FACT-INFO.AZ » SİYASƏT » Bir daha “eksterritoriallıq” və digər “dəhliz məntiqləri” barədə
27-09-2022, 09:30 | SİYASƏT
Bir daha “eksterritoriallıq” və digər “dəhliz məntiqləri” barədə

“Dəhliz məntiqi”nin nə demək olduğunu, ümumiyyətlə, onlardan heç biri izah edə bilməz. Beynəlxalq politoloji leksikonda belə bir ifadə yoxdur. Deməli, onun mənası da yoxdur. Bir nöqtədən getməyi və digər nöqtəyə gəlməyi nəzərdə tutan “nəqliyyat dəhlizi” anlayışı var. Bu iki nöqtə arasındakı zolaq “dəhliz” adlanır və o da şərti məna daşıyır. “Dəhliz” termini yolun həmin hissəsinin girişində, çıxışında və bütün yolboyu hansı hüquqi və prosessual rejimin qüvvədə olmasını müəyyən etmir. Hər bir konkret halda iştirakçı tərəflərin razılaşdırdığı rejim qüvvədə olur. Buna görə də “dəhliz məntiqi” anlayışı yoxdur. Bəs erməni tərəfi özü bu terminin mənasını bilmədiyi halda nə üçün ondan istifadə edir, - bunu başa düşmək olmur.

“Eksterritoriallıq” və “dəhliz” də eyni anlayışlar deyil. Qoy bizim qonşularımız ən azı özlərinin çox sevdikləri Vikipediyaya baxsınlar və “eksterritoriallıq” nə demək olduğunu oxusunlar: https://ru.wikipedia.org/wiki/Экстерриториальность . Eksterritorial ərazilərə yalnız BMT-nin və NATO-nun mənzil-qərargahları və müəssisələri, ABŞ-ın Quantanamodakı hərbi bazası, xarici ölkələrin limanlarındakı hərbi gəmilər və digər ölkələrin hava limanlarındakı hərbi təyyarələr aiddir (amma mülki təyyarələr buraya aid deyil). Laçın dəhlizi və Zəngəzur dəhlizi isə heç vaxt belə hesab edilməyib və bu gün də hesab edilmir. Buna müvafiq olaraq, həmin dəhlizlər üzərində Azərbaycanın və Ermənistanın yurisdiksiyası yox olmur və hətta azalmır.

Erməni siyasətçi və politoloqlar bu iki ifadəni yersiz halda qarışdırmaqda davam edir. Azərbaycan Zəngəzur dəhlizi barədə danışanda orada təqribən yeni Kornidzor-Xankəndi yolundakı kimi rejimin qüvvədə olmasını nəzərdə tutur. Bu yolun şərti olaraq “Laçın dəhlizi” adlandırılması və üçtərəfli Bəyanatın 9-cu bəndində “dəhliz” sözünün olmamasının heç bir əhəmiyyəti yoxdur. Mətndə “Laçın dəhlizi” frazasının olması və “Zəngəzur dəhlizi” sözlərinin olmaması erməni tərəfə heç bir əlavə imtiyaz vermir və Azərbaycan tərəfini heç nədən məhrum etmir. Biz dəfələrlə demişik ki, məsələ “dəhliz” sözündə deyil. Bu yolu necə istəyirsiniz adlandırın, xüsusən ona görə ki, yuxarıda qeyd etdiyimiz kimi, beynəlxalq leksikonda “dəhliz” termininin tərifi yoxdur. Yoxdur, vəssalam! Əgər bu sözə hər kəs özünün başa düşdüyü kimi məna verirsə, ondan yapışmağın nə mənası var! Eyni qayda ilə, üçtərəfli Bəyanatın mətnində “eksterritorial” sözü də yoxdur. Yuxarıda qeyd edilən hallara görə, orada bu söz ola da bilməzdi. Buna görə də Bəyanatda hansı sözlərin olmasına və hansı sözlərin olmamasına istinad etməyin mənası yoxdur. Məsələ formada deyil, mahiyyətdədir.

Mahiyyət isə belədir ki, Azərbaycandan gedən və Azərbaycana gələn sərnişinlər, nəqliyyat vasitələri və yüklər tarixi anlaşılmazlıq və bolşeviklərin cinayətkarlığı səbəbindən bugünkü Ermənistanın bir hissəsi olmuş ərazi ilə çox qısa bir yol keçməli olur. Bu yolu dayanmadan keçir, heç yerə çıxmır, Ermənistan şəhərlərinə daxil olmur və yerli əhali ilə əlaqə saxlamır. Eyni qayda ilə Ermənistandan olan erməni sərnişinlər Azərbaycanın (!) Qarabağ bölgəsinə daxil olur, yəni XARİCƏ səyahət edirlər! Onların Laçına və ya Zəngilana gedən yoldan çıxmağa və onların nəzarətində olmayan yerlərin gözəlliyindən zövq almağa haqqı yoxdur. Hətta fantaziyanı cəmləşdirərək təsəvvür etsək ki, bütün dünya ağlını itirib, separatçı qurumun müstəqilliyini tanıyıb, - hətta bu halda da bugünkü Ermənistanı və Xankəndini birləşdirən yol əvvəlki kimi Azərbaycanın ərazisi olaraq qalacaq. Hətta bu halda ölkəmiz o yoldan keçənlərdən tranzit vizası tələb etməsə belə (hələlik).

Beləliklə, Zəngəzurda hansı tranzit yoxlamalar barədə söhbət gedə bilər? Azərbaycan BMT-nin Beynəlxalq Məhkəməsi vasitəsilə Ermənistanın üzərinə öhdəlik qoya bilərdi ki, öz ərazisindən ayrılmış eksklava sərbəst giriş imkanı açsın. Ermənistanın bu yolu bağlaması və oraya giriş verməkdən imtina etməsi qeyri-legitim hərəkətlərdir. ABŞ-ın Alyaska ştatı və Rusiya Federasiyasının Kalininqrad vilayəti də onların daxil olduğu dövlətlərin əsas hissəsi ilə quru yolundan məhrum deyillər, hərçənd, Naxçıvandan fərqli olaraq, onların açıq dənizə çıxışı var. Buna görə də Azərbaycan öz ərazisinin digər hissəsinə giriş imkanı tələb etməkdə tamamilə haqlıdır və bu yolu bağlayan tərəf imtina edəcəyi halda Azərbaycan istənilən üsullarla – Beynəlxalq Məhkəmə vasitəsilə və ya hərbi yolla bu yolu açmaq hüququna malikdir. Heç bir beynəlxalq orqan buna görə ölkəmizi qınamayacaq və yolu bağlayan dövlətin başını sığallamayacaq.

Başqa bir misal. Belçikanın 22 anklavından ibarət olan və Niderlandın əhatəsində yerləşən, əhalisinin sayı 9 min nəfər olan Barle-Hertoq (Baarle-Hertog) qəsəbəsi. Vikipediyaya müraciət edib bu yaşayış məntəqəsi barədə məqaləni oxuyun. Təsəvvür edin ki, Avropa İttifaqı dağılır, Şengen Sazişi qüvvədən düşür, Niderland və Belçika hökumətləri bu qəsəbənin bir küçəsindən digərinə keçənlər üçün gömrük və pasport yoxlamaları tətbiq edirlər! Bu ki, cəfəngiyyatdır! Belə olan təqdirdə Azərbaycanın Ordubad və Ağbənd yaşayış məntəqələri arasında yolun girəcəyində və çıxışında hansısa absurd pasport-gömrük maneələri nəyə görə mövcud olmalıdır!

Sabah İtaliya və Cənubi Afrika Respublikası, müvafiq surətdə San-Marino, Vatikan və Lesoto üçün özlərinin suveren hüquqlarını elan etsələr, viza və gömrük rejimi tətbiq etsələr, onda necə? Deyək ki, elə BMT-nin Təhlükəsizlik Şurasında buna münasibət necə olar? Onlar Romanın və Pretoriyanın suverenliyini dəstəkləyəcəklərmi, onlara rəğbət bildirəcəklərmi? Məgər naxçıvanlılar lesotolulardan az hüquqlara malik olmalıdırlar?

Naxçıvan Azərbaycandır, Zəngəzur isə tarixi Azərbaycanın bir hissəsi - cinayətkar geosiyasi mülahizələrə görə Ermənistana verilmiş hissəsidir. Fikir verin - xalqın torpağı bir ovuc bolşevik tərəfindən həmin xalqı coğrafi baxımdan bölmək üçün başqa xalqa verilir və bu, açıq-aydın, məqsədyönlü şəkildə edilir. Üstəlik, bu barədə öz teleqramlarında açıq-aydın yazır və buna görə xəcalət də çəkmədən, hansısa “geosiyasi əsaslar” uydururlar! Sonra həmin hakimiyyət yerli əhalini oradan qovur.

İndi 44 günlük müharibənin nəticələrinə əsasən Ermənistan kapitulyasiya edib və digər dövlətin əsas (və ya materik) hissəsi ilə ondan ayrı salınmış eksklav arasında bütün yolboyu mövcud maneələri aradan qaldırmağı öhdəyə götürüb. İmzalamısınız – zəhmət çəkin, yerinə yetirin! İndi mənasını özünüz də bilmədiyiniz “eksterritoriallıq” və “dəhliz məntiqləri” barədə bu mənasız və irrelevant söhbətlər nəyə lazımdır! Heç kəs sizin ərazinizi ilhaq etməyə hazırlaşmır (hərçənd, bu ərazi tarixən bizimkidir), heç kəs hər hansı başqa formada sizin hüquqlarınızı tapdalamağa hazırlaşmır. Xüsusən ona görə ki, bütün dəhliz boyunca nəzarət Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinə mənsub olacaq. Sizdən bircə şey tələb olunur, kapitulyasiya zamanı öz üzərinizə götürdüyünüz öhdəliklər paketini yerinə yetirin - yolları açın və həm yolun girişində və çıxışında, həm də bütün yol boyunca maneələr yaratmayın. Siz sənəddən öz imzanızı götürə bilməzsiniz, həmçinin həmin sənəddəki “maneəsiz” sözünü də götürə bilməzsiniz. Bu, açar sözdür!

Qonşu dövlətlərin narahatlığı məsələsinə gəldikdə isə, buna ən yaxşı cavabı Azərbaycan Xarici İşlər Nazirliyi verib. Zəngəzur dəhlizi coğrafi dəyişikliklər edilməsini və kiminsə Ermənistan ilə ortaq sərhəddən məhrum edilməsini nəzərdə tutmur. Yaxşı ki, bəşəriyyət estakada kimi bir ixtira edib. Siz də estakada düzəldin, oradan keçməklə alış-veriş edin, bazar olsun. (Azərtac)




Baxış sayı: 422
“Üzeyir Hacıbəyli və Nizami irsi” kitabı təqdim olunub Bu gün, 14:00 Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək Bu gün, 13:00 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb Bu gün, 10:30 Festival çərçivəsində "Leyli və Məcnun" tamaşası nümayiş olunub Bu gün, 09:30 Ceyhun Bayramov ukraynalı həmkarı ilə geosiyasi proseslər barədə fikir mübadiləsi aparıb Bu gün, 08:30 Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb Dünən, 21:30 MEK elektron xidmətlərini təqdim edir Dünən, 14:00 Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb Dünən, 14:00 Rusiyanın təhdid mesajları reallıqdan çox uzaqdır Dünən, 13:30 Pekində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı görüş keçirilib Dünən, 10:30 AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının yeni nömrəsi çapdan çıxıb Dünən, 10:00 Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç karvanları yola salınıb Dünən, 09:30 Qərbi Azərbaycan İcmasında indiki Ermənistan ərazisində Alban irsinin öyrənilməsi üzrə işçi qrup yaradılıb Dünən, 09:00 Azad edilmiş ərazilərdə daha 269 mina, 745 PHS aşkarlanıb 21-09-2026, 20:00 Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Retro-dalğası” adlı xor konserti olub 21-09-2026, 19:00 Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region 21-09-2026, 12:30 Bəzi sözlərin mənşəyi haqqında 21-09-2026, 12:30 Tarixi zəfərimizin rəmzi - Suverenlik Günu 21-09-2026, 12:00 Corc Vaşinqton Universitetinin azərbaycanlı prorektoru: Diplom məqsəd deyil, əsas məsələ biliyi alətə çevirməkdir 21-09-2026, 11:30 Azərbaycanda Zərərvericilərin Analizi və Rəqəmsal Kriminalistika Laboratoriyası istifadəyə verilib 21-09-2026, 11:00 Lənkəranda “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” elan olunub 21-09-2026, 09:30 "Azərbaycanın dövlət suverenliyinin bərpası davamlı sülh üçün yeni imkanlar açıb" - XİN 21-09-2026, 08:30 Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb 21-09-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib 19-09-2026, 19:30 Qafqaz Albaniyası dövrünə aid dini-mədəni abidələr Azərbaycanın milli və tarixi sərvətinin ayrılmaz hissəsidir 19-09-2026, 12:00 ABŞ Ukraynaya 2,68 milyard dollarlıq hava hücumundan müdafiə vasitələrinin satışını təsdiqləyib 19-09-2026, 10:00 Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib 19-09-2026, 10:00 Anar Ələkbərov şəhid anaları ilə görüşüb 19-09-2026, 08:00 AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar 18-09-2026, 19:00 Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib 18-09-2026, 17:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930