FACT-INFO.AZ » SİYASƏT » ATƏT PA-nın deputatları işğaldan azad olunmuş ərazilərimizə səfərə dəvət ediliblər
13-03-2021, 09:25 | SİYASƏT
ATƏT PA-nın deputatları işğaldan azad olunmuş ərazilərimizə səfərə dəvət ediliblər

Fact-info.az xəbər verir ki, vebinarda Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Piter Maurer, ATƏT-in Ukraynadakı xüsusi monitorinq Missiyasının rəhbəri Yaşar Halit Çevik, “Die Zeit” nəşrinin müxbiri Elis Bota və ATƏT PA-dakı nümayəndə heyətlərinin rəhbər və üzvləri münaqişə zamanı və münaqişədən sonrakı dövrdə humanitar məsələlərin effektiv həlli yollarını müzakirə edib.

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev vebinarda artıq həllini tapmış Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq icra olunmuş və həyata keçiriləcək bir sıra humanitar tədbirlər barədə iştirakçılara məlumat verib.

Azay Quliyev qeyd edib ki, bugünkü tədbir Ermənistan-Azərbaycan münaqişəsi bitdikdən sonra bu cür məsələyə həsr olunmuş ilk belə görüşdür. ATƏT PA-nın vitse-prezidenti vurğulayıb ki, minlərlə insanın ölümünə və bir milyona yaxın azərbaycanlının doğma torpaqlarından qovularaq təhlükəsiz və ləyaqətli həyat kimi təbii hüquqlarından məhrum edilməsi ilə nəticələnən bu münaqişə bütün bölgə üçün həqiqi bir humanitar şok və faciə idi.

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri bildirib ki, bu görüş mövcud həqiqətlərin hamıya aydın olması üçün son bir neçə ayda baş verən hadisələri ümumiləşdirməyə imkan yaradan əla bir fürsətdir.

Daha sonra Azay Quliyev 44 günlük müharibə zamanı baş verən hadisələri tam başa düşmək üçün Ermənistan-Azərbaycan münaqişəsinin həlledici mərhələsindən əvvəlki hadisələri nəzərdən keçirmək lazım olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb:

“İki dövlət arasındakı danışıqlar Ermənistanın siyasi-hərbi rəhbərliyinin qəbuledilməz tələbləri və bu ölkə tərəfindən 2020-ci il sentyabrın 27-də başladılan hərbi təxribat səbəbindən dalana dirənmişdir. Azərbaycan Ermənistanın bu təxribatına sülhə məcburetmə əməliyyatları ilə cavab verməli oldu”.

Azay Quliyev qeyd edib ki, bu cavab tədbirləri Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin tamamilə azad edilməsi ilə nəticələnib. Azərbaycan, əslində, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərimizdən qeyd-şərtsiz və birdəfəlik çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı 4 Qətnaməsini təkbaşına yerinə yetirdi. 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri üçtərəfli Bəyanat imzaladılar və bu, Ermənistanla Azərbaycan arasında üç onillik davam edən silahlı qarşıdurmaya son qoydu.

Ancaq təəssüf ki, 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələri qəsdən əhalinin sıx yerləşdiyi yaşayış məntəqələrinə hücum etdi və ağır hərbi cinayətlər, insanlığa qarşı cinayətlər və dövlət terroru törətdi.

Ermənistan Gəncə, Bərdə və Azərbaycanın münaqişə bölgəsindən uzaqda yerləşən digər böyük şəhərlərindəki mülki əhaliyə qarşı beynəlxalq səviyyədə qadağan edilmiş kasetli silahlardan, Skad raketlərindən və ağ fosfordan istifadə etdi.

Ermənistanın qəsdən törətdiyi bu cür hücumlar nəticəsində 101 Azərbaycan vətəndaşı öldürülüb və 423 mülki şəxs yaralanıb.

Azay Quliyev Azərbaycanın 10 noyabr Bəyanatına uyğun olaraq həyata keçirdiyi humanitar tədbirlər barədə də tədbir iştirakçılarına məlumat verib:

50 min erməni qaçqınının Azərbaycana təhlükəsiz qayıtması təmin edilib, Azərbaycan bu şəxslər tərəfindən humanitar yardımın alınması üçün bütün lazımi şəraiti yaradıb. Bunun üçün dəmir yolları və hava limanı daxil olmaqla, bütün lazımi kommunikasiya vasitələri təmin edilib. 10 noyabr Bəyanatında da əksini tapan humanitar tədbirlər çərçivəsində bu günə olan məlumata görə Azərbaycan 71 hərbi əsiri və 1259 erməni hərbçisinin cəsədini Ermənistana qaytardı.

Daha sonra ATƏT PA-nın vitse-prezidenti humanitar məsələlərin həlli ilə bağlı Azərbaycanın qarşısında duran əsas məqsədləri də sadalayıb:

Başlıca vəzifə azad edilmiş ərazilərin minalardan təmizlənməsidir. Nəzərinizə çatdırım ki, müharibə bitdikdən sonra mina partlayışları nəticəsində təxminən 20 nəfər ölüb və 70 nəfər ağır yaralanıb. Təəssüf ki, Ermənistan beynəlxalq humanitar hüququn tələblərinə baxmayaraq hələ də minalar xəritəsini təqdim etməkdən imtina edərək günahsız insanların ölümünə səbəb olur.

İkinci vəzifə bu ərazilərin bərpası və yenidən qurulmasıdır. Azərbaycan Ermənistan tərəfindən tamamilə dağıdılmış 10 min kvadratkilometrdən çox ərazini yenidən bərpa edəcək.

Azərbaycan bu prosesə start verib və bir neçə dost ölkənin şirkətləri artıq 500 milyon ABŞ dollarından artıq investisiya qoymağa qərar veriblər. Azərbaycan da bu məqsədləri, o cümlədən “Ağıllı kənd”, “Ağıllı şəhər” və yaşıl enerji konsepsiyalarını həyata keçirmək üçün təxminən 2 milyard ABŞ dolları ayırıb.

İşğal müddətində Ermənistan tərəfindən 65-dən çox məscid dağıdılıb və ya donuzların saxlanılması üçün istifadə edilib. Bu cür nəticələrə baxmayaraq, Azərbaycan dağıdılmış dini və mədəni obyektləri bərpa etmək, habelə xristian kilsələri də daxil olmaqla, tarixi və mədəni obyektləri və abidələri qorumaq barədə qətiyyətli mövqeyə sahibdir.

Üçüncü vəzifə, keçmiş məcburi köçkünlərin Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında əvvəlki 2 vəzifənin həyata keçirilməsindən sonra 10 noyabr Bəyanatının 7-ci bəndinə uyğun olaraq münaqişədən zərər çəkmiş ərazilərə qaytarılmasıdır.

Dördüncü vəzifə, Ermənistan mənşəli Azərbaycan vətəndaşlarının Azərbaycanın siyasi, sosial, iqtisadi məkanına yenidən inteqrasiyası, onlara Konstitusiyamıza əsasən digər vətəndaşlarla bərabər hüquqların verilməsidir.

Beşinci vəzifə 11 yanvar 2021-ci il tarixli üçtərəfli Bəyanata uyğun olaraq kommunikasiyaların bərpası və hər iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmətə əsaslanaraq Ermənistan və Azərbaycan arasında böyük sülh sazişinin bağlanmasıdır.

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin və onun istifadəsinin qəbuledilməz olduğunu tədbir iştirakçılarına xatırladıb və Azərbaycan Respublikasında “Dağlıq Qarabağ” adlı inzibati ərazinin olmadığını deyib.

Azay Quliyev vurğulayıb ki “Biz, ATƏT-in Minsk Qrupunun və digər beynəlxalq maraqlı tərəflərin köhnəlmiş və qüvvəsini itirmiş şərt və yanaşmaları keçmişdə qoymalarını və qeyd olunan vəzifələrin icrasında yaxından iştirak etməsini və dəstəkləməsini gözləyirik.

Hazırkı vəziyyətə töhfə vermək istəyən hər hansı bir beynəlxalq tərəfdaş bütün fəaliyyətini Cənubi Qafqazda davamlı sülh, sabitlik və əməkdaşlığa yönəltməlidir. Ermənistan da məsuliyyətlə davranmalı, 10 noyabr Bəyanatındakı öhdəliklərini yerinə yetirməli və revanşist cəhdlərini kənara qoymalıdır. 10 noyabr Bəyanatındakı hər hansı bir dəyişiklik və ya müdaxilə cəhdi nəinki zərərli, həm də təhlükəlidir”.

Yekunda Azay Quliyev ATƏT PA-nın Ermənistanla Azərbaycan arasındakı yaxınlaşma prosesində böyük rolunun ola biləcəyini qeyd edərək, ATƏT PA-nın maraqlı nümayəndə heyətlərini Azərbaycan Respublikasının azad edilmiş ərazilərinə səfər etməyə və real vəziyyətlə yerində tanış olmağa dəvət edib.




Baxış sayı: 906
İmarət Cəlilqızı yazır: Sən güclüsən!..   Bu gün, 11:30 Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib Bu gün, 11:00 Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb Bu gün, 10:30 Prezident və birinci xanım Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub Bu gün, 10:30 Xocalıda Anım Günü ilə bağlı ağacəkmə aksiyası təşkil olunub Dünən, 17:30 Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib Dünən, 17:00 Qaradağ rayonu ərazisində vulkan püskürməsi qeydə alınıb Dünən, 09:30 Ərdoğan: Türkiyə regionda uzunmüddətli sabitliyin tərəfdarıdır Dünən, 08:30 “Çal qılıncın, yetdim!.." 25-09-2026, 21:00 MN: Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri taktiki fəaliyyətləri yerinə yetirib 25-09-2026, 20:00 Müharibə və hərbi xidmətlə bağlı əlilliyi olan şəxslərə daha 19 avtomobil təqdim edilib 25-09-2026, 18:30 Azərbaycan Prezidenti: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib 25-09-2026, 12:30 Milli Məclisdə Dövlət Qulluğu Məcəlləsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb 25-09-2026, 12:30 Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal hazırlanıb 25-09-2026, 11:30 Şarl Mişel: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal dialoq üçün mühüm platformadır 25-09-2026, 10:30 Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər 25-09-2026, 10:30 Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub 25-09-2026, 10:00 "Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib 24-09-2026, 20:30 Ceyhun Bayramov İƏT toplantısında çıxış edib 24-09-2026, 20:30 Nazirlər Kabinetində geniş iclas keçirilib 24-09-2026, 20:30 “Diri Baba” türbə-kompleksinin rəhbəri: Övliya Çələbi mağarada qeyri-adi mənzərənin şahidi olub 24-09-2026, 19:30 New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting 24-09-2026, 17:30 Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir 24-09-2026, 12:30 Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi 24-09-2026, 11:30 “27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edilib 24-09-2026, 11:30 Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir 24-09-2026, 11:00 Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub 24-09-2026, 08:00 “Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib 23-09-2026, 18:00 Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır 23-09-2026, 18:00 Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub 23-09-2026, 18:00
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930