FACT-INFO.AZ » İQTİSADİYYAT » Qeyri-neft sektorunun inkişafına dəstək strateji hədəfdir
25-08-2019, 09:35 | İQTİSADİYYAT
Qeyri-neft sektorunun inkişafına dəstək strateji hədəfdir

-Azərbaycanda qeyri neft sektorunun inkişafının sürətləndiyi dövrdə melorasiya tikinti işləri necə aparılır?

-Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əvvəlki illərdə oldumu kimi, 2018-ci ildə də meliorasiya və su təsərrüfatı obyektlərinin bərpası, yenidənqurulması və tikintisi işləri üzrə öz uğurlu fəaliyyətini davam etdirmişdir. Azərbaycan Respublikası Prezidentinin ölkədə iri taxılçılıq və pambıqçılıq təsərrüfatlarının yaradılması ilə əlaqədar müvafiq Sərəncamlarının icrası olaraq Sabirabad rayonunun Sarxanbəyli, Moranlı, Bala Həşimxanlı, Əliləmbəyli kəndlərinin 11648 ha əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün 11,52 km uzunluğunda magistral təzyiqli boru kəmərinin, nasos stansiyasının, 31 km uzunluğunda dəmir-beton üzlüklü magistral və paylayıcı kanalların qurğularla birlikdə tikintisi üzrə işlər yerinə yetirilmiş və obyektin tikintisi tamamlanmışdır. Ağcabədi rayonunun 1900 hektar yeni suvarılacaq torpaq sahəsinə suvarma suyunun çatdırılması üçün Yuxarı Mil kanalının davamı olaraq onun 6,0 km-lik hissəsi qurğularla birlikdə tikilmişdir. Eyni zamanda Sabirabad rayonunun 14319 ha və Biləsuvar rayonunun 1631 ha qış otlaq sahəsinə Kür çayından suvarma suyunun çatdırılması üçün 15 km uzunluğunda dəmir-beton üzlüklü magistral kanalın, 9,74 km uzunluğunda basqılı boru kəmərinin, 14 km uzunluğunda açıq kollektorların və 3277 pm monolit dəmir-beton üzlüklü sutullayıcı kanalın tikintisi işləri yerinə yetirilmişdir. Eləcə də Hacıqabul rayonunun Qarasu kəndinin 2720 ha yeni suvarılacaq torpaq sahəsinə suvarma suyunun çatdırılması üçün Qarasu magistral kanalının 2,6 km-lik hissəsinin və 26,5 km uzunluğunda paylayıcı kanalların tikintisi tamamlanmışdır. Qazax rayonunun Qaymaqlı kəndinin 500 hektar əkin sahəsinin su təminatının yaxşılaşdırılması üzrə müvafiq tədbirlər başa çatdırılmışdır. Araz çayının 54,2 km uzunluğunda yeni qol kanalının beton üzlüyə alınması işləri tamamlanmış və əlavə olaraq 13145 ha (Saatlı-2500 ha, İmişli -9645 ha və Biləsuvar – 1000 ha) olmaqla, ümumilikdə 53 min hektar yeni suvarılacaq torpaq sahələrinə suvarma suyu çatdırılmışdır. 2018-ci il oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının iştirakı ilə Araz çayının yeni qol kanalının istifadəyə verilməsinin açılış mərasimi keçirilmişdir. Arazın yeni qolundan torpaq sahələrinə suvarma suyunun verilməsi üçün paylayıcı kanalların tikintisi üzrə 1-ci mərhələdə İmişli və Biləsuvar rayonlarının 16863 ha əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün 37 km uzunluğunda paylayıcı kanalların qurğularla birlikdə tikintisi aparılmışdır. Neftçala rayonu ərazisində uzunluğu 24,9 km olan Neftçala magistral kanalının son 11,4 km hissəsinin hidrotexniki qurğularla birlikdə tikintisinin başa çatdırılması ilə 12433 ha sahənin su təminatı yaxşılaşdırılmış və bununla da layihə üzrə 20205 hektar (ondan 6805 hektar yeni suvarılan) sahəyə suvarma suyunun çatdırılması təmin edilmişdir. 2018-ci il iyunun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının iştirakı ilə Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək yolu ilə kəsişmə qurğusunun və ondan sonrakı 4,95 km-lik hissəsinin açılış mərasimi keçirilmişdir. Kanalın son 14 km-nin 5,5 km-lik hissəsinin tikintisi ilə 11788 ha (ondan 1570 hektar yeni suvarılacaq sahələrdir) torpaq sahəsinə suvarma suyu çatdırılmışdır. Qax rayonunda yaradılan Aqroparka məxsus 1553 hektar yeni suvarılacaq torpaq sahəsinə suvarma suyunun verilməsi üçün tikinti işləri başa çatdırılmış və 2018-ci il oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə «Ulu Aqro» MMC-nin Qax Aqroparkının açılış mərasimi keçirilmişdir.

Şəki-Oğuz rayonları ərazisində 12300 hektar sahədə yaradılması nəzərdə tutulmuş Aqroparkda salınacaq qoz və badam ağaclarının Türyançay çayından suvarma suyu ilə təmin edilməsi məqsədi ilə nasos stansiyasının, təzyiqli boru kəmərinin və sututumu 700 min kubmetr olan su anbarının tikintisi işləri davam etdirilmişdir.

-Cəbhəyanı ərazilərdə, sərhəd rayonlarda belə meliorasiya layihələri həyata heçirilirmi?

-Cəbrayıl rayonunun Cocuq Mərcanlı (400 hektar) və Füzuli rayonunun ona bitişik Mirzənağılı kəndlərinin (280 hektar) ümumilikdə 680 hektar əkin sahəsinə Araz çayından suyun verilməsi üzrə işlər tamamlanmış və obyekt istismara verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 12 mart 2018-ci il tarixli Sərəncamı ilə respublikanın 38 şəhər və rayonunun 248 yaşayış məntəqəsində 8740 hektar əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 300 ədəd, 5 noyabr 2018-ci il tarixli Sərəncamı ilə Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün əlavə olaraq 35 ədəd subartezian quyusunun qazılması işləri tamamlanmışdır. Həmçinin belə layihələr digər bölgələrimizdə də davam etdirilmişdir. Sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə məqsədi ilə Samur-Abşeron və Xanarx kanallarının Qudyalçay, Qusarçay, Vəlvələçay çayları ilə kəsişmələrindəki qurğularda və Vəlvələçay çayından sugötürücü qurğuda yaranmış qəza vəziyyətinin aradan qaldırılması tədbirləri üzrə tikinti işləri başa çatdırılmışdır. Eyni zamanda respublikanın Göyçay, İsmayıllı, Qəbələ, Oğuz, Ağsu, Şəki, Qax, Zaqatala, Balakən, Qusar, Astara, Lənkəran, Ağcabədi, Qazax və Gədəbəy rayonlarının ərazisindən keçən ən təhlükəli çaylarda sahilbərkitmə tədbirləri üzrə 4195 pm mühafizə divarlarının tikintisi işləri aparılmışdır. Respublika üzrə 1392,8 min hektar sahədə kənd təsərrüfatı bitkilərinin suvarma suyu ilə təmin edilməsi üçün mənbələrdən 9 milyard kubmetr su götürülmüş, su ayrıclarından 6,3 milyard kubmetr su verilmiş və bitkilər 3,2 dəfə suvarma suyu ilə təmin edilmişdir. Cari ildə 1393 min hektar sahədə kənd təsərrüfatı bitkilərinin suvarılması nəzərdə tutulmuşdur. 01.06.2019-cu il tarixə taxıl bitkiləri 535 min hektar sahədə 2,3 dəfə suvarılmış, 73 min hektar sahədə pambıq bitkisinin arat suvarılması aparılmışdır. Hazırda kənd təsərrüfatı bitkilərinin suvarılması davam etdirilir. Onu da qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə reallaşdırılmış Şirvan-Muğan, Sabirabad-Saatlı qrup su kəmərləri, Külüllü su mənbəyi, eləcə də Mingəçevir, Xanbulan, Quba, Qobustan sutəmizləyici qurğuları, ümumilkdə məhsuldarlığı saniyədə 18,5 kubmetr olan 39 yeni içməli su mənbəyi əhalinin keyfiyyətli və dayanıqlı içməli su təminatına töhfələr vermişdir.

Şəhər və rayon mərkəzləri ilə yanaşı, əhalisinin sayı 1 milyon 400 min nəfər olan 1050 kənddə də içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı işlər görülüb. 2017 və 2018-ci illərdə imzaladığınız sərəncamlar və dövlət investisiya layihələri proqramları çərçivəsində 46 rayonun 211 kəndində içməli su layihələri icra olunub. Bununla da 330 min sakinin keyfiyyətli içməli suya çıxışı təmin edilmişdir. Ötən dövrdə həyata keçirilən layihələr çərçivəsində məhsuldarlığı sutkada 690 min kubmetr olan 7 sutəmizləyici qurğu, 300-dən çox su anbarı və anbar kompleksi tikilib və ya yenidən qurulub, 18 min km-dən çox magistral və paylayıcı su, 4000 km-dən artıq kanalizasiya xətləri çəkilib, 120 su və kanalizasiya nasos stansiyası tikilib, 335 artezian və subartezian quyusu qazılıb. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti dövründə 1 milyondan çox sayğac quraşdırılıb və sayğaclaşma səviyyəsi 82 faizə çatdırılmışdır. Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması və ixrac potensialının artırılması barədə Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq Zərdab, Hacıqabul və Şamaxı rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə layihələr icra edilmiş, Kür çayının sahilində yeni sugötürücü qurğu, nasos stansiyası, həcmi 50 min kubmetr olan anbarlar tikilmiş, əkin sahələrinə 42 km uzunluğunda əsas daşıyıcı kəmərlər çəkilmişdir.

-Meliorasiya sahəsində görülən bu işlər regional iqtisadiyyatın formalaşmasına nə dərəcədə təkan verə bilir?

2019-cu ildə kənd təsərrüfatının inkişafına bilavasitə təsir edən bu iri infrastruktur layihələrində nəzərdə tutulan meliorativ tədbirlərin həyata keçirilməsi nəticəsində yeni suvarılacaq torpaqların istifadəyə verilməsi və əkin sahələrinin su təminatının yaxşılaşdırılması nəticəsində ölkədə ixrac yönümlü kənd təsərrüfatı məhsullarının inkişafına geniş imkanlar yaradılacaqdır. Möhtərəm Prezident İlham Əliyev cənablarının müvafiq Fərman və Sərəncamları ilə respublikamızda pambıqçılığın, taxılçılığın, baramaçılığın, tütünçülüyün, üzümçülüyün, sitrus meyvələrinin və digər kənd təsərrüfatı məhsulları istehsalının inkişaf etdirilməsi ilə əlaqədar təsdiq edilmiş Dövlət Proqramları və Tədbirlər planlarında, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında, Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində meliorasiya və su təsərrüfatı sahəsi üzrə geniş tədbirlər nəzərdə tutulmuşdur. Bu tədbirlərin həyata keçirilməsi ilə suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yeni suvarılan torpaqların istifadəyə verilməsi nəticəsində ölkə əhalisinin daxili istehsal hesabına çörək və ərzaq məhsulları ilə etibarlı təminatına, yaşayış məntəqələrinin, əkin sahələrinin, hidrotexniki qurğuların və digər infrastruktur obyektlərin sel və daşqın sularının zərərli təsirlərindən mühafizəsinə, çayların su ehtiyatlarının nizamlanması hesabına onlardan daha səmərəli istifadə edilməsinə geniş imkanlar yaranacaqdır.

-Hansı beynəlxalq maliyyə qurumları ilə birlikdə layihələr həyata keçirirsiniz və həmin qurumların ekspertlərinin bu layihələr barəsində reytinq göstəriciləri necədir?

Su itkilərinin qarşısını almaq və məhsul istehsalının artımına nail olmaq üçün mövcud sistemlərin əksəriyyətində təmir-bərpa işlərinin həyata keçirilməsinə, onların müasir tələblərə uyğun olaraq yenidənqurulmasına eləcə də yeni suvarma drenaj sistemlərinin tikintisinə böyük ehtiyac vardır. Təsərrüfatdaxili suvarma-drenaj şəbəkələrinin mərhələli şəkildə Səhmdar Cəmiyyətinin balansına (o dövrdə Komitə) verilməsindən sonra sistem və qurğuların bərpası istiqamətində dövlət büdcəsindən ayrılan vəsait hesabına Səhmdar Cəmiyyəti tərəfindən müəyyən tədbirlər görülməsinə baxmayaraq, vəsaitin azlığı mövcud problemlərin tam həll olunmasını təmin etmirdi. Ona görə də suvarma və drenaj şəbəkələrinin təmir-bərpa edilməsi üçün böyük həcmli investisiyalara ciddi ehtiyacı nəzərə alaraq, Azərbaycan Hökuməti işlərin ayrı-ayrı layihələr çərçivəsində həyata keçirilməsinə vəsait ayrılması üçün beynəlxalq maliyyə qurumlarına müraciət etmişdir. Bu aspektdə ilk layihə 1998-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə Dünya Bankının maliyyə dəstəyi əsasında həyata keçirilmiş “Təsərrüfatların Özəlləşdirilməsi” Layihəsi olmuşdur. Layihə çərçivəsində pilot olaraq 6 rayonda- Şərur rayonunun “Püsyan”, Bərdə rayonunun “Qılınclı”, Ucar rayonunun “Qulabənd-Xətai”, Salyan rayonunun “Şəfəq”, Xaçmaz rayonunun “Yergüc” və Lənkəran rayonunun “Mamusta” təsərrüfatlarında Sudan İstifadəedənlər Assosiasiyaları (SİA) yaradılmış və onların xidmət ərazilərində təsərrüfatdaxili suvarma-drenaj şəbəkələrinin təmir-bərpası işləri həyata keçirilmişdir. Ona görə də beynəlxalq təcrübəyə əsasən respublikada Qeyri-Kommersiya Qurumunun xüsusi bir forması -gəlir-gətirməyən təşkilat kimi yaradılmış və SİB üzvü olan fermerlərə xidmət fəaliyyəti göstərən Sudan İstifadəedənlər Birliklərinin fəaliyyətlərinin genişləndirilməsi və dayanıqlı inkişafının təmin edilməsi üçün ilk növbədə onlara aşağıda qeyd edilən istiqamətlərdə dövlət dəstəyi lazımdır: Dünya Bankının maliyyə dəstəyi əsasında həyata keçirilən “Suvarma Paylayıcı Sistemi və Onun İdarə Olunmasının Təkmilləşdirilməsi” Layihəsi (2003-2010) çərçivəsində “Meliorasiya və İrriqasiya haqqında” Azərbaycan Respublikası Qanununa və qəbul edilmiş bir sıra normativ-hüquqi aktlara müvafiq olaraq respublika üzrə SİB-lərin qeyri-kommersiya qurumunun xüsusi bir forması kimi yaradılaraq qeydiyyatdan keçmələrinə metodiki dəstək göstərilmişdir. Layihə çərçivəsində respublikanın 11 rayonunda (Agcabədi, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Goranboy, Zərdab, Quba, Xaçmaz, Babək, Şərur) 89 kəndi əhatə edən 22 SİB-in 52 min hektar xidmət ərazisində 1200 km uzunluğunda suvarma kanallarında, 542 km uzunluğunda kollektor-drenaj şəbəkəsində təmir-bərpa işləri həyata keçirilmişdir. Eləcə də, 3269 ədəd yeni hidrotexniki qurğu tikilmiş, və 970 ədəd hidrotexniki qurğu isə təmir-bərpa olunmuşdur. Respublika üzrə 979 ədəd “Replok” tipli suölçən qurğular tikilmişdir. Bu nəticələri nəzərə alaraq, Azərbaycan Hökuməti mövcud layihənin əhatə dairəsinin daha da genişləndirilməsi, başqa sözlə SİB-lərin inkişafına dövlət dəstəyi məqsədilə vəsait ayrılması üçün Dünya Bankına müraciət etmiş və hər iki tərəfin iştirak payı əsasında “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək” Layihəsi (2011-2018) həyata keçirilmişdir. Layihənin əsas məqsədi, respublikanın 15 rayonunda (Agcabədi, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Goranboy, Zərdab, Quba, Xaçmaz, Qusar, Zaqatala, Qax, Balakən, Qəbələ, İsmayıllı) 517810 hektarda yaradılmış 872 kəndə xidmət edən 201 SİB-dən təxminən 34 SİB-in 85 min hektar xidmət ərazilərində təsərrüfatlararası və təsərrüfatdaxili suvarma və drenaj sistemlərini müasir tələblərə uyğun olaraq yenidənqurmaq olmuşdur. Yekun olaraq kənd əhalisinin iqtisadi zəifliyi və yoxsulluq səviyyəsi azalaraq onların sağlamlıq və təhsil sahələri də daxil olmaqla yaşayış şəraiti yaxşılaşmışdır. Ümumilikdə Layihədən bəhrələnən su istifadəçilərinin sayı 760000 min nəfər təşkil etmişdir. Məlumat üçün onu da bildirmək istərdik ki, Azərbaycanda icra olunan və Dünya Bankı tərəfindən maliyyələşdirilən bu layihələrə analoji layihələr hazırda digər MDB ölkələrində də həyata keçirilir. Dünya Bankının bu layihələrin icrasına Dəstək Missiyalarının nümayəndələri Azərbaycanda icra olunan Layihələrin icrasının digər ölkələrdəki layihələrə nisbətən standartlara tam uyğun, sürətlə və yüksək keyfiyyətlə həyata keçirildiyini, Azərbaycanda SİB-lərin institusional inkişaf səviyyəsinin daha yüksək olduğunu, Azərbaycan təcrübəsinin digər layihələrə nümunə göstəriləcəyini və layihələrə yanaşma metodunu digər ölkələrdəki layihələrə tətbiq edəcəklərini xüsusi qeyd etmişlər.

Toğrul

Fact-info.az




Baxış sayı: 1 728
"Hər zaman can Azərbaycanın yanında olacayıq" - Yaşar Gülər Bu gün, 15:00 Britaniya qızıl hasilatçısı Gədəbəydəki emal güclərinin fəaliyyətini tam həcmdə bərpa edib Bu gün, 13:30 Görkəmli ədəbiyyatşünas Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olunub Bu gün, 11:30 Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda təmsil olunacaq Bu gün, 11:30 Bu yolla beyində idrak və yaddaş funksiyalarını yaxşılaşdırmaq üçün yeni terapevtik yanaşmaların inkişafı gözlənilir Bu gün, 10:30 Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib Bu gün, 10:00 Prezident İlham Əliyev yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib Bu gün, 09:30 Azər Əmiraslanov: “Gələn il azad edilmiş ərazilərdə bərpa işlərinə 4 milyard manat ayrılacaq” Dünən, 18:30 Bu tendensiya fikirlərə hakim olmaqdadır Dünən, 14:00 Kəlbəcər - alınmaz qalamız Dünən, 13:30 Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir Dünən, 12:30 Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır Dünən, 11:00 “Qarabağ” Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb Dünən, 10:30 Ukrayna mediası COP29 razılaşmasının strateji əhəmiyyətinə dair məqalələr dərc edib Dünən, 10:30 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib Dünən, 09:30 Ombudsman İƏT-in Baş katibi ilə görüşdə Azərbaycanda mina probleminin həlində dəstək istəyib 24-11-2024, 20:30 Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu 24-11-2024, 20:00 Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb 24-11-2024, 10:30 Antonio Quterreş COP29-un nəticəsi ilə bağlı paylaşım edib 24-11-2024, 10:00 Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək 24-11-2024, 09:30 COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib 24-11-2024, 09:00 Füzuli eşqi - Zəkulla BAYRAMLI 23-11-2024, 16:30 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib 23-11-2024, 14:30 Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub 23-11-2024, 11:30 Misirdə Şuşaya həsr olunmuş Azərbaycan klassik musiqisi axşamı keçirilib 23-11-2024, 10:00 Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır 23-11-2024, 09:30 Nizami Gəncəvinin orijinaldan Türk dilinə çevrilmiş “İskəndərnamə” əsəri çapdan çıxıb 22-11-2024, 18:00 Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb 22-11-2024, 17:30 Pərviz Şahbazov: "Azərbaycan enerji layihələri üzrə regional əməkdaşlığı gücləndirəcək" 22-11-2024, 17:30 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər 22-11-2024, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930