsədləri var. Onlardan biri Rusiyadan üz döndərmiş Gürcüstanın iqtisadiyyatına zərbə vurmaqdır. Bakı-Supsa boru kəmərinin hətta ən kiçik hissəsi Rusiya və Cənubi Osetiyanın nəzarətinə keçsə, bu zaman neft oğurlana bilər. Bununla təkcə Gürcüstan gəlirlərdən məhrum olmayacaq, öz müstəqilliyini elan etmiş Cənubi Osetiya da separatçı dövlət quruculuğunu davam etdirmək üçün gəlir əldə edəcək. Bu isə o deməkdir ki, Rusiya Cənubi Osetiyaya yardımını azalda biləcək.
 
Doğrudur, Gürcüstan borudan neft itkisinin qarşısını ala bilər. Lakin bunun üçün nefti Supsaya qiyməti nisbətən daha baha başa gələn vasitələrlə - yük maşını və ya dəmir yolu vasitəsilə çatdırmaq lazım gələcək”.
 
Məqalədə qeyd olunur ki, boru kəmərini zəbt etməklə, Rusiyanın siyasi məqsədi Gürcüstanı qorxudaraq Aİ və NATO-ya üzv olmaq əzmini zəiflətmək və ümumiyyətlə bu niyyətindən daşındırmaqdır.
 
“Rusiya sərhədləri kənarında neft və qaz boru kəmərləri inşa edən Azərbaycan və Gürcüstan kimi keçmiş SSRİ respublikaları Kremlin himayəsindən çıxdığına görə, Moskva həmin ərazilərdən keçən boru kəmərlərinə nəzarət edə bilmir. Bu isə həmin ölkələrə Rusiya diktəsindən kənar xarici siyasət yürütməyə imkan verir.
 
Rusiya uzun müddət öz zəngin neft və qaz ehtiyatlarından, regionun ən mühüm boru kəmərlərinin öz ərazisindən keçməsi amilindən keçmiş SSRİ respublikalarını öz iradəsinə tabe etdirmək üçün istifadə edib. Moskva həmçinin boru kəmərləri vasitəsilə Ukrayna və Qərbi Avropaya qarşı təhdid vasitəsi kimi istifadə edir. Rusiyanın təhdidlərinə məhəl qoymayaraq Gürcüstanın Avropa İttifaqı və Qərbin hərbi alyansına qoşulmaq planlarından vaz keçməməsi Moskvanı qıcıqlandırır. Bakı-Supsa boru kəmərinin bir hissəsinin zəbt edilməsi Moskvanın Tiflisə siyasi təzyiq vasitəsidir.
 
Bu həmçinin Rusiyanın siyasi hakimiyyəti zəiflətmək məqsədilə boru kəmərləri inşa edən digər qonşulara ünvanlanmış “Moskvanın öz mübarizə strategiyası var” mesajıdır. Son illər Rusiya qonşularını özünün iradəsinə tabe etdirmək üçün bir çox üsullardan istifadə edib.  Boru kəmərinin zəbt edilməsi sovet imperiyasının dağılmasından onilliklərin keçməsinə baxmayaraq, qonşularına öz vassalı kimi baxan Rusiya üçün yeni bir silahdır. Moskva Avropanın enerji tədarüklərinin şaxələndirilməsi üçün yeni regional təşəbbüsləri dəstəkləməsini özünə təhlükə kimi görür və buna bu cür reaksiya verməsi anlaşılan olur”.



 



Baxış sayı: 1 863
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031