FACT-INFO.AZ » SİYASƏT » Cuniçi Vada: Yaponiya Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma işlərinə dəstək verməyə hazırdır
8-09-2022, 09:30 | SİYASƏT
Cuniçi Vada: Yaponiya Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma işlərinə dəstək verməyə hazırdır

 Yaponiyanın ölkəmizdəki səfiri Cuniçi Vada Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin bünövrəsinin 30 il bundan əvvəl qoyulduğunu qeyd edib. Səfir deyib: "O vaxtdan bəri ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri qurulub. Ölkələrimiz arasında çoxsaylı rəsmi səfərlər baş tutub. Yaponiya və Azərbaycan iqtisadi sahədə də uğurlu əməkdaşlıq edirlər. Ölkələrimiz arasındakı dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi üçün kifayət qədər əsaslar mövcuddur. Gələcəkdə Tokio ilə Bakı arasında birbaşa aviareysin açılması və kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişləndirilməsi iki ölkə arasındakı əlaqələrin inkişafına mühüm töhfə verəcək. Yaponiya həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma işlərinə dəstək verməyə hazırdır".

Səfir Yaponiya ilə Azərbaycan arasında mehriban münasibətlərin, qarşılıqlı hörmət və etimadın qurulmasının təqdirəlayiq olduğunu bildirib. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafında qarşılıqlı səfərlərin rolunu qeyd edən Cuniçi Vada Azərbaycan və Yaponiya arasında iqtisadi, mədəni, humanitar və digər sahələrdə birgə layihələrin həyata keçirildiyini məmnunluqla vurğulayıb.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Azərbaycanın müstəqillik əldə etdikdən sonra Yaponiya ilə bir çox sahələrdə sıx əməkdaşlıq edən ölkələrdən olduğunu vurğulayaraq bildirib: “Azərbaycan Respublikasının Milli Məclisi ilə Yaponiya parlamenti arasında parlamentlərarası əlaqələr üzrə işçi qrupu 1997-ci il martın 7-də yaradılıb. Belə bir qrup Yaponiya parlamentində də 1998-ci ildən fəaliyyət göstərir. Bu qrupların fəaliyyəti nəticəsində bu gün Azərbaycan və Yaponiya parlamentləri arasında dostluq və əməkdaşlıq əlaqələri inkişaf edir. Bu baxımdan Azərbaycan-Yaponiya Paralamentlərarası Dostluq Qrupu çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı səfərlərin mübadiləsi yüksək qiymətləndirilməlidir. Bu il Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 11-ci iclasının keçirilməsi də öz növbəsində önəmli olan məsələlərdəndir. Hazırda Qarabağın yaşıl enerji zonasına çevrilməsi üzrə işlər aparılır və bu işlərə Yaponiya şirkətlərinin cəlb olunması da prioritet məsələdir.

Xarici işlər nazirinin müavini Elnur Məmmədov siyasi, iqtisadi və humanitar sahələrdə Yaponiya-Azərbaycan əlaqələrinin ictimai həyatın əksər sahələrini əhatə etdiyini bildirib: “Qarşılıqlı əlaqələr və birgə əməkdaşlıq ölkələrin və xalqların bir-birlərini daha yaxından tanımalarına şərait yaradır. Dünyanın qabaqcıl ölkələrindən biri olan Yaponiya ilə əməkdaşlıq layihələrinin həyata keçirilməsi Azərbaycanın müstəqil bir dövlət kimi dünyada tanıdılmasına mühüm təsir göstərir. Ümummilli lider Heydər Əliyevin 1998-ci ilin fevral ayında Yaponiyaya tarixi səfəri iki ölkə arasında yüksək səviyyəli dialoqun qurulmasında mühüm əhəmiyyət kəsb edir. Bunun da sayəsində münasibətlər hazırda uğurla inkişaf etməkdədir. Bu il hökumətlərarası iqtisadi komissiyanın növbəti iclasları uğurla keçirilib”.

İkitərəfli münasibətlərin dərinləşməsində parlamentlərarası əməkdaşlığın rolunu yüksək qiymətləndirən xarici işlər nazirinin müavini Yaponiya hökumətinin azad olunmuş ərazilərimizin bərpası prosesində iştirakı təşəbbüsünü təqdirəlayiq hal kimi dəyərləndirib.

Rəsmi hissədən sonra Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə həsr olunmuş caz konserti təşkil edilib. Caz ifaçısı Yamamoto Kyokonun ifasında Yaponiya ilə Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı xüsusi musiqi parçaları ifa olunub.




Baxış sayı: 432
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031