FACT-INFO.AZ » CƏMİYYƏT » "Ermənilər işğal olunmuş ərazilərindən qarət etdikləri tarixi nümunələri satırlar"
31-08-2018, 09:20 | CƏMİYYƏT
"Ermənilər işğal olunmuş ərazilərindən qarət etdikləri tarixi nümunələri satırlar"

Ermənilər Azərbaycanın işğal altındakı ərazilərindən qarət etdikləri tarixi nümunələri Avropa və digər ölkələrdə satışa çıxarırlar. Bu barədə Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə hazırladığı “Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların qiymətləndirilməsinin gedişi barədə hesabat”da deyilir.

Qeyd olunur ki, 1993-cü ildə Laçın rayonunun Tarix və diyarşunaslıq muzeyindən aparılmış gümüş əl çantası ermənilər tərəfindən Londondakı "Sotheby Chr("39")s" auksionunda 80.000 ABŞ dollarına satılıb. Bundan əlavə, 1993-2016-cı illər ərzində ABŞ, Almaniya, Fransa, İngiltərə, Səudiyyə Ərəbistanı və digər ölkələrdə erməni brendi adı altında Azərbaycandan qarət edilib aparılan xalçalar satışa çıxarılıb.

Hesabatda bildirilir ki, 150 000-dən çox daşınan mədəni-irs nümunələri, o cümlədən muzey eksponatları və rəsm əsərləri ermənilər tərəfindən işğal olunmuş Azərbaycan ərazisindən çıxarılıb, onların bir qismi dünyanın müxtəlif ölkələrində satışa çıxarılıb, bir qismi nüfuzlu şəxslərə hədiyyə edilib, bir qismi isə İrəvan şəhərinin müxtəlif müəsisələrində saxlanılır. Ermənilər işğal altında saxladıqları Azərbaycan ərazilərində 63 məscidi tamamilə dağıdıb, 4 məscidi isə sökərək tanınmaz hala salıblar. Tarixi əhəmiyyətli 71 türbə, 150 qəbiristanlıq tamamilə, 250 qəbiristanlıq isə qismən dağıdılıb. 1500-dən çox memarlıq abidəsi yad təsirlərdən uçulmaq təhlükəsi qarşısında qalıb. 50 daşınmaz tarix və mədəniyyət abidəsi qeyri-qanuni təmir edilərək formaları dəyişdirilib, divar yazıları silinib. Həmçinin hesabatda deyilir ki, 200-dən çox arxeoloji abidələr üzərində ABŞ, Rusiya, İngiltərə, Fransa, İspaniya və digər xarici ölkələrin vətəndaşlarının iştirakı ilə qeyri-qanuni arxeoloji qazıntı işləri aparılıb.

Azərbaycanın işğal altındakı ərazilərdə qeyri-qanuni fəaliyyətə yol verilərək, Ağdamın Şahbulaq yaylağında 1, Xocalı rayonu ərazisində 4, Xankəndi şəhərində 3, Şuşa şəhərində 3, Şuşa-Füzuli yolunda 1, Kəlbəcər rayonu ərazisində 2, Laçın şəhərində 1, Laçın rayonunun Zabux kəndində isə 1 yeni erməni kilsəsi inşa edilib. 1998-ci ildə bir yazılı daş nümunəsi ermənilər tərəfindən Laçın rayonunun Mığıdərə kəndinin cənub-qərbində yerləşən məbədin üzərindən çıxarılaraq, İrəvan şəhərindəki Matadaran qədim əlyazmalar muzeyində 3437 nömrə altında saxlanılır.

Ümumilikdə 1510 mədəniyyət müəssisəsi, o cümlədən 365 klub, 761 kitabxana, 193 mədəniyyət evi, 2645 tarix və mədəniyyət abidəsi, o cümlədən 1814 memarlıq abidəsi, 747 arxeoloji abidə, 64 bağ-park monumental və xatirə abidəsi, 23 muzey, 102 757 muzey eksponatıı, 4 Dövlət Rəsm Qalareyası, 376 rəsm əsəri, 4,6 milyon kitab, 13 arxiv, 260 000 arxivləşdirilmiş sənəd, vətəndaşların şəxsi kolleksiyalarında saxlanılan 50 000 ədəddən çox tarixi əhəmiyyətli ov və məişət əşyası (xalı, fərməş, palaz, xurcun, tikmə, kəmər, məişət əşyaları və s.) mədəni-irs nümunələri Ermənistanın silahlı təcavüzü nəticəsində dağıdılıb, məhv edilib və ya mənimsənilib.

Ermənistan hökumətinin bu fəaliyyəti 1954-cü il Haaqa Konvensiyasına, 1999-cu ildə qəbul edilmiş İkinci Protokolunun 9-cu bəndinə ziddir. Azərbaycanın işğal altında qalan tarix və mədəniyyət abidələrinə qarşı Ermənistanın qeyri-insani siyasəti beynəlxalq qanun və konvensiyalara əsasən yolverilməzdir. Mədəni dəyərlərin hüquqi statusunu tənzimləyən beynəlxalq normativ sənədlərə görə Ermənistanın hərbi təcavüzü nəticəsində talan edilərək xarici ölkələrə aparılan Azərbaycanın daşınan mədəni dəyərlərin Ermənistan hökuməti tərəfindən Azərbaycana qaytarılması təmin edilməlidir.




Baxış sayı: 1 712
“Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30