FACT-INFO.AZ » XƏBƏR » Ermənistanda əhalinin sayı azalır - qalan ermənilər maraqların girovudur
3-08-2017, 09:40 | XƏBƏR
Ermənistanda əhalinin sayı azalır - qalan ermənilər maraqların girovudur

Hər iki ifadə daha çox vətən, torpaq, yurddan qaçıb, onunla əlaqəni kəsən mühacirət edənlərə aiddir.

Bunlar həm də etnik qrup kimi ermənilərə də şamil olunur. Bu etnosa mənsub olanların öz torpaq və yurd yerləri olmadığından qarınları ilə düşünərək vətən deyilən torpaqları dabanlarında daşıyıblar. Harada günləri xoş keçibsə, ora öz vətənləri deyiblər. Sonra da həmin torpaqları “vətən” adlandıraraq özlərinki olduğuna iddia ediblər. Onlar dünyanın indiki vəziyyətində Ermənistanı öz dövləti sayır, havadarlarının vasitəsi ilə işğal altında saxladıqları AzərbaycanınDağlıq Qarabağ bölgəsinə əl uzadıblar.

Ancaq dünyada, bölgədə baş verənlər, Ermənistandakı mövcud siyasi, sosial və iqtisadi vəziyyət Cənubi Qafqazda məskunlaşdırılan ermənilərin bu əraziləri də tərk etdiyi hiss edilməkdədir.

Bu respublikanın Milli Statistika Xidməti bildirib ki, ölkə əhalisinin sayı 15,2 min nəfər azalıb.  2017-ci il iyulun 1-nə Ermənistan əhalisinin sayı 2 milyon 979 min 9 nəfər təşkil edib. Bu, 2016-cı ilin uyğun dövrü ilə müqayisədə 15,2 min nəfər azdır.

2017-ci ilin ilk 6 ayında doğulanların sayı 6,6 faiz azalaraq, 17 min 169 nəfər, bu müddət ərzində ölənlərin sayı 2,1 faiz artaraq 14 min 709 nəfər təşkil edib.

Sovet İttifaqı dağıldıqdan sonra ilk dəfə Ermənistan əhalisinin sayı ilk dəfə 2016-cı ildə 3 milyondan az olub. 1990-cı ildə ölkə əhalisinin sayı 3 milyon 574 min, 2011-ci ilin siyahıyaalınmasına əsasən 3 milyon 18 min 900, 2016-cı ildə isə 2 milyon 998 min 600 nəfər təşkil edib. Cari il isə sonuncu rəqəmin daha 15 min azalması Ermənistan əhalisinin “dabanları"nın vəziyyətindən xəbər verir.

Yeri gəlmişkən, Ermənistan prezidenti Serj Sarqsyan yeni seçilən parlament üzvlərinin qarşısında çıxışı zamanı bildirib ki, ölkə əhalisinin sayı 2040-cı ildə 4 milyona çatdırılmalıdır.

Bu da heç kimə sirr deyil ki, keçmiş sovet respublikaları arasında Ermənistan yeganə monoetnik ölkədir. Oradakı əhalinin 98,2 faizini ermənilər təşkil edir. Yayılan xəbərlərə əsasən 5 milyon erməni dünyanın 66 dövlətində məskunlaşıb.

Ermənistanda cari ilin ilk 7 ayında nikahların sayı ötən illə müqayisədə 6,5 faiz azalıb, bu hesabat dövründə isə boşanmaların sayı 11,2 faiz artıb.

Ermənistan Milli Statistika Xidmətinin Əhalinin siyahıyaalınması və demoqrafiya bölməsinin rəisi Karine Kyumcyan bildirib ki, 2017-ci ilin əvvəlindən 7 234, ötən ilin eyni dövründə isə 7 739 nikah qeydə alınıb. Cari ildə 1 949 boşanma olub, ötən ilin eyni dövründə isə bu rəqəm 1753-dür.

Maliyyə naziri Vardan Aramyan parlamentin növbədənkənar iclasındakı çıxışında deyib ki, son üç ildə Ermənistana pul köçürmələrinin həcmi 830 milyon dollar və yaxud 38,4% azalıb.

Bunun səbəblərindən biri də heç şübhəsiz Ermənistandan birdəfəlik ailəsi ilə köçənlərin sayının artması ilə bağlıdır.

Ölkədəki demoqrafik vəziyyət Ermənistan ictimai-siyasi şəxslərinin də narahatlığına səbəb olub. Ermənistan parlamentinin üzvü Miqran Akopyan bildirib ki, imiqrasiya və təhlükəsizlik dövlətin və hakimiyyətin başlıca vəzifəsidir: “Qalanları boş söz-söhbətdir”.

Ermənistan vətəndaşları orduda xidmət etmək istəmir. Çünki sosial cəhətdən aztəminatlı ailələrin övladları işğal altında olan Azərbaycanın Dağlıq Qarabağ torpaqlarına göndərilir. Onlar da başqa maraqların qurbanı olurlar.

Anait Arutyunyan adlı Ermənistan vətəndaşı kiçik oğlunu hərbi xidmətə göndərməyəcəyini bildirib. O deyib ki, 2016-cı ildə Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində aprel döyüşləri zamanı böyük oğlu Qriqor Arutyunyan itkin düşüb: “Son on ildə mənə Qriqor və Serj baxırdı. Qriqor öləndən sonra mənim himayədarım yalnız Serjdir. Mən Serjin hərbi xidmətdən azad edilməsi ilə bağlı bütün sənədləri hərbi komissarlığa, Müdafiə Nazirliyinə təqdim etmişəm. Onlar mənim meyitimin üstündən Serji əsgər apara bilərlər”.

Bunlar Ermənistan əhalisinin ölkədəki sosial vəziyyətini əks etdirən çoxsaylı faktlara nümunədir. Belə faktlar sübut edir ki, son 27 ildə əhalisinin sayı 1,5 milyondan çox (1990-cı ildə ölkə əhalisinin sayı 3 milyon 574 min, 2017-ci il iyulun 1-də Ermənistan əhalisinin sayı 2 milyon 979 min 9 nəfər təşkil edib) azalan bir ölkənin sakinləri daha çox köçməyə meyillidir. Bu, həm də ermənilərin yerli olmadıqlarının göstəricisi sayıla bilər.

Bu göstəriciyə əsasən Ermənistanda qalan əhalinin kimlərinsə maraqlarının girovu olduğu qənaətinə gəlmək olar.

Beləliklə, hadisələrin inkişafı deməyə əsas verir ki, 2040-cı ilədək ermənilər Serj Sarqsyanın istəklərinə əməl edə bilməyəcəklər. 
Report

 

 




Baxış sayı: 1 772
Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Bu gün, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Bu gün, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Bu gün, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Bu gün, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Bu gün, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb Dünən, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub Dünən, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib Dünən, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir Dünən, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans Dünən, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram Dünən, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib Dünən, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib Dünən, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb 16-10-2026, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir 16-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031