FACT-INFO.AZ » XƏBƏR » Şuşa sürətlə yenidən dirçəlir - Jan-Mişel Brön
29-07-2022, 10:50 | XƏBƏR
Şuşa sürətlə yenidən dirçəlir - Jan-Mişel Brön

Trend-in məlumatına görə, məqalənin müəllifi olan Trend İnformasiya Agentliyinin Fransada təsis etdiyi "Lagazetteaz.fr" qəzetinin baş icraçı direktoru Jan-Mişel Brön qeyd edir ki, İslamofobiya Fransa cəmiyyətini öz ağuşuna alıb və məhz bu ideologiya vasitəsilə bəziləri inandırmaq istəyir ki, Cənubi Qafqazdakı münaqişə (Qarabağ münaqişəsi) dini zəmində baş verən bir qarşıdurma idi.

Müəllif bu mövqeyi kəskin şəkildə pisləyərək əlavə edir ki, Azərbaycan Ermənistandan fərqli olaraq dünyəvi ölkədir və o, burada böyük bir xristian icmasının – Şərqi xristianların da yaşadığını, habelə multikulturalizmin Azərbaycanda dərin kök salmış adət-ənənələrdən olduğunu da bildirir.

Məqalədə qeyd edilir ki, Şuşanın işğaldan azad edilməsi ikiqat rəmzi məna daşıyır. Belə ki, bu, bir tərəfdən azərbaycanlılar üçün ərazi bütövlüyünün bərpasının, digər tərəfdən isə ermənilər üçün ekspansiya siyasətinin iflasa uğramasının simvoludur.

“Musulmans en France” xəbər portalının komandası azərbaycanlı məşhur muğam ifaçısı və Şuşanın banisi Pənahəli xanın nəvəsi Xan Şuşinskinin qızı Bəyimxanım Cavanşirova - Verdiyeva ilə də həmsöhbət olub.

"Pənahəli Xan Cavanşir Qarabağ xanlığının hökmdarı idi. 1752-ci ildə o, 1300-1600 metr hündürlükdə, düşmən hücumları üçün əlçatmaz olan sıldırım qayalarla əhatə olunmuş bir qala şəhəri salmaq qərarına gəldi. Əvvəlcə bu şəhər onun yaradıcısının şərəfinə Pənahabad adlandırıldı, sonralar isə bu şəhərə Şuşa adı verildi.

Pənahəli xan şəhəri 17 rayona bölmüşdü. Hər birinin öz məscidi, su bulağı və hamamı var idi. Lakin Xan təkcə döyüşçü və inşaatçı deyildi. O, həm də estet idi (xarüqələr yaradırdı). O, Şuşanın Azərbaycanın incisi olmasını istəyirdi. Pənahəli Xan arzu edirdi ki, Şuşada musiqiçilər, alimlər, incəsənət xadimləri tez-tez bir araya gəlsin. Şuşada yaşamağa layiq olmaq lazım idi”, - deyə Bəyimxanım Cavanşirova müsahibəsi zamanı qeyd edib.

Məqalədə jurnalist Brön təəssüflə vurğulayıb ki, 1993-cü ildə erməni silahlı qüvvələrinin hücumuna məruz qalan şəhər boşaldılaraq, təmamilə kimsəsizləşdi.

“Yalnız bir neçə erməni ordusunun zabiti orada məskunlaşdı. Şəhərin füsunkar tikililərinin əksəriyyəti söküldü, digərləri isə təmamilə baxımsız vəziyyətdə qaldı", - deyə məqalədə vurğulanıb.

Qarabağ işğaldan azad olunan kimi şəhərin yenidən qurulmasına başlanıldı.

“Şuşa sürətlə yenidən dirçəlir. Maraqlısı budur ki, bu şəhərdə hətta mövcud olan erməni kilsəsi də restavrasiya edilir. Lakin işğal dövründə xeyli sayda məscid, alban və pravoslav kilsələri ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb, eləcə də təhqir edilib. Görəsən, ermənilər buna görə azərbaycanlılardan üzr istəyiblərmi ?", - deyə fransız jurnalist bildirib.




Baxış sayı: 480
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031