FACT-INFO.AZ » SİYASƏT » Azərbaycanın yaratdığı geostrateji reallıqlar beynəlxalq ictimaiyyətin xüsusi diqqət mərkəzindədir
7-09-2022, 10:35 | SİYASƏT
Azərbaycanın yaratdığı geostrateji reallıqlar beynəlxalq ictimaiyyətin xüsusi diqqət mərkəzindədir

Deputat bildirib ki, regionun aparıcı dövləti olan Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarla hərtərəfli münasibətlərin inkişaf etdirilməsinə xüsusi önəm verir. Ölkəmiz praqmatik xarici siyasət nəticəsində Birləşmiş Millətlər Təşkilatının ən nüfuzlu orqanı - Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub. Bu da Azərbaycanın milli maraqlarının beynəlxalq arenada layiqincə təmsil edilməsinə tarixi şərait yaradıb. Belə ki, Azərbaycan 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə 2012-2013-cü illər üçün keçirilən seçkilərdə qələbə üçün tələb olunan 129 səsdən də çox - 155 səs əldə edib və Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT Təhlükəsizlik Şurasının üzvü seçilən ilk ölkə olub. Ölkəmiz, həmçinin ötən illərdə beynəlxalq güclərin diqqətini Qarabağ münaqişəsinə və onun beynəlxalq hüququn ümumtanınmış norma və prinsipləri çərçivəsində ədalətli həlli məsələsinə çəkməyə çalışıb. Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar Təhlükəsizlik Şurasının qəbul olunmuş 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilib, işğalçı qüvvələrin zəbt olunmuş ərazilərimizdən dərhal çıxarılması tələb edilib.

S.Fətəliyeva qeyd edib ki, dünyada ilk dəfə olaraq Azərbaycan BMT-nin təcavüzkar ölkəyə qarşı qəbul etdiyi, amma ikili standartlara görə icra olunmayan qətnamələrin icrasını 2020-ci ildə baş vermiş 44 günlük müharibədə Qələbə qazanmaqla təmin edib. Azərbaycan Vətən müharibəsində Qələbə qazanmaqla Cənubi Qafqaz regionunu sülh, sabitlik və əməkdaşlıq məkanına çevirmək istiqamətində həlledici addım atıb. Müharibədən sonra Azərbaycan bölgədə yeni reallıqlar yaradıb. Azərbaycan sülh müqaviləsinin imzalanması, kommunikasiyaların bərpası, Türkiyə ilə ortaq təşəbbüs əsasında “3+3” formatında yeni əməkdaşlıq platformasının yaradılması kimi istiqamətlərdə strateji fəallıq nümayiş etdirməklə regionda yeni düzən formalaşdırır. Bu geosiyasi fəaliyyət Cənubi Qafqazla məhdudlaşmır, bir çox dövlətlərin, o cümlədən güc mərkəzlərinin strateji maraqlarının olduğu regionları əhatə edir.

Deputatın sözlərinə görə, xarici siyasətimizin digər prioritet istiqaməti olan beynəlxalq iqtisadi münasibətlərdə Prezident İlham Əliyev tərəfindən davamlı müstəqil və sabit siyasət yürüdülməsi nəticəsində enerji resurslarının dünya bazarına çıxarılmasına, Azərbaycanın enerji resurslarının nəqli üzrə geostrateji əhəmiyyətə malik dəhliz, həm də Avropa ölkələrinin enerji təminatında etibarlı tərəfdaş kimi beynəlxalq aləmdə qəbul edilməsinə şərait yaranıb. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi və enerji resurslarının şaxələndirilməsində vacib ölkə hesab olunur. Bu kontekstdə Avropa İttifaqı (Aİ) ilə münasibətlərin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Avropa İttifaqı ilə müxtəlif təyinatlı iqtisadi layihələr işlənib, təşkilata üzv ölkələrin enerji təhlükəsizliyini təmin edəcək beynəlxalq əhəmiyyətli karbohidrogen layihələri həyata keçirilib. Dünyanın qabaqcıl ölkələrinin dövlət və hökumət başçılarının Prezident İlham Əliyevlə görüşərək mühüm regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparmaları və müvafiq ikitərəfli razılaşmaların imzalanması beynəlxalq aləmdə Azərbaycana və onun Prezidentinə verilən ən yüksək siyasi qiymətdən xəbər verir.

Sevinc Fətəliyeva qeyd edib ki, Azərbaycanın Avropa Şurası, ATƏT, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, digər beynəlxalq təşkilatlarla fəal əlaqələri var və bu münasibətlər davam edir. 2011-ci ildə isə ölkəmizin Qoşulmama Hərəkatına üzv olduğunu diqqətə çatdıran deputat deyib: “Qoşulmama Hərəkatının tarixinin ən parlaq dövrünü Azərbaycan Prezidenti İlham Əliyevin təşkilata rəhbərlik etdiyi zamanda yaşadığını, desək, yanılmarıq. Dünyanın COVID-19 pandemiyası ilə üzləşdiyi günlərdə dövlətimiz böhranın aradan qaldırılması məqsədilə ədalətli münasibət, bərabər paylaşım adı ilə müxtəlif tədbirlər keçirdi və təkliflər irəli sürdü ki, bunlar da təşkilat üzvləri və digər beynəlxalq təşkilatlar tərəfindən yekdilliklə qəbul olundu.

Azərbaycan tərəfindən Qoşulmama Hərəkatının adından irəli sürülmüş COVID-19 əleyhinə peyvəndlərə bütün ölkələrin bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi ilə bağlı 2021-ci il dekabrın 16-da BMT-nin Baş Assambleyasında qətnamə qəbul edildi. Pandemiyaya qarşı mübarizədə Azərbaycan nümunəsi hər kəsə örnək kimi göstərilir. Bu müstəvidə Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində COVID-19 pandemiyasına qarşı mübarizə naminə beynəlxalq səylərin səfərbər edilməsi sahəsində qlobal liderliyini davam etdirir. Hərəkata sədrliyi dövründə Azərbaycanın Qoşulmama Hərəkatı üçün müfəssəl və iddialı qlobal fəaliyyət planı hazırlaması, COVID-19 pandemiyasının dünyanı bürüməsi, Azərbaycanın yeni vəziyyətə çevik və adekvat reaksiyası, pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi istiqamətində irəli sürdüyü beynəlxalq təşəbbüslər Prezident İlham Əliyevin dövlətimizin nüfuzunun yüksəlməsi istiqamətində uğurları kimi səciyyələndirilir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin daha bir il müddətə - 2023-cü ilə qədər uzadılması rəsmi Bakının qlobal çağırışlara münasibətdə daha fəal rol oynamasına gətirib çıxaracaq”.

“Beləliklə, Prezident İlham Əliyevin milli maraqlara və müasir çağırışlara uyğun xarici siyasət kursu Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Ötən illərin siyasi-diplomatik mənzərəsini əks etdirən reallıqlar və hazırkı geosiyasi situasiya da onu göstərir ki, dünyanın nəzəri Azərbaycanda və regiondadır. Çünki Azərbaycanın yaratdığı geostrateji reallıqlar beynəlxalq ictimaiyyətin xüsusi diqqət mərkəzindədir. Bu isə Prezident İlham Əliyevin regionun yeni geosiyasi mənzərəsini müəyyən etdiyini göstərir”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.




Baxış sayı: 418
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031