FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Xocalını xatırlayarkən
25-02-2021, 09:10 | TƏDQİQATLAR-ANALITIKA
Xocalını xatırlayarkən

Çünki ermənilər tərəfindən işğal edilmiş torpaqlarımız 30 ildən sonra azadlığa qovuşub, Xocalı soyqırımı qurbanlarının, həmçinin digər şəhidlərimizin qanı yerdə qalmayıb, qisası alınıb. Ötən il sentyabrın 27-dən başlayan Vətən müharibəsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun parlaq Zəfəri ilə başa çatıb. 44 günlük Vətən müharibəsi nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları və Şuşa şəhəri işğaldan azad edilib, qüdrətli Azərbaycan Ordusunun qarşısında aciz qalan Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olub. Noyabrın 10-da imzalanan üçtərəfli birgə Bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən Azərbaycana qaytarılıb. İndi artıq Qarabağda bərpa və quruculuq dövrü başlayıb.

Fact-info.az AZƏRTAC-a istinadən soyqırımının ildönümündə tariximizə qanla yazılmış Xocalı səhifəsinə bir daha nəzər salır.

Ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar və Xocalı soyqırımı

Tarixə qısa ekskurs etsək görərik ki, son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə dəfələrlə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə kimi bəşəri cinayətlər törədiblər. XX əsrin sonunda dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə fərqlənən Xocalı soyqırımı bu təcavüzkar siyasətin ən qanlı səhifəsidir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının dəstəyi ilə aylarla mühasirədə saxlanılan Xocalı şəhərinə hücuma keçərək onu yerlə-yeksan ediblər. Bu soyqırımı zamanı etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfərə ağır bədən xəsarətləri yetirilib. Eyni zamanda, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. Xain hücum nəticəsində 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb, onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Zənnimizcə, əlavə şərhə ehtiyac qalmır. Xocalı dəhşətini sözlə təsəvvür etmək qeyri-mümkündür. Həmin vaxt çəkilmiş fotolar sanki dil açıb danışır, şahid ifadələri tük ürpədir. Bu ağır cinayətə görə siyasi-hüquqi məsuliyyət birbaşa Ermənistanın o zamankı rəhbərliyinin, Dağlıq Qarabağdakı separatçı rejimin üzərinə düşür.

“Xocalıya ədalət!” deyənlərin səsi daha gur eşidilir

Xocalı qətliamı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti tərəfindən bütün zəruri addımlar atılır. Bu istiqamətdə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Faciəyə ilk dəfə hüquqi-siyasi qiymət də məhz ümummilli lider Heydər Əliyev tərəfindən verilib. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb.

Bir müddət sonra, 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasına start verilib. Bu kampaniya çərçivəsində soydaşlarımızı təmsil edən çoxsaylı vətəndaş cəmiyyəti institutları, gənclər təşkilatları və diaspor qurumları hakimiyyət strukturları ilə birlikdə səmərəli fəaliyyət göstərirlər. Artıq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunur və dünya ictimai fikri Xocalı həqiqətlərini qəbul etməyə başlayır.

Ötən müddətdə həyata keçirilən ardıcıl, məqsədyönlü və sistemli tədbirlərin məntiqi nəticəsi olaraq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğatının iç üzü ifşa edilir. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərar və qətnamələrində əksini tapır. Dünyanın 15-dən çox ölkəsi parlament səviyyəsində, eləcə də ABŞ-ın 25-dən artıq ştatı, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyıb. LİNK

“Xocalıya ədalət!” deyənlərin səsi getdikcə daha gur eşidilir, ədalətin tam zəfəri addım-addım yaxınlaşır.

Xocalı soyqırımının xarici mətbuatda əks-sədası

Xocalı faciəsi baş verən zaman Azərbaycanda olmuş xarici jurnalistlərin öz gözləri ilə gördükləri, yaxud hadisə şahidlərinin dedikləri əsasında yazdıqları materiallar ədalət mühakiməsi üçün təkzibedilməz sübutlar ola bilər.

“Washington-Post” qəzeti (2 mart 1992-ci il): Öz məqaləsinə “Qarabağda cəsəd təpələri” başlığı qoyan Anatol Liven yazır: “Erməni qoşunları tərəfindən həyata keçirilən kütləvi insan qırğını barədə məlumat toplayan zaman atəşə tutulduq. Biz Dağlıq Qarabağın qarla örtülmüş dağlarından aşağı enərkən ətrafa səpələnmiş meyitləri gördük. Görünür, qaçqınlar qaçarkən onlara atəş açmışdılar. Bu hadisədən sonra jurnalistlər azərbaycanlı operator tərəfindən çəkilmiş kadrlara baxdılar. Kadrlarda bizim keçdiyimiz həmin dağların müxtəlif hissələrində onlarca insan cəsədi görünürdü. Azərbaycanlılar bildirirlər ki, keçən həftə ermənilər tərəfindən işğal olunan Xocalı şəhərindən qaçan azərbaycanlıların kütləvi qırğını zamanı ən azı 1000 nəfər öldürülüb. Daha 4000 nəfər yaralanıb, donub ölüb, yaxud da itkin düşüb. Mülki vertolyot dağlara enməli və kütləvi qırğınların törədildiyi yerlərdən meyitləri yığmalı idi. Vertolyot 4 cəsəd götürə bildi. O vaxt azərbaycanlı operatorun çəkdiyi filmdə isə həmin təpələrdə onlarca meyit görünür. Ağdama qayıdan zaman mülki vertolyotun yığdığı cəsədlərə baxdıq. Yaşlı iki kişi və kiçik qızcığaz qanına qəltan edilmiş, onların əlləri və ayaqları donmuşdu”.

“Times” qəzeti (3 mart 1992-ci il): “Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni hərbçilərinin mülki vətəndaşlara qarşı törətdiyi soyqırımı haqqında bu gün yeni sübut əldə olunub. Vertolyotla bölgəyə gedən Azərbaycan jurnalistləri və rəsmiləri qayıdan zaman özləri ilə üç uşaq meyiti gətirmişlər. Onların başlarının arxa hissəsi tamamilə dağıdılmışdı. Ermənilərin atəş açması meyitlərin hamısını yığmağa imkan verməmişdi. İnsanların başlarının dərisi soyulmuşdu.

“Le Monde” qəzeti (14 mart 1992-ci il): “Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxarılmış 3 nəfəri görmüşlər. Bu, azərbaycanlıların təbliğatı deyil, bu, reallıqdır.

“İzvestiya” qəzeti (13 mart 1992-ci il): Mayor Leonid Kravets deyir ki, o özü şəxsən təpədə yüzə yaxın meyit görüb. Bir oğlanın başı qoparılmışdı. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü.

“New York Times” (3 mart 1992-ci il): Brayn Killen Dağlıq Qarabağda onlarla insan meyitinin səpələndiyini bildirir. Yazır ki, bu, 4 ildən bəri davam edən döyüşlərdə törədilmiş ən dəhşətli soyqırımının sübutudur. Oradan yenicə qayıdan Azərbaycan rəsmiləri özləri ilə 3 uşaq meyiti gətiriblər və onların başlarının arxa hissəsi tamamilə dağılmışdı. Yerli məsciddə daha 6 cəsəd vardı, onların əlləri və ayaqları donmuş, üzləri isə soyuqdan qaralmışdı. Qadınlardan biri öldürülmüş atasının sinəsinə qəzəblə vuraraq “Telman!” deyə qışqırırdı. Cəsəd arxası üstə uzadılmışdı, sağ əli donduğundan bükülməmişdi.

Ötən həftə ermənilərin işğal etdiyi Xocalıya vertolyotla qısa səfərdən qayıdanlar dedilər ki, onlar da oxşar, ancaq miqyasca bundan daha böyük mənzərənin şahidi olublar. Bir rus jurnalistin dediyinə görə, o, 50 metrlik sahədə 30 meyit sayıb.

“Reuters”in fotoqrafı Frederik Lenqan Ağdam yaxınlığında azərbaycanlıların meyitləri ilə dolu iki yük maşını görüb. O deyir: “Birinci dəfə 35 meyit saydım və məncə, ikinci maşında da bir o qədər meyit var idi. Onların bəzilərinin başı kəsilmiş, çoxları yandırılmışdı”.

Fransalı reportyor Jan-İv-Yunet yazır: “Biz Xocalı faciəsinin nəticələrinin canlı şahidi olduq. Ölmüş yüzlərlə insanın meyitlərini öz gözlərimizlə gördük. Onların arasında qadınlar, qocalar, uşaqlar və Xocalının müdafiəsində dayanan insanlar var idi. Bizə vertolyot vermişdilər. Havaya qalxaraq yuxarıdan gördüklərimizi kameraya çəkirdik, Xocalı və onun ətrafını lentə alırdıq. Bu zaman erməni hərbi birləşmələri bizim vertolyotu atəşə tutdu və biz məcburiyyət qarşısında qalaraq, çəkilişi yarımçıq dayandıraraq geri qayıtmalı olduq. Mən müharibə haqqında çox eşitmişəm, alman faşistlərinin qəddarlığı barədə oxumuşam, ancaq ermənilər dinc əhalini və 5-6 yaşlı uşaqları öldürməklə vəhşilikdə onları belə arxada qoymuşdular. Biz xəstəxanada, vaqonlarda, hətta uşaq bağçalarında və məktəb siniflərində çoxsaylı yaralılar gördük”.

Başları kəsilmiş insan cəsədləri. Bu mənzərəni çalışdığı “İzvestiya” qəzetində V.Bellax belə qələmə alır: “Zaman-zaman Ağdama meyitlər gətirilirdi. Tarixdə belə şeylər görünməmişdi. Meyitlərin gözləri çıxarılmış, qulaqları və başları kəsilmişdi. Bir neçə meyit zirehli maşınlara qoşularaq yerlə sürüklənmişdi. İşgəncələrin həddi-hüdudu yox idi”.

“İndependent” qəzeti: Azərbaycanlıların Xocalı şəhərində törədilmiş fevral soyqırımı nəticəsində təxminən 600 kişi, qadın və uşaq öldürülmüşdü.

Vertolyotun pilotu bildirirdi ki, yerdə çoxlu sayda ölü və yaralı olduğu üçün onları dəqiq saymaq mümkün olmayıb. Onların sayı Xocalıda 470-500, yollarda 650-700, Naxçıvanik kəndi ətrafında 85-100 nəfərə yaxın idi.

Pilot deyirdi: “İnsanlar əllərini yuxarı qaldırıb bizdən kömək istəyirdilər. Biz üç uşaq meyiti və sağ qalmış iki yaşlı uşaq gördük. O, ölmüş anasının qolundan tutaraq yerdən qaldırmaq istəyirdi. Biz enməyə çalışdıq, amma ermənilərin atəş açmağa başlaması bizi qayıtmağa məcbur etdi”.

Milyon-milyon ürəyin kədəri və inamı

Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək idi. Lakin bu ağır faciə xalqımızı daha da mətinləşdirdi, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etdi. Bunun nəticəsi olaraq Qarabağ düşmən tapdağından xilas olundu.

Faciənin 29-cu ildönümü ərəfəsində Prezident İlham Əliyevin doqquz il əvvəl dediyi sözlər yada düşür: “Sizi əmin etmək istəyirəm ki, Xocalı soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaqdır”. Şanlı Azərbaycan əsgəri işğalçıların ordusunu darmadağın edərək, bütün şəhidlərimizin qisasını aldı.

Qarabağ Zəfəri milyonlarla insanın qəlbindəki ağrını azaltmaqla yanaşı, Xocalı soyqırımını törədənlərin – sarkisyanların, koçaryanların, balayanların və əlləri günahsız azərbaycanlıların – uşaqların, qadınların, qocaların qanına batmış digər cinayətkarların ədalət məhkəməsi qarşısında cavab verəcəklərini inamı daha da artırdı. Prezidentimizin qətiyyəti, hadisələrin gedişi göstərir ki, o gün çox da uzaqda deyil.




Baxış sayı: 1 165
“Ərdoğan olmasaydı, NATO zirvəsində iştirak etməzdim” - Tramp Dünən, 19:00 Azerbaijan welcomes 30 more Ukrainian children for rehabilitation Dünən, 18:30 “Türk Dünyası Həftəsi” adlı elektron resurs bazası yaradılıb Dünən, 18:00 Mənsur Bərxudarov:  “Paytaxtla bərabər regionların inkişafı  paralel aparılmalıdır” Dünən, 13:30 Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib Dünən, 13:00 NATO-nun Ankara Sammiti dönüşyaradıcı ola bilərmi? Dünən, 12:30 “Rəqəmsallaşma dövründə regional universitet modeli” mövzusunda beynəlxalq elmi-praktiki konfrans Dünən, 12:00 Ömür yolunu hüquq elminə həsr edən insan Dünən, 12:00 “Xaqani Şirvani yaradıcılığına konseptual baxış” kitabı nəşr olunub Dünən, 10:00 Böyük Britaniya rusiyalı alimlərə sanksiya tətbiq edib Dünən, 10:00 Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb, Bakı Moskvaya nota verib Dünən, 08:00 Beynəlxalq Muğam Mərkəzində tanınmış yazıçı-dramaturqun yaradıcılıq gecəsi keçirilib 6-07-2026, 21:00 Hakan Fidan: Türkiyə və ABŞ liderləri arasındakı dostluq NATO-ya kömək edə bilər 6-07-2026, 18:30 Leyla Aliyeva attends opening of individual exhibition and tree-planting campaign in Gabala 6-07-2026, 17:30 Prof.Fərrux Rüstəmov: ”Laçının elmlər doktorları və dövlət xadimləri” kitabı Laçın rayonunun elmi-siyasi elitasına ucaldılan mənəvi abidədir” 6-07-2026, 15:00 BMT Azərbaycanla tərəfdaşlığın gücləndirilməsində maraqlıdır 6-07-2026, 14:30 Azərbaycanın rəqəmsal inkişaf strategiyası ölkəni regional texnologiya mərkəzinə çevirəcək 6-07-2026, 13:30 Dağıdıcı imperiya iddiaları müasir dünya üçün təhlükədir 6-07-2026, 13:00 Təkrar sertifikasiyadan uğur qazanmayan müəllimlərlə bağlı komissiya fəaliyyətə başlayıb 6-07-2026, 11:30 Bu gün regionumuzun davamlı sülhə nail olmaq üçün real imkanı var 6-07-2026, 10:00 Kiyevə kütləvi hava zərbələri endirilib 6-07-2026, 09:30 Cəbrayıl rayonuna növbəti köç karvanları yola salınıb 6-07-2026, 08:00 Nəsib bəy Yusifbəylinin ölümü: tarixi-siyasi şərait və onun Azərbaycan dövlətçiliyinə təsiri 5-07-2026, 18:00 Ukrayna Prezidenti: Müharibəni başa çatdırmaq üçün real perspektiv var 5-07-2026, 11:00 Dövlət başçısı: "Artıq Azərbaycan ilə Ermənistan sülh şəraitində yaşayır və ticarət münasibətləri qururlar" 5-07-2026, 10:30 Türk Akademiyası Monqolustanda qədim türk irsinin tədqiqini davam etdirir 5-07-2026, 08:30 Rəcəb Tayyib Ərdoğan: Münaqişələrin davamlı həlli region ölkələrinin iradəsi və dəstəyi ilə mümkündür 4-07-2026, 18:30 Birinci Türkoloji Qurultayın 100 illiyi və Əli bəy Hüseynzadənin irsi elmi seminarda müzakirə olunub 4-07-2026, 16:00 Prezident İlham Əliyev: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur 4-07-2026, 13:00 “Türk Dünyası Həftəsi”nin iştirakçıları Xankəndi Bəyannaməsini qəbul ediblər 3-07-2026, 21:00
Köşə yazarları
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031