FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » "Ermənistan bununla daha çox insanın həlak olması məqsədini güdür"
7-06-2021, 09:10 | TƏDQİQATLAR-ANALITIKA
"Ermənistan bununla daha çox insanın həlak olması məqsədini güdür"

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin İtaliyanın nüfuzlu “il Giornale” qəzetində bu gün Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən ikisi jurnalist olmaqla 3 azərbaycanlı mülki şəxsin - Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Azərtac İnformasiya Agentliyinin əməkdaşı 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov və Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin rəsmisi Arif Əliyevin tank əleyhinə minaya düşərək həlak olması və hadisə zamanı dörd mülki şəxsin də yaralanması ilə bağlı “Beynəlxalq ictimaiyyət Ermənistanı dayandırmalıdır!” sərlövhəli məqaləsi dərc olunub. Ermənistanın Azərbaycana qarşı müharibə cinayətlərinin davam etdiyini bildirən səfir baş vermiş hadisə haqqında məlumat verib. Diplomat xatırladıb ki, bir neçə gün öncə Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi açıqlama verərək bildirmişdir ki, may ayının 27-də Ermənistan Silahlı Qüvvələrinin iki qrupdan ibarət kəşfiyyat-diversiya dəstəsi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində Azərbaycan ərazilərinin dərinliyinə daxil olaraq, ərazidə kəşfiyyat-diversiya əməliyyatları və yolların minalanmasına yönəlmiş təxribat terror fəaliyyəti həyata keçirməyə cəhd göstəriblər. Habelə Azərbaycan XİN-in müvafiq açıqlamasındakı fikirlərə istinad edərək vurğulayıb ki, Azərbaycan Ermənistanın illər ərzində basdırdığı minalardan əziyyət çəkdiyi halda, Ermənistanın diversant qrupu tərəfindən Azərbaycan ərazisində həyata keçirilən diversiya və keçid yollarını növbəti minalama cəhdləri Azərbaycan hərbçilərinin və gələcəkdə mülki insanların həyatı üçün ciddi təhlükədir.

“Azərbaycan tərəfinin xəbərdarlığına diqqət yetirməyənlər və Ermənistanın Azərbaycana qarşı dezinformasiyasına inanmaq istəyənlər bugün baş verənlərdən nəticə çıxarmalıdılar”, deyə diplomati vurğulayıb.

M.Əhmədzadə əlavə edib ki, İkinci Qarabağ müharibəsinin bitməsindən sonra, yəni 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalandığı gündən bəri Ermənistan tərəfindən yerləşdirilən müxtəlif növ minalar və digər partlayıcı qurğular nəticəsində 120-dən çox insan həlak olmuş və ya yaralanmışdır. Habelə bildirib ki, bəyanat imzalandıqdan sonrakı müddət ərzində işğaldan azad edilmiş ərazilərimizdə təxminən 100 milyon kvadratmetr sahədə 35.000-dən çox minanın zərərsizləşdirilməsinə baxmayaraq, mina qurbanlarının sayı artmaqda davam edir və minalanmış ərazilərin xəritələrinin verilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Ermənistan məqsədyönlü şəkildə bundan imtina edir.

Səfir bildirib ki, bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərdə insanların həyatı üçün təhlükə yaradan minaların yerlərinə dair Ermənistanın müvafiq xəritələri təqdim etməkdən imtinası ilə bağlı ikinci dəfə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə (İHAM) dövlətlərarası şikayət göndərib və ilk belə bir şikayət ərizəsi cari il yanvarın 16-da göndərilmişdi.

Diplomat 2021-ci ilin fevralında Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Birləşmiş Millətlər Təşkilatının Baş katibinə müraciət edərək Ermənistanın minalanmış ərazilər barədə məlumatları açıqlaması üçün edilən çağırışlara dəstək verilməsini xahiş etdiyini, habelə məsələ ilə bağlı Azərbaycan tərəfindən müxtəlif rəsmi şəxslər və ayrı-ayrı ekspertlər səviyyəsində çıxış və bəyanatların səsləndirildiyini də diqqətə çatdırıb.

Ermənistanın Azərbaycan ərazilərində məqsədli şəkildə və geniş miqyasda minalar basdırmasının beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulması olduğunu deyən diplomat vurğulayıb ki, Azərbaycanın insanların həyatını xilas etmək səylərinə kömək edə biləcək bu xəritələri və digər zəruri məlumatları Ermənistanın təqdim etməkdən imtinası Azərbaycan əhalisinin İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 2-ci və 8-ci maddələri, 1 saylı Protokolunun 1-ci maddəsi, 4 saylı Protokolunun 2(1) və 3(2) maddələrindən irəli gələn hüquqlarının ciddi şəkildə pozulmasına səbəb olur.

M.Əhmədzadə, habelə əlavə edib ki, Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsi ilk növbədə sülhə təhdiddir. Habelə bu davranış bütün beynəlxalq qanunlara, prinsiplərə zidd olmaqla yanaşı, hərbi cinayət hesab olunur, çünki Ermənistan tərəfi bununla həm də daha çox insanın həlak olması məqsədini güdür. Diplomat vurğulayıb ki, bununla Ermənistan torpaqlarımızı işğal edərkən zorla öz yurd-yuvalarından didərgin düşmüş məcburi köçkün ailələrinin 30 il sonra öz evlərinə qaytarılması səylərinə də mane olur, həm də işğaldan azad edilmiş ərazilərimizdəki bərpa və yenidənqurma işlərini ləngitməyə çalışır. “Baş verənlər onu göstərir ki, Ermənistan sülhdə maraqlı deyil. Ən pisi isə odur ki, Ermənistana hələ də ciddi təzyiqlər göstərilmir. Dünyanın bu susqunluğa son verməsi üçün daha nə qədər günhasız azərbaycanlı mülki şəxslər həyatını itirməlidir? Azərbaycanın azad edilmiş ərazilərində 30 illik işğal vaxtı ermənilərin törətdiyi misli görünməmiş dağıntılara, hələ də öz torpaqlarına qayıda bilməyən 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünlərin taleyinə və davamlı olaraq erməni minalarının qurbanı olan bu qədər məsum və günahsız azərbaycanlı mülki şəxslərin axıdılmış qanlarına nə zamana qədər biganə yanaşılacaq?”, deyə diplomat məqaləsini tamamlayıb.

Diplomatın məqaləsi ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür:

https://www.ilgiornale.it/news/mondo/comunit-internazionale-fermi-larmenia-1952057.html




Baxış sayı: 844
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30