FACT-INFO.AZ » SİYASƏT » Azərbaycanla Qazaxıstan dost və qardaş ölkələr olaraq münasibətlərini bu istiqamətdə inkişaf etdirirlər
30-08-2022, 09:25 | SİYASƏT
Azərbaycanla Qazaxıstan dost və qardaş ölkələr olaraq münasibətlərini bu istiqamətdə inkişaf etdirirlər

Həmçinin türk dünyası daxilində də təmsil olunan hər iki ölkə əməkdaşlıqdan maksimum dərəcədə istifadə etməyə çalışır. Belə ki, siyasi, iqtisadi, hərbi, enerji, kənd təsərrüfatı, turizm, diaspor quruculuğu və digər sahələrdə əməkdaşlıq hər gün daha da genişlənir. Eyni zamanda, Qazaxıstanda baş verən hadisələr də Azərbaycan tərəfindən diqqətlə izlənilir. Mərkəzi Asiyada gedən geosiyasi proseslər nəqliyyat, tranzit, logistika əməliyyatlarının daha da inkişaf etdirilməsini şərtləndirir. Şərqlə Qərb arasında əlaqələrin formalaşdırılmasında Mərkəzi Asiyada və Cənubi Qafqazda güclü geosiyasi və geoiqtisadi aktorlar olan Azərbaycan və Qazaxıstan yükdaşımaları sahəsində də geniş perspektivlərə malikdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq İlyas Hüseynov söyləyib.

Politoloq qeyd edib ki, Qazaxıstan Prezidenti Kasım-Jomard Tokayevin ölkəmizə səfəri zamanı dövlətimizin başçısı İlham Əliyevlə görüşündə doğma dildən istifadə etməsi mühüm amil kimi dəyərləndirilməlidir. Tarixən böyük bir coğrafiyada yayılan türk dili vasitəsilə hər iki ölkə liderinin ünsiyyət qurması vacib mesaj olmaqla yanaşı, həm də 30 illik müstəqillik tarixində dövlətlərin mühüm inkişaf yolu keçməsinin göstəricisidir.

Bu gün yeni siyasi reallıqlara uyğun olaraq hər iki dövlət birgə fəaliyyət göstərmək əzmindədir. Türküstan ilə doğma Şuşamızın qardaşlaşması bu xüsusda çox böyük diqqətçəkən amildir. Vətən müharibəsi dövründə Qazaxıstanın obyektiv və balanslaşdırılmış mövqeyi çox təqdir olunur, eyni zamanda, bu davranış siyasi münasibətlərdə də özünü göstərir.

“Tarixi Qələbə münasibətilə Kasım-Jomard Tokayevin Ali Baş Komandan, Prezident İlham Əliyevi təbrik etməsi də xüsusilə qeyd olunmalıdır. Həmçinin dövlətimizin başçısının Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsində də Qazaxıstanın xüsusi xidmətləri olub.

Bundan əlavə, Nursultan Nazarbayev, Kasım-Jomard Tokayevlə keçirilən görüşlərdə ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev iqtisadi rifahı stimullaşdırmaq istiqamətində birgə addımlar atıblar. Hazırda Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi 330 milyon dollardır. Qarşıdakı illərdə bu rəqəmin yarım milyard dollara çatdırılması hədəf kimi qoyulub. Lakin gələcəkdə energetika, nəqliyyat sahələrində əlaqələrin genişləndirilməsi bu rəqəmin hətta 1 milyard dollara çatmağına imkan verə bilər. İqtisadi sahədə inkişafın əldə olunması həm də digər istiqamətlərdə əlaqələrin genişlənməsini stimullaşdırar”,- deyə İlyas Hüseynov vurğulayıb.

Politoloq bildirib ki, Qazaxıstan liderinin ölkəmizə səfəri çox önəmli bir dövrə təsadüf edib və məhsuldar keçib. Belə ki, səfər çərçivəsində ölkələrimiz arasında 15 mühüm sənəd imzalandı. Bu sənədlərin sırasında “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram” və “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” xüsusi vurğulanmalıdır. Belə ki, sənəddə ərazi bütövlüyü, suverenlik, beynəlxalq səviyyədə tanınmış sərhədlərə qarşılıqlı hörmətin əks olunması Azərbaycanın xarici siyasəti üçün mühüm amil kimi dəyərləndirilə bilər.

İ.Hüseynov əlavə edib ki, Qazaxıstanın ölkəmizin ərazi bütövlüyünü dəstəkləməsi bizim üçün çox önəmlidir. Düşünmək olar ki, Qazaxıstanla Azərbaycanın biznes sahəsini təmsil edən şəxslər arasında bundan sonra da təmaslar qurulacaq. Eyni zamanda, Zəngəzur dəhlizi iqtisadi əlaqələrin qurulmasına böyük təkan verəcək. Ona görə də həm Ələt Azad İqtisadi Zonası, həm də Azərbaycanda qurulan müasir avtomobil, dəmir yolları və hava limanları vasitəsilə Qazaxıstan çox rahat şəkildə Qərbə çıxış imkanları əldə edəcək.




Baxış sayı: 416
“Üzeyir Hacıbəyli və Nizami irsi” kitabı təqdim olunub Bu gün, 14:00 Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək Bu gün, 13:00 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb Bu gün, 10:30 Festival çərçivəsində "Leyli və Məcnun" tamaşası nümayiş olunub Bu gün, 09:30 Ceyhun Bayramov ukraynalı həmkarı ilə geosiyasi proseslər barədə fikir mübadiləsi aparıb Bu gün, 08:30 Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb Dünən, 21:30 MEK elektron xidmətlərini təqdim edir Dünən, 14:00 Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb Dünən, 14:00 Rusiyanın təhdid mesajları reallıqdan çox uzaqdır Dünən, 13:30 Pekində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı görüş keçirilib Dünən, 10:30 AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının yeni nömrəsi çapdan çıxıb Dünən, 10:00 Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç karvanları yola salınıb Dünən, 09:30 Qərbi Azərbaycan İcmasında indiki Ermənistan ərazisində Alban irsinin öyrənilməsi üzrə işçi qrup yaradılıb Dünən, 09:00 Azad edilmiş ərazilərdə daha 269 mina, 745 PHS aşkarlanıb 21-09-2026, 20:00 Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Retro-dalğası” adlı xor konserti olub 21-09-2026, 19:00 Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region 21-09-2026, 12:30 Bəzi sözlərin mənşəyi haqqında 21-09-2026, 12:30 Tarixi zəfərimizin rəmzi - Suverenlik Günu 21-09-2026, 12:00 Corc Vaşinqton Universitetinin azərbaycanlı prorektoru: Diplom məqsəd deyil, əsas məsələ biliyi alətə çevirməkdir 21-09-2026, 11:30 Azərbaycanda Zərərvericilərin Analizi və Rəqəmsal Kriminalistika Laboratoriyası istifadəyə verilib 21-09-2026, 11:00 Lənkəranda “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” elan olunub 21-09-2026, 09:30 "Azərbaycanın dövlət suverenliyinin bərpası davamlı sülh üçün yeni imkanlar açıb" - XİN 21-09-2026, 08:30 Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb 21-09-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib 19-09-2026, 19:30 Qafqaz Albaniyası dövrünə aid dini-mədəni abidələr Azərbaycanın milli və tarixi sərvətinin ayrılmaz hissəsidir 19-09-2026, 12:00 ABŞ Ukraynaya 2,68 milyard dollarlıq hava hücumundan müdafiə vasitələrinin satışını təsdiqləyib 19-09-2026, 10:00 Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib 19-09-2026, 10:00 Anar Ələkbərov şəhid anaları ilə görüşüb 19-09-2026, 08:00 AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar 18-09-2026, 19:00 Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib 18-09-2026, 17:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930