FACT-INFO.AZ » XƏBƏR » İsrailli ekspert: Azərbaycan radikallaşmanın qarşısını almağa necə nail olur?
31-03-2016, 09:20 | XƏBƏR
İsrailli ekspert: Azərbaycan radikallaşmanın qarşısını almağa necə nail olur?

Bu mənada Avstraliyada məşhur İqtisadiyyat və Sülh İnstitutu tərəfindən dərc olunan 2015-ci il Qlobal Terrorizm İndeksində Azərbaycanın potensial terror hədələrinin qarşısının alındığı və bu sahədə qabaqlayıcı ölçülərin götürüldüyü dünyanın sabit ölkələri arasında yer alması heç də təsadüfi deyil”.

Bu fikirləri beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut AZƏRTAC-a müsahibəsində deyib.  

Müsahibəni təqdim edirik.

- Bu problemin qarşısının alınması üsulu barədə danışardınız. Sizcə, Azərbaycan çoxsaylı təhlükəsizlik çağırışları ilə üzləşən bir region ətrafında ekstremist dini qruplaşmaların müdaxiləsinə və öz vətəndaşlarının radikallaşmasına qarşı necə hərəkət edir?

- Hər şeydən əvvəl qeyd edim ki, Azərbaycan çoxsaylı təriqətlərdən olan icmaların və müxtəlif dinlərin multikultural dəyərlərə malik bir cəmiyyətdə birgəyaşayışı naminə radikallaşmanın qarşısının alınması istiqamətində düzgün dövlət siyasəti həyata keçirir. Azərbaycan dövlətinin radikallaşmaya və bütün növ dözümsüzlük hallarına qarşı mübarizə aparılmasını nəzərdə tutan xüsusi mövqeyi ABŞ-da 2001-ci il 11 sentyabr terror hücumundan sonra beynəlxalq anti-terror koalisiyasına qoşulması ilə bəyan olundu.

Digər önəmli faktor ondan ibarətdir ki, Azərbaycan müxtəlif dini cərəyanların təsirləri ilə (cənubdan – şiə İran, qərbdən – sünni Türkiyə) əhatə olunan mürəkkəb coğrafi məkanda yerləşir. Müstəqilliyinin 25 illik dövrü ərzində apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan daxildə radikal dini ideologiyaların təsirinin qarşısını ala bilib. Bu mübarizədə dövlət vacib olan bütün qanuni, inzibati, eyni zamanda, institusional tənzimləmələri həyata keçirib.

Azərbaycan hökuməti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) vasitəsi ilə ölkənin bütün regionlarını əhatə edən kompleks tədbirlər planı və müxtəlif layihələr həyata keçirməklə cəmiyyətdəki təhlükəsizlik çağırışlarına cavab vermiş olur. Paris və Brüsseldə islamçı terror qruplaşmaları tərəfindən törədilən terror aktları nəticəsində ayılmış Qərb dövlətlərinin radikallaşmaya qarşı mübarizədə gecikməsi vətəndaş müharibəsi kimi ağır fəsadlara gətirib çıxara bilər. Bütövlükdə Avropa radikallaşma fenomeninə qarşı mübarizədə sərt ölçü götürülməsində həqiqətən gecikir. Məsələn, Fransada Milli Assambleya tərəfindən konstitusional dəyişikliklər edilərək, radikal islamçı-terrorçuların vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı yenicə qərar qəbul olunub.

Bütün insanların azadlığını qoruyan fundamental dəyərlər üzərində formalaşan Avropa hər bir fərdin azad şəkildə öz dinini seçmək, onu dəyişmək və sərbəst şəkildə həyata keçirmək hüquqlarını tanıyır. Yaxud, siyasi islamizmdən ilham almış radikal qruplar dözümsüzlük və təcridçilik ideologiyalarının təbliği vasitəsilə məscidlərdə ayrı-seçkilik yaradacaq fikirləri avropalı gənclərin düşüncələrinə yeritməklə, onları Suriya və İraqda İŞİD terror qruplaşmasının sıralarına cəlb etməyin yollarını axtarırlar. Bununla da həmin radikal qruplar yüz illərdən bəri Qərbdə mövcud olan multikultural plüralist tolerantlılıq və dünyəvi mühitdən sui-istifadə etmiş olurlar. Onlar bu mühitə zidd olan dini qaydaları yaymaq naminə ifadə azadlığından öz məqsədləri üçün yararlanırlar.

- Belə bir ssenari qarşısında bütünlükdə Avropa ölkələrini təhdid edən güclü ideoloji dalğa ilə genişlənən radikallaşmaya qarşı götürülmüş ölçülər kifayətdirmi?

- Bu sahədə effektiv siyasət aparmaq üçün ilk növbədə fərdlərin hansı vəziyyətdə radikallaşdırılmalarını və bu davranışın səbəblərini müəyyənləşdirmək lazımdır. Radikallaşmanın qarşısının mümkün qədər alındığı Azərbaycan nümunəsinə qayıdaq. Nəzərə alaq ki, radikallaşma güclü qütbləşmə ilə problemin ampluasını ikiləşdirərək ictimai həmrəylik və sosial birlik üçün potensial təhlükə yaradır. Bundan başqa, radikallaşma prosesi terror hücumu və zorakılıqdan istifadə olunmaqla ekstremizm şəklində ortaya çıxır. Bu problemlərin qarşısını, əlbəttə, yalnız qlobal yanaşma vasitəsilə almaq olar.

Bu sahədə institusional nəzarəti həyata keçirən Azərbaycan hökumətinin əsas dayağı dini qurumların qeydiyyatını və ya ləğv olunmasını həyata keçirən, həmçinin fəaliyyətlərinin dayandırılmasını tələb edən, habelə diskriminasiya və nifrət təbliğ edən dini ədəbiyyatların nəşrini, satışını, yayılmasını tənzimləmək səlahiyyətlərinə malik Dini Qurumlarla İş üzrə Dövlət Komitəsidir (DQİDK). Komitə radikallaşmaya qarşı mübarizədə yerli hakimiyyət orqanları ilə geniş əməkdaşlıq şəraitində çoxşaxəli fəaliyyət həyata keçirir. Yerli icra hakimiyyəti orqanları sadə vətəndaşlara yaxın olduqları üçün radikallaşmanın qarşısının alınması və bu hallara qarşı mübarizədə daha güclü təsir imkanlarına malikdirlər. Onlar yerli əhali arasında nələrin baş verdiyini görə biləcək qədər yaxın mövqedə olduqları üçün neqativ axınların inkişafına erkən mərhələdə müdaxilə edə bilirlər. Bu mənada, Dövlət Komitəsinin bütün Azərbaycan ərazisini əhatə edən regional mərkəzləri vətəndaşların maarifləndirilməsi baxımından logistik əhəmiyyətə malikdir.

Görülən kompleks tədbirlər arasında ilkin olaraq Azərbaycan hökuməti DQİDK tərəfindən həyata keçirilən maarifləndirici tədbirlər vasitəsilə dindarların cəmiyyətə inteqrasiyasını təşviq edir. Burada xüsusi diqqət müsəlman gənclərin multikultural mühitdə milli kimlik problemlərinə, diskriminasiyaya qarşı mübarizəyə və bu insanların təcrid olunmadan cəmiyyətin bütün sahələrində, ictimai, siyasi və iqtisadi sahələrdə iştirakının təmin edilməsinə ayrılır. Gəncləri radikal ideologiyalardan qorumaq məqsədi ilə dövlət xaricdən idxal olunan diskriminasiya və nifrət hissi aşılayan dini ədəbiyyatlar, eləcə də nəşrlər üzərində nəzarəti həyata keçirir. Bir faktı unutmayaq ki, İraq və Suriyadakı hərbi düşərgələrə döyüşməyə gedən xaricilər dünyəvilik prinsipi üzərində qurulmuş fransız məktəblərində tərbiyə almış, lakin cəmiyyətə pis inteqrasiya etmiş gənclərdir.

Avropa kontekstində radikallaşma prosesində milli kimlik böhranına tez-tez rast gəlinir. Burada söhbət iki mədəniyyət arasında tərəddüd edən gənclərdən gedir. Onların özlərinə xas kimlik axtarışında bəzi gənclər radikal islama tərəf dönür. Əlbəttə, mümkündür ki, bu gənclərə yaşadıqları cəmiyyətdə islam barəsində obyektiv məlumata yiyələnmək, radikal və ekstremist islamçı qruplaşmaların müxtəlif vasitələrlə cəlbediciliyini iflasa uğradaraq müsəlman olmaq, islamı doğru-düzgün yaşamaq imkanları verilsin.

Azərbaycan hökumətinin islamofobiya və radikal qütbləşmələrə qarşı aktiv mübarizəsi olduqca kompleks xarakter daşıyır. Bu mənada radikallaşmanın qarşısının alınmasında Azərbaycanın yanaşması gənclərin vətəndaşlıqdan məhrum edilməsi metodları ilə deyil, əksinə, onların düşünülmüş dini maarifləndirmə yolu ilə cəmiyyətə reinteqrasiya edilməsini nəzərdə tutur. Unutmayaq ki, bu ölkədə yaşayanların əksəriyyəti müsəlmanlardır. Əgər müsəlmanlar kütləvi şəkildə radikal islamçılığa dönərlərsə, bu zaman yaşana bilinəcək fəlakətin miqyasını təsəvvür etmək çətin deyil.

Azərbaycan dövləti bütün sahələrdə radikallaşmaya qarşı mübarizənin genişləndirilməsi üçün lazımi inzibati ölçüləri götürür. Hər şeydən əvvəl bu mübarizədə güclü qanunvericilik bazası yaradılıb. Dövlət Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq maddəsinə uyğun olaraq, dini qurumların fəaliyyətlərinə nəzarət mexanizminin həyata keçirilməsi, dini qurumların hüquq və vəzifələrinin, habelə onların cəmiyyətdə olan statuslarının müəyyən edilməsinə dair imzaladığı beynəlxalq müqavilələrə əsaslanaraq ‘‘Dini etiqad azadlığı’’ haqqında qanunun qüvvəyə minməsi ilə əsas qanunvericilik mexanizmini yaradıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin gördüyü işlər yalnız bu sahədə nəzarətin həyata keçirilməsi ilə məhdudlaşmır. DQİDK hökumət orqanı olaraq, dinlə dövlət arasında münasibətlərin institusionallaşması sahəsində önəmli rol oynayır. Dini radikalizmin təsirinə məruz qalan vətəndaşların deradikallaşması naminə yeni qərarların verilməsi dini xurafata qarşı mübarizədə Azərbaycanın əsas siyasi iradəsini ortaya qoyur. Bundan əlavə, məscidlərdə xütbələr zamanı imamların siyasi ritorikalardan istifadə etmələrinə nəzarət olunur və bu, məhdudlaşdırılır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının “Məscidləri siyasi arenalara çevirməyə cəhd göstərənlər cəzalandırılacaqlar” mesajı açıq və aydındır. Bu mənada Azərbaycanda din xadimlərinin formalaşdırılması bu ölkədə yaşayan müsəlmanların yalnız İranda şiə təriqətinin müqəddəs şəhərlərindən sayılan Qum şəhərindən olan imamlardan, yaxud Türkiyədə ayrı-ayrı şəhərlərdə dini məktəblərdə formalaşmış hocalardan asılı olmasının qarşısı alacaq. Ümumiyyətlə, bu imamların Azərbaycan cəmiyyətini lazımınca tanımamaları zaman-zaman səhv məlumatların verilməsinə gətirib çıxarır.

Dini radikalizmin qarşısının alınmasının Azərbaycan nümunəsində ictimai təşkilatlar, müsəlman, yəhudi və xristian kimi müxtəlif dini icmalardan olan qonşu gənclər təşkilatlarının fəaliyyətləri multikultural cəmiyyətdə islami əxlaqın, habelə düzgün ibadət üsullarını ehtiva edən mövzular barəsində gənclərin məlumatlandırılmasına dəstək göstərirlər. Dövlət Komitəsinin həm ənənəvi, həm də qeyri-ənənəvi müsəlman icmalarına 2,5 milyon manat və qeyri-müsəlman icmalarına 600 min manat ayırması, bundan əlavə, tolerantlığın təbliğinə xidmət edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Milli Tolerantlıq Mərkəzinin yaradılması deyilənlərin əyani təsdiqidir. Vətəndaş cəmiyyətinin bu aktorları vətəndaşları, həmçinin dini ekstremizmin tarixi və demokratik cəmiyyətlərə təsiri barəsində, eləcə də dünyada münaqişə ocaqları və geosiyasi proseslərlə bağlı müntəzəm məlumatlandırırlar.

Radikallaşmaya qarşı mübarizədə bütün bu fəaliyyətlər məcburi şəkildə həyata keçirilməməli, ilk növbədə gənclərdə multikultural cəmiyyətin üstünlüklərinə maraq oyada biləcək mühitin yaradılmasına töhfə verməlidir. Bu mənada Qərb dövlətlərinin terrorizmə və radikallaşmaya qarşı apardıqları mübarizə təhsili, dini konfessiyalararası dialoqu, diskriminasiyaya “yox” deyən və nifrət aşılanmasına qarşı mübarizəni özündə ehtiva edən Avropa dəyərlərindən və universal insan hüquqlarından ilham almalıdır. Bu an üçün, etiraf etməliyik ki, islamçı radikalizm öz potensial bazasını kimliklərini, yaxud həyatlarında bir məna axtaran, hələ də təskinverici həyati struktura ehtiyac duyan, himayə olunmayan gənclər arasında asanlıqla tapır.




Baxış sayı: 1 840
Paytaxtda və 8 rayonda avtomobil yolunda təmir aparılır Dünən, 19:30 Şuşa Bəyannaməsi strateji tərəfdaşlıq münasibətlərini tarixi mərhələyə yüksəldib Dünən, 18:00 Azərbaycan XİN ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışlayıb Dünən, 13:30 Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib Dünən, 08:00 Mayor İlqar Verdiyevin xatirəsinə həsr edilən abidənin açılış mərasimi keçirilib Dünən, 07:30 Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb 14-06-2026, 14:30 Keçmiş Qarabağ döyüşçüsü Fərman Xəlilov: “Dövlət quruculuğu, inkişaf  Milli Qurtuluş günündən başladı" 14-06-2026, 12:00 Ceyhun Bayramov Ben Blakla ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasını müzakirə edib 14-06-2026, 09:30 Milli Qurtuluş Günü münasibətilə kitab sərgisi açılıb 13-06-2026, 12:00 Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb 13-06-2026, 12:00 Şuşada Türk Dövlətləri Rəqabət Forumu 13-06-2026, 11:30 Media nümayəndələri üçün insan hüquqlarının qorunmasına dair maarifləndirici sessiya keçirilib 12-06-2026, 19:30 İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq 12-06-2026, 19:00 HDİM İB növbəti tədbirini Ağsuda keçirdi 12-06-2026, 18:30 Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim keçirilib 12-06-2026, 18:00 AIR Center Chairman: Azerbaijan's principled position towards Armenia remains unchanged 12-06-2026, 16:30 “Təbii Zəka - Natural Intelligence” sərgisi açılıb 12-06-2026, 10:00 “Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib 12-06-2026, 09:30 İşğaldan azad edilmiş ərazilərdə builki məzunların sayı açıqlanıb 12-06-2026, 09:30 Tramp: Bu gün İranla müharibəyə son qoyduq 12-06-2026, 09:30 “Maqadan: Sonuncu dayanacaq” kitabı 11-06-2026, 20:00 Aqrar sahədə mövzular QHT Agentliyinin növbəti qrant müsabiqələrində əsas istiqamətlərdən biri olacaq 11-06-2026, 19:00 Fərid Şəfiyev: Azərbaycanın Ermənistanla bağlı prinsipial mövqeyi dəyişməz olaraq qalır 11-06-2026, 18:30 Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir 11-06-2026, 18:00 Hava şəraiti ilə bağlı xəbərdarlıq 11-06-2026, 13:00 Azərbaycanın sülh gündəliyi regionda dayanıqlı inkişaf və təhlükəsizliyin əsas təminatıdır 11-06-2026, 12:30 Tanınmış Xalq rəssamının irsinə həsr olunan təqdimat hazırlanıb 11-06-2026, 12:30 “İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabı 11-06-2026, 11:00 Vaşinqtonda keçirilən Trans-Xəzər Forumu Orta Dəhlizin artan strateji rolunu önə çıxarıb 11-06-2026, 10:00 Azərbaycan və Yaponiya iqtisadi sahədə əməkdaşlığı daha da gücləndirəcək 11-06-2026, 08:30
Köşə yazarları
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930