FACT-INFO.AZ » XƏBƏR » Tariximizi araşdıran və tarixə çevrilən -İsrafil Məmmədov
30-07-2019, 08:25 | XƏBƏR
Tariximizi araşdıran və tarixə çevrilən -İsrafil Məmmədov

Onların arasında əməkdar incəsənət xadimi, xalq yazıçısı, şairi,bəstəkarı, artisti, rəssamı, rejissoru və daha kimlər, kimlər vardır. Özü də yaşıdlarımla yanaşı, həm də yaşca məndən xeyli böyük-yaşlı nəslin nümayəndələri. Artıq onların bir çoxu əbədiyyətə qovuşub. Hər biri də sənət tarixində dərin izlər buraxmış, öz möhrünü qoymuş əsl şəxsiyyərtlər idi.. Bu gün də onların yeri görünür, xalqımızın qəlbində, xatirələrində sevgi ilə yaşamaqdadırlar...

Azərbaycan genefondunun bəzəyi olan belə say-seçmə ziyalılarımız haqqında keçmiş zamanda yazmaq həm ağır, həm də şəxsən mənim üçün inandırıcı görünmür. Çünki onların hər birinin xidmətlərinin özü bir “xəzinə”dir.Həmin “xəzinə”yə daxil olanda qarşında onun sahibinin ruhu canlanır. Yaradıcılıq yollarında qarşılaşdığım, ünsiyyətdə olduğum belə əziz Şəxsiyyətlərimizdən -mənəvi dünyamın gül adamlarından biri də bizim İsrafil müəllim idi...

O tarixçi İsrafil Məmmədov ki, Qərbi Azərbaycanımızdan pənah gətirən minlərlə soydaşımızdan biri, Azərbaycanın görkəmli alimi, tarix elmləri üzrə fəlsəfə doktoru, tanınmış yazıçı, publisist, ictimai-siyasi xadim, əməkdar jurnalist, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, azərbaycanlıların soyqırımı haqqında ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixçi fərmanından sonra Azərbaycan və Türkiyədə lentə alınan indi də nümayiş etdirilməkdə olan 12 sənədli filmin baş məsləhətçisi olub. Həmçinin 1991-ci ildən Azərbaycan Dövlət Teleradio Şirkətində çalışıb. Beynəlxalq Radionun Erməni dilində Verilişlər Redaksiyasının baş redaktoru kimi üzün illər Azərbaycan və erməni dilində yüzlərlə elmi-analitik məqaləsi səsləndirilib. Onu da vurğulamaq istərdim ki, erməni dili üzrə iki azərbaycanlı alim mütəxəssis kimi bir Mirəli Seyidovu və bir də İsrafil Məmmədovu tanıyırdım. Və ən əsası isə İsrafil müəllim informasiya savaşında qələmi ilə silahlanaraq onu düşmənin düz ürəyinə tuşlayan, xalqımızın haqqı uğrunda mübarizəyə qoşulan, geri çəkilməyən məğrur Azərbaycan əsgəri idi... Elə “mənəvi dünyamın gül adamları”na həsr etdiyim eyni adlı bir şeirim də o şəxsiyyətlər kimi İsrafil müəllimə də aiddir...Şeirin son iki bəndi belədir:

“...Behişt çələngidir əməlləriniz,

Yaxşılıq toxuyub gül əlləriniz,

Ucalsın qəlbimdə heykəlləriniz,

Mənəvi dünyamın “gül adamları”...

İmkanım olaydı pay verəydim kaş,

Ömürdən bir qismət sizə -Arxadaş!

Adınıza olsun gül özü adaş,

Mənəvi dünyamın “gül adamları”...

Yaxşı yadımdadır,ötən əsrin 90-cı illərinin ortaları idi. Bir gün baş redaktorum,mərhum yazıçı-jurnalist Möhbəddin Səməd məni iş otağına çağırıb gülümsünərək dedi:”Səni bir nəfərin yanına göndərirəm.Düş aşağı redaksiyaya,İsrafil müəllimdən müsahibə al.Çox maraqlı,həm də sənin ruhuna yaxın bir dostumdur.” Maraqla soruşdum:”İsrafil müəllim kimdir ki?”Tarixçi-alim İsrafil Məmmədov”-dedi.

Doğrusu İsrafil müəllimin fəaliyyəti haqqında mətbuatda işlədiyim illərdə qismən məlumatlı idim, amma yaxından tanış deyildim. Xülasə diktafonu götürüb Cənubi Azərbaycan Verilişləri redaksiyasına hazırlayacağım verilişə müsahibə üçün İsrafil müəllimin otağına getdim.Qapını açıb içəri boylandım. Masa arxasından başını qaldırıb sanki məni çoxdan tanıyırmış kimi gülərüzlə: ”Buyur qızım,gəl əyləş!”- dedi. Söhbətimizin nə qədər çəkdiyi yadımda deyil. Çünki Möhbəddin müəllim demişkən, müsahibim həqiqətən maraqlı və mehriban insan idi, onu dinləməkdən doymaq mümkün deyildi. Tarixçi olduğundan tarixi faktlar əsasında danışırdı. Onun qan yaddaşına valeh olmuşdum. Düşünürdüm ki, bu qədər tarixi faktları bu yaşda yaddaşında necə saxlayır?

O günkü müsahibə bizim dostluğumuzun təməlini qoydu. Sonralar da tez-tez İsrafil müəllimlə dəhlizlərdə görüşür, növbəti müsahibələr üçün ondan vaxt alırdım və o da böyük məmnuniyyətlə müsahibə verirdi...Onun həyat və yaradıcılığı haqqında kənardan daha ətraflı öyrənəndə heyrətləndim ki, ilahi, belə bir alim olmaqla, bu qədər xalq və dövlət qarşısında xidmətlər göstərməklə bərabər həm də belə sadə, əsl gözəl insan olmaq hər kəsin işi deyil axı...Onu yaxından tanıyanlar və sevənlər də təsdiqləyərlər ki, İsrafil müəllim həlim təbiətli təvazökar, həyatının ağır sınaqlarından çıxmış, lakin öz qəddi-qürurunu sındırmamış, nikbin ruhlu bir insan idi...El dili ilə desək, ”köhnə kişilərdən idi...” Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda “Ermənistanda Azərbaycan mətbuatı tarixi”üzrə baş məsləhətçi vəzifəsində çalışdığı dövrdə onunla az-az görüşürdük.

1997-ci ilin noyabr ayı idi. Bakıda Türkdilli Xalqların II Qurultayı keçirilirdi. Mən də bir jurnalist olaraq həmin yüksək səviyyəli tədbirə dəvətli idim. Qurultayda Azərbaycanla Türkiyənin dövlət başçıları, baş nazirləri, hökumət nümayəndələri, digər türkdilli dövlətlərin yüksək səviyyəli rəsmiləri, diaspor və KİV təmsilçiləri iştirak edirdilər. Mən orada əməkdar jurnalist həmkarım İlyas Adıgözəlli ilə və Türkiyənin “Çorum haber” qəzetinin baş yazarı, o dövrdə Yazıçılar Birliyinin başqanı olmuş Mehmet Yolyaparla yan-yana əyləşdimdim. Fasilədə onlardan ayrılıb müsahibə almaq üçün Türkiyənin Böyük Millət Məclisinin deputatlarına yaxınlaşdım.Onların bir neçəsindən qurultayla bağlı eksklüziv müsahibə aldım. Sonra söhbətimizin istiqaməti Azərbaycan-Türkiyə qardaşlığının tarixinə yol aldı. Tarixi faktlara toxunduq. Birdən gözüm İsrafil müəllimə sataşdı. Bir qədər aralı kənarda sakitcə dayanıb ətrafa tamaşa edirdi. Özümü saxlaya bilməyib bu türkiyəli mötəbər qonaqlara İsrafil müəllimi göstərib soruşdum ki, ”siz o bəyəfəndini tanıyırsınızmı? ”Onların baxışlarından bizim bu gözəl alimimizi tanımadıqlarını hiss etdim. Gedib İsrafil müəllimlə görüşüb salamlaşdım.Və qoluna girib söhbət edə-edə həmin qonaqların yanına gətirib dedim:” İsrafil müəllim Böyük Türk Dünyası üçün çox böyük xidmətlər göstərən Azərbaycanın ünlü tarixçi elm adamıdır, alimdir. Hocamız, illərcə erməni saxtakarlığının, qondarma”erməni genosidi”nin və terrorrunun əsl mahiyyətini araşdıraraq tutarlı faktlarla dünyaya yayıb.”

Türk qonaqlar fəaliyyətinə görə, Türkiyədə tanınan azərbaycanlı alimi qarşılarında əyani görüncə heyrətləndilər. Yəqinki, onun sadə görkəmi və dinməzcə duruşu onları şaşırmışdı. Burada deyiblər ki,”ağac bar verdikcə başını aşağı dikər”. İsrafil müəllim də illərcə nə qədər fasiləsiz çoxşaxəli fəaliyyəti olmasına baxmayaraq belə başıaşağı, təvazökar, həyalı, istedadlı ziyalımız idi...Orada birgə xatirə şəkli çəkdirdik. Sonra Bakının şadlıq saraylarının birində qurultay iştirakçılarına ziyafət veriləndə mən də İsrafil müəllimi Mehmet Yolyaparla yaxından tanış etdim. Həmin qurultaydan “Hüquqşünas”qəzetində foto-şəkillərlə iki səhifəlik bir məqalə yazdım və Mehmet Yolyapara göndərdim.O da böyük 8 səhifəlik “Çorum haber” qəzetində həmin iki səhifəlik məqaləmi “Hüquqşünas”dan Azərbaycan dilində olduğu kimi götürərək dərc etdirdi. Çox maraqlı alınmışdı. Yəni qəzetin orta qoşa səhifəsində türkcə yazılan yazılarla yanaşı mənim Azərbaycan dilində olan yazımı da türk oxucularına təqdim etmişdi. Ana dilimizin Türkiyə mətbuatında bu şəkildə təbliğinə görə də çox sevindim.Mehmet bəy ünvanıma həmin qəzetin bir neçə sayını göndərmişdi. Özünün “Azerbaycan notları”(qeydləri) silsilə yazısında ölkəmizdə olarkən səfər təəssüratından, qurultaydan, bizimlə tanışlıqdan bəhs etmişdi. Və məqalələrində bizimlə çəkdirdiyi şəkillər də yer almışdı. Mənə göndərilən həmin “Çorum haber”qəzetinin surətindən və 3-4 foto-şəkillərdən İsrafil müəllimin kürəkəni, qələm dostum Hikmət bəylə ona göndərdim.O zaman ürəyindən ağır xəstə yatan İsrafil müəllim qəzeti görüncə çox sevinmişdi.Bu “mənəvi böyük qardaşım”ın sevinci isə mənə bu gün qəlbən təsəllidir.

İsrafil müəllimin oğlu Söhbət bəy və qızı Ətirə xanımla qonşu redaksiyada işlədiyim üçün tez-tez görüşdüyümüzdən hər dəfə də “ağsaqqal dostumun” halını soruşur,salam göndərirdim... Sevinirəm ki,nə yaxşı belə ağıllı,savadlı və ataları kimi bir az da həyalı,utancaq,mehriban övlarları onun yolunu davam etdirirlər...

2017-ci ilin noyabr ayının 8-də İsrafil müəllimin 90 yaşı tamam olacaqdı.Bu ərəfədə həmişəki kimi Söhbət bəylə görüşüb İsrafil müəllimin sağlıq durumu ilə maraqlandım. Söhbət bəyin üzündə bir az təbəssüm vardı. ”Şükürlər olsun, indi bir az yaxşıdır atam,.bu yaxında 90 yaşını qeyd edəcəyik”-dedi. Mən ondan soruşdum:”Rəhbərliyimizin xəbəri varmı?” Çiyinlərini çəkib” bilmirəm” -dedi. Sənətə, şəxsiyyətə dəyər verməyi bacaran istedadlı ziyalımız, Beynəlxalq Radiomuzun direktoru, Əməkdar Mədəniyyət İşçisi, türkoloq Cahangir Bağırovla bu məsələni məsləhətləşdim. Və o da məmnuniyyətlə razılıq verdikdən sonra Azərbaycan.Teleadio Verilişləri QSC-nin Həmkarlar Təşkilatının sədri Əli Abbas Quliyevlə görüşdüm. İsrafil müəllimin 90 illik yubileyinin yaxınlaşdığını xəbər verdim. Çünki, şəxsiyyətlər yetirən Azərbaycan Teleradiosunda illərlə yubileylər keçirmək ənənəvi xarakteri alıb.

Sağ olsun Əli Abbas müəllim, noyabrın 6-da Milli Teleradio Gününə böyük hazırlıq getdiyi ərəfədə işinin çox olmasına baxmayaraq rəhbərliyə bu xəbəri çatdırmışdı və yubileyin keçirilməsi razılığını almışdı. Nəhayət noyabrın 8-də kollektivimiz təntənəli şəkildə İsrafil müəllimin yubileyini keçirtdi. Yubileyə digər qonaqlar da gəlmişdilər. Çox ürəyəyatımlı çıxışlar oldu. Əli Abbas müəllimlə Cahangir müəllimin çıxışından sonra İsrafil müəllimin dostu yazıçı –publisist, Kürd Verilişləri Redaksiyasının şöbə müdiri Əhməd Həppo, şairlərdə Tahir Talıblı, Əhməd Oğuz, Xalıq Rəhimli, digər şəxslər İsrafil müəllimin həyat və yaradıçılığından, insani keyfiyyətlərindən danışdılar.

Sonra söz İsrafil müəllimə verildi. O, adətinə uyğun (yəqin ki, bu da onun tərbiyəsindən irəli gəlir-Ş.A) utancaqlıqla yubileyə təşrif buyuran qələm dostlarına ,iş yoldaşlarına və rəhbərliyə bu diqqətə görə, təşəkkürlərini bildirdi. Sonda türklər hörmətli ustad mənasında demişkən,”Hocamız”la birgə xatirə şəkli çəkdirdik. O zaman tədbirdən sonra İsrafil müəllimə yubileydə çıxış etməməyimin səbəbini belə izah etdim ki, ”çıxış edənlər çox idi, vaxt isə az, mən sizə ürək sözlərimi mətbuat vasitəsilə çatdıracağam...”Amma o gündən işlərim həddən ziyadə çox olduğundan vaxtım çatmadı ki, indi yazdığım bu məqaləni sağlığında yazıb ona verim. Bu “gecikmə” qəlbimi mənən sıxsa da, onu bizdən cismən ayıran bu 40 gündə (hər birimiz üçün böyük və ağır itki olsa da) yaşayan ruhu qarşısında məqaləmlə öz borcumu verdiyim üçün qismən təskilik tapıram. Yəqin ki, İsrafil müəllim haqqında məqalələr bundan belə də yazıldıqca, onu həmişə qəlbimizdə, sevgimizdə, şirin xatirələrimizdə yaşatdıqca ruhən hiss edib şad olacaqdır...

P.S: İsrafil müəllim mənə bir vaxtlar “İrəvan”adlı kitabının iki cildini bağışlamışdı. Və hər birində bu sözləri xatirə olaraq yazmışdı.”Şahanə qızımız Şahnaz xanıma gur açacaq nurlu çıraq arzusu ilə müəllifdən kiçicik hədiyyə” və “Şahnaz xanma şahanə olmasa adi bəndə-müəllifdən kiçik xatirə ”Bu iki cümləni bugünlərdə bir daha oxuyub fərqinə vararkən, xalqının adi bir jurnalist qızına “şahanə” sözü ilə verdiyi yüksk dəyəri və özünü isə “şahanə olmayan adi bəndə” adlandırmasını oxuyunca qəlbən bir daha kövrəldim. Düşündüm ki, onun nə qədər böyük ürəyi varmış...Və alicənablığını, alimliyi ilə insani keyfiyyətini bir ürəkdə son nəfəsədək yaşatmasının bir də şahidi oldum...

Məzarın nurlu, məkanın cənnət olsun, əzizimiz İsrafil müəllim!

Şahnaz Ağamir AzərTürk




Baxış sayı: 2 763
Azərbaycan mürəkkəb beynəlxalq mühitdə etibarlı tərəfdaş mövqeyini möhkəmləndirir Bu gün, 11:00 ABŞ-dan Avropa ölkələrinə xəbərdarlıq Bu gün, 10:30 Müdafiə Nazirliyinin rəhbərliyi azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb Bu gün, 10:00 “Dünya hərb sənətinin Nadir şah zirvəsi” kitabı Bu gün, 08:00 “At gücü” sənədli filmi təqdim olunub Dünən, 20:00 Sahibə Qafarova Azərbaycan-Ermənistan normallaşma prosesindən danışıb Dünən, 20:00 Azərbaycan Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib Dünən, 19:30 Documentary “Horse Power” presented at Nizami Cinema Center Dünən, 18:30 Ağdam şəhərinin sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib Dünən, 12:30 Naxçıvanda “Rənglərdə yaşayan şəhərlər” rəsm müsabiqəsinə start verilib Dünən, 12:30 Ekspert: Rusiya və Azərbaycan qarşılıqlı münasibətlərdə dostluq formatına qayıdıblar Dünən, 10:30 Süni intellektlə təchiz edilmiş “Abrams” tanklarının ABŞ ordusuna daxil olacağı tarix açıqlanıb Dünən, 10:00 Qərbi Azərbaycana həsr olunan dəyərli nəşr Dünən, 09:00 Baş katib Türk Strateji Düşünmə Mərkəzinin nümayəndə heyəti ilə görüşüb Dünən, 08:00 Naxçıvanda Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş oftalmoloji müayinələr aparılıb 15-04-2026, 20:30 Azərbaycan-Aİ münasibətlərinin vəziyyəti nəzərdən keçirilib 15-04-2026, 18:30 Dövlət büdcəsinin sosial xərcləri hər il artırılacaq 15-04-2026, 18:00 Armands Krauze: Şuşa görüşü Latviya ilə Azərbaycan arasında gələcək əməkdaşlıq baxımından çox vacibdir 15-04-2026, 18:00 Azerbaijan, Russia agrees on resolving issues regarding AZAL plane crash 15-04-2026, 17:00 ABŞ Yaxın Şərqə 10 minə yaxın əlavə hərbçi göndərir 15-04-2026, 16:00 Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür 15-04-2026, 09:30 TÜRKSOY-da Türk dünyasının mədəniyyət paytaxtı Əndican şəhərinin təqdimatı olub 15-04-2026, 09:30 Fransa Azərbaycanlıları Koordinasiya Şurasının növbəti görüşü olub 15-04-2026, 09:00 BMT Baş katibi: Yaxın Şərqdə atəşkəs rejimi qorunmalıdır 15-04-2026, 08:00 Azərbaycanda nikah və boşanmaların sayı azalıb 14-04-2026, 18:30 Ukrayna və Almaniya 4 milyard avro dəyərində əməkdaşlıq paketini razılaşdırıb 14-04-2026, 18:00 Ceyhun Bayramov Rusiya xarici işlər nazirinin müavini ilə görüşüb 14-04-2026, 17:30 Görkəmli ictimai-siyasi xadim və yazıçı Nəriman Nərimanovun doğum günüdür 14-04-2026, 14:00 DOST mərkəzlərində 200 mindən çox xidmət icra olunub 14-04-2026, 10:30 Laçında "Bəylik Bağları" yenidən bərpa olunur 14-04-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930