FACT-INFO.AZ » AKTUAL » Vətən müharibəsinin iştirakçısı məşhur cərrah həkimi tanıyaq!
21-10-2021, 14:55 | AKTUAL
Vətən müharibəsinin iştirakçısı məşhur cərrah həkimi tanıyaq!

44 günlük müharibədə qəhrəman əsgərlərimizin hər zaman yanında olan, onların sağlamlığının keşiyində duran, onlarla yaralını həyata qaytaran insanlardan biri cərrah həkim Yusibov Anar Möhübbət oğlu idi.

O, müharibə başlayana qədər Avrasiya Hospitalında ümumi cərrah kimi çalışırdı. Əslən Kəlbəcərdən olan Anar Yusibov tibb üzrə fəlsəfə doktorudur. O, 1997-2003-cü illərdə Azərbaycan Tibb Universitetində Müalicə-proflatika fakültəsində təhsil almışdır.

2004-2005-ci illərdə 5 nömrəli Şəhər Klinik Xəstəxanasında Cərrahiyyə şöbəsində internatura keçmişdir. 2007-2010-cu illərdə Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində aspirantura təhsili almışdır. O, Almaniya, İsveçrə, Türkiyə, Rusiya, və s ölkələrdə Laparoskopik cərrahiyyə təkmilləşdirmə üzrə kurs, seminar, konqreslərdə iştirak etmişdir.

İndi gəlin Anar Yusibovun özünü dinləyək:

-Mən müharibə başlayana qədər Avrasiya Hospitalında çalışırdım. İndi də orada çalışıram. Mən müharibə başlayan kimi könüllü olaraq cəbhəyə getmişəm. Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun bu müqəddəs missiyasına biz də həkim olaraq öz töhfəmizi verməli idik. Mən Naftalan xəstəxanasına çalışdım. İlk günlər təchizatla bağlı problemlər yaşansa da, sonralar bu məsələləri həll etdik. Biz lazımı tibbi avadanlıqları, cərrahiyyədə lazım olan ləvazimatları təşkil etdik. Və bir ay yarım müddətində cərrah kimi Naftalandakı xəstəxanada maksimum qüvvə ilə çalışdım. Prezidentimizin dəstəyi bizi ruhlandırmışdı. Bu 200 ildə ilk qələbə idi. Bizim də borcumuz əsgərlərimizin yanında olmaq, onların sağlamlığının keşiyində durmaqdır.

-Doktor xatırlayırsınız bu müddətdə nə qədər əməliyyat etmisiniz?

-İnanın ki, bu əməliyyatların sayı hesabı yox idi. Çünki hər gün, hətta gecələrdə əməliyyat blokunda çalışırdım. Vaxt tapan kimi bir az dincəlirdik ki, gecə gələn xəstələrimizi əməliyyat edə bilək. 4 əməliyyat bloku təşkil etmişdik. Elə olurdu gün ərzində xəstəxana dəfələrlə dolub boşalırdı. Biz gələn yaralıları əməliyyat edib arxa xəstəxanalara göndərirdik. Əməliyyat etdiyimiz xəstələrin demək olar ki, hər biri sonradan şəfa tapıblar, normal həyata qayıblar. Çünki biz özümüzlə bərabər peşəkar həkim komandasını ora aparmışdıq. Deyərdim həkim heyətimiz bu missiyanı ləyaqətlə yerinə yetirdi.

-Təxminən sizinlə bərabər könüllü ora gedən həkimlərin sayı nə qədər idi?

-Bizim çalışdığımız ərazidə 10-dan artıq cərrah həkimlərimiz var idi. Digər sahələr üzrə də gönüllü getmiş həkimlərimiz orada olub. Demək olar ki, bu insanların hər biri öz işinə peşəkarlıqla yanaşan, milləti sevən insanlar idi. Apardığımız əməliyyatların nəticələrinə baxanda bu peşəkarlıq aydın görünür. Mən ən ağır əməliyyatlara girirdim. Yadımdadır iki nəfərin qolunu, 3 nəfərin qıçının amputasiyasını qoymadım. Sonradan həmin insanların qolu, qıçı normal inkişaf etdi. Əlimizdən gələni edirdik ki, ağır xəsarət almış əsgərlərimizin qolu, qıçı kəsilməsin. Onları çalışırdıq zamanında əməliyyat edək ki, fiziki sağlamlığı bərpa olunsun.

-44 günlük müharibə dövründə əvvəldən axıra qədər orada oldunuz. O dövr necə yadınızda qaldı?

-Gərgin və möhtəşəm günlər idi. Hər torpaq alındıqca sevinirdik, qürur hissi yaşayırdıq. Sonrada Suqovuşana getdik. Gözəl məkanlar idi. Nəhayət müharibə bizim tarixi Zəfərimizlə bitdi. Bu gün biz qürur hissi keçiririk ki, bu qələbənin qazanılmasında, yaralanmış əgsərlərimizin həyata qayıtmasında əməyimiz var. Cərrah həkimi olaraq öz işimizin öhdəsindən layiqincə gələ bildik.

-44 günlük müharibə, hərbiçilərlə sıx təmas və digər faktorlar sizin dünya görüşünüzə necə təsir etdi?

-Gerçəkdən bir çox məqamları nəzərdən keçirəndə mən Azərbaycan əsgərini yenidən kəşf etdim. Bu əsgərlər cəngavər insanlar idi. Xəstəxanaya yaralı gələn əsgər tez sağalıb öz cəbhəyə yoldaşlarının yanına dönmək istəyirdi. Maraqlı bir faktı qeyd edəcəm. Bir əsgər xəstəxanaya yaralanmış hərbiçini gətirmişdi. O, tamamilə islanmış paltarda idi. Həmin əsgərimiz geri gönərkən mən ona quru paltarlar verdim ki, islanmış əynini dəyiş. O, isə mənim bu təklifimdən imtina edərək mənə bildirdi ki, ön xəttdəki əsgər yoldaşlarım hamısı islanmış vəziyyətdədir. Bu qəhrəman əsgərimiz dərhal öz yoldaşlarının yanına qayıtdı. Bütün bunlar onu göstərir ki, Azərbaycan əsgərində böyük ruh yüksəkliyi, qələbə əzmi vardı. Bu da bizim Zəfərimizin əsasını təşkil edirdi.

-Cərrah kimi yetişmək üçün xarici tibb ocaqlarından, əcnəbi cərrahların zəruri təcrübəsindən nə dərəcə faydalana bilmisiniz?

-Mən Almaniya, İsveçrə, Türkiyə və digər ölkələrin təcrübəsindən yarar-lanmışam. Ümumiyyətlə, Türkiyə həm hərbi sahəsində, həm də səhiyyə sahəsində çox inkişaf edib. Bizim onlardan öyrəniləsi çox şeylər var. 44 günlük müharibə dövründə də Qardaş Türkiyə Azərbaycana mənəvi dəstək oldu. Ona görə, biz səhiyyəmizi təkmilləşdirmək, inkişaf etdirmək üçün Türkiyənin və digər inkişaf etmiş ölkələrin təcrübəsindən faydalanmalıyıq.

Fact-info.az




Baxış sayı: 1 515
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30