FACT-INFO.AZ » XƏBƏR » “Media və zamanın çağırışları” təqdim edildi
15-12-2017, 10:15 | XƏBƏR
“Media və zamanın çağırışları” təqdim edildi

Azərbaycan və ingilis dillərində nəşr olunan kitabda təxminən bir il əvvəl – 2016-cı ilin noyabrında Heydər Əliyev Fondunun və AzərTAc-ın təşkilatçılığı ilə Bakıda keçirilmiş iki mötəbər media forumunun – Dünya Xəbər Agentliklərinin V Konqresinin və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının materialları toplanıb.

Müasir dövrümüzdə media, xüsusən xəbər agentlikləri hansı çağırışlarla üzləşirlər? Hazırda qlobal informasiya məkanında nələr baş verir, redaksiyalar və jurnalist kollektivləri öz işlərini zamanın tələbinə necə uyğunlaşdırırlar? Bu sahədə nə kimi təcrübə və yeniliklər var? Nəfis tərtibatla nəşr olunmuş kitabda oxucular, xüsusən media mütəxəssisləri və jurnalistlər, informasiya agentliklərinin və xəbər portallarının əməkdaşları onları maraqlandıran bu və digər suallara cavab tapa bilərlər. Belə ki, dünyanın informasiya siyasətini müəyyənləşdirən tanınmış simaların, məsələn, Press Association agentliyinin baş icraçı direktoru Klayv Marşal, TASS agentliyinin baş direktoru Sergey Mixaylov, Saudi Press agentliyinin prezidenti Abdullah bin Fəhd Əl-Hüseyn, Avropa Xəbər Agentlikləri Alyansının (EANA) prezidenti Yonas Erikson, Ərəb Xəbər Agentlikləri Federasiyasının (FANA) prezidenti Şeyx Mübarək Düeyc Əl-İbrahim Əl-Sabah, Associated Press agentliyinin vitse-prezidenti Con Danişevski, AzərTAc-ın baş direktoru Aslan Aslanov və başqalarının Konqresdə və Baş Assambleyadakı çıxışlarında, habelə media üzrə ekspertlərin təqdimatlarında KİV-in üzləşdiyi çağırışlar, yeni həllər, müasir informasiya texnologiyalarının tətbiqi barədə bir çox maraqlı fikirlər və diqqətçəkən məqamlar var. Təbii ki, bütün bunlar Azərbaycanın media işçiləri üçün də aktualdır və həyati əhəmiyyət daşıyır.

Konqresdə və Baş Assambleyada səslənən çıxışları və təqdimatları, rəyləri və digər informasiyaları bir yerə toplayaraq nəşr etmək ideyası təsadüfən yaranmayıb. Tərtibatçının məqsədi, ilk növbədə, hər iki qlobal miqyaslı tədbirin Azərbaycan üçün böyük əhəmiyyətini nəzərə alaraq bu hadisəni tarixləşdirməkdir.

Prezident İlham Əliyev belə bir vacib, qlobal və beynəlxalq tədbirlərə ev sahibliyi etməyi ölkəmiz üçün böyük şərəf adlandırıb, bunu, eyni zamanda, müasir medianın inkişafı sahəsində Azərbaycanın fəaliyyətinin və nailiyyətlərinin yüksək qiymətləndirilməsinin göstəricisi kimi səciyyələndirib. BMT-nin baş katibi Pan Gi Munun, UNESCO-nun baş direktoru İrina Bokovanın forumlara müraciətlər ünvanlaması da, tədbirlərin qlobal əhəmiyyətindən xəbər verir.

Bakı ilk dəfə belə irimiqyaslı, geniş tərkibli media forumlarına ev sahibliyi edib. AzərTAc həm Konqresə, həm də OANA-ya rəhbərlik etmək hüququ qazanıb. Bununla da Azərbaycanın və AzərTAc-ın adları dünya media tarixinə həkk olunub. İştirakçıların sayı və tərkibi haqqında statistika özü hər şeyi deyir: Bakıya 80 ölkədən 100-ə yaxın xəbər agentliyinin 190-dək rəhbəri və təmsilçisi, media üzrə ekspertlər, BMT-nin rəsmi nümayəndəsi, habelə regional media qurumlarının rəhbərləri gəlmişdi. Onların sırasında Avropanın 23 ölkəsindən 30 agentliyin 51 təmsilçisi, Asiyanın 31 ölkəsindən 39 agentliyin 77, Afrikadan 16 agentliyin 25, Amerika qitəsindən 9 agentliyin 17, Avstraliyadan 3 agentliyin 4 nümayəndəsi vardı. Kitabı vərəqlədikcə aydın görmək olur ki, Azərbaycana informasiya işinin əsl biliciləri, peşəkarları toplaşmışdılar.

Digər tərəfdən, Azərbaycan Prezidenti İlham Əliyevin açılış mərasimində iştirakı, geniş nitq söyləməsi, sonradan iştirakçıların bir qrupunu qəbul etməsi bu genişmiqyaslı, dünyanın beş qitəsini əhatə edən tədbirlərə xüsusi ahəng və məna verdi. V Konqres və XVI Baş Assambleya nəticə etibarilə müasir media institutları, jurnalistlər üçün bir məktəb, qabaqcıl təcrübəni bölüşmək üçün bənzərsiz platforma oldu.

Oxucuya təqdim olunan kitaba Azərbaycan Prezidenti İlham Əliyevin Konqresin və Baş Assambleyanın birgə açılış mərasimindəki nitqinin tam mətni, habelə tədbir iştirakçılarının bir qrupu ilə görüşünün xülasəsi daxil edilib. Dövlətimizin başçısı nitqində demokratiya və mətbuat azadlığı, medianın müasir dövrdəki missiyası və məsuliyyəti barədə maraqlı fikir və mülahizələr irəli sürüb. İştirakçılardan bir qrupu ilə görüşü zamanı onların suallarını cavablandırıb və yeri gəldikcə açıq söhbət edərək polemikaya girib, KİV-in beynəlxalq hadisələrdəki roluna dair baxışlarını bölüşüb. Bunlar əslində, jurnalistika dərsləridir və burada diqqətəlayiq bir çox məqamlar var.

Konqresin aktuallığını beş sessiya çərçivəsində müzakirəyə çıxarılan mövzulardan aydın görmək olar: “Xəbər istehlakının gələcəyi”, “Xəbər agentlikləri – yeni texnologiyaların və sosial medianın çağırışları və imkanları”, “Xəbər agentliklərinin innovasiyası”, “Multimedianın gələcəyi üçün jurnalistlərin təlimi”, “Jurnalistlərin missiyasının qorunması: azadlıq, çıxış imkanı, təhlükəsizlik və münaqişə zonaları”. Kitabda bu sessiyaların hər birinin materialları ayrı-ayrılıqda dərc olunub.

Topluda “Xəbər agentlikləri üçün yeni çağırışlar” devizi ilə işləyən Bakı Konqresində, OANA-nın Baş Assambleyasında səslənən bütün çıxış və təqdimatlar, habelə BMT-nin baş katibi Pan Gi Munun, UNESCO-nun baş direktoru İrina Bokovanın forum iştirakçılarına ünvanlanan müraciətlərinin mətni yer alıb. Kitabda, həmçinin hər iki forumla bağlı çoxsaylı rəylər, müsahibələr, dünya mediasında yer alan informasiyalar ilə tanış olmaq mümkündür. Bütün bu materiallar fotolarla müşayiət olunur. AzərTAc tədbirlərin qlobal əhəmiyyətini, müzakirə olunan mövzuların bütün KİV-lər üçün aktuallığını nəzərə alaraq, V Konqresin və XVI Baş Assambleyanın materiallarını bir kitabda toplamağı, maraqlanan hər kəs üçün əlçatan olmasını təmin etməyi lazım bilib. Doğrudan da burada öyrəniləsi, nəticə çıxarılası bir çox məsələlər, jurnalistlər üçün faydalı məqamlar, düşünmək üçün yetərincə mövzu var.




Baxış sayı: 1 633
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb Bu gün, 10:30 Prezident və birinci xanım Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub Bu gün, 10:30 Xocalıda Anım Günü ilə bağlı ağacəkmə aksiyası təşkil olunub Dünən, 17:30 Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib Dünən, 17:00 Qaradağ rayonu ərazisində vulkan püskürməsi qeydə alınıb Dünən, 09:30 Ərdoğan: Türkiyə regionda uzunmüddətli sabitliyin tərəfdarıdır Dünən, 08:30 “Çal qılıncın, yetdim!.." 25-09-2026, 21:00 MN: Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri taktiki fəaliyyətləri yerinə yetirib 25-09-2026, 20:00 Müharibə və hərbi xidmətlə bağlı əlilliyi olan şəxslərə daha 19 avtomobil təqdim edilib 25-09-2026, 18:30 Azərbaycan Prezidenti: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib 25-09-2026, 12:30 Milli Məclisdə Dövlət Qulluğu Məcəlləsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb 25-09-2026, 12:30 Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal hazırlanıb 25-09-2026, 11:30 Şarl Mişel: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal dialoq üçün mühüm platformadır 25-09-2026, 10:30 Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər 25-09-2026, 10:30 Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub 25-09-2026, 10:00 "Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib 24-09-2026, 20:30 Ceyhun Bayramov İƏT toplantısında çıxış edib 24-09-2026, 20:30 Nazirlər Kabinetində geniş iclas keçirilib 24-09-2026, 20:30 “Diri Baba” türbə-kompleksinin rəhbəri: Övliya Çələbi mağarada qeyri-adi mənzərənin şahidi olub 24-09-2026, 19:30 New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting 24-09-2026, 17:30 Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir 24-09-2026, 12:30 Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi 24-09-2026, 11:30 “27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edilib 24-09-2026, 11:30 Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir 24-09-2026, 11:00 Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub 24-09-2026, 08:00 “Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib 23-09-2026, 18:00 Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır 23-09-2026, 18:00 Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub 23-09-2026, 18:00 “Üzeyir Hacıbəyli və Nizami irsi” kitabı təqdim olunub 23-09-2026, 14:00 Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək 23-09-2026, 13:00
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930