FACT-INFO.AZ » CƏMİYYƏT » Müasir Azərbaycan rəngkarlığında Natəvan obrazı
29-07-2026, 19:30 | CƏMİYYƏT
Müasir Azərbaycan rəngkarlığında Natəvan obrazı

Müasir Azərbaycan rəngkarlığında Natəvan mövzusuna müraciət edən əsərlər arasında Təranə Seyidin 2022-ci ildə yaratdığı “Xurşidbanu Natəvan” əsəri xüsusi maraq doğurur. Rəssam tarixi şəxsiyyətin obrazını klassik realist portret prinsipləri ilə deyil, dekorativ və ekspressiv təsvir vasitələri ilə təqdim edib. Əsərin kompozisiyasında Natəvan fiquru ön planda yerləşdirilmişdir. Lakin burada əsas diqqət yalnız portret oxşarlığına deyil, obrazın ətrafında qurulmuş bədii mühitə yönəlir. Arxa planda görünən ornamental elementlər, mürəkkəb naxış sistemi və rənglərin dinamik qarşılıqlı əlaqəsi Natəvanın yaşadığı mədəni mühiti xatırladır.

Bunu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aslan Xəlilov deyib.

O diqqətə çatdırıb ki, əsərin diqqətçəkən xüsusiyyətlərindən biri pəncərə motividir. “Natəvan sanki keçmişlə bu gün arasında qurulmuş simvolik bir çərçivənin içərisində təqdim edilir. Bu pəncərə yalnız memarlıq elementi deyil, tarixi yaddaşa açılan mənəvi keçid rolunu oynayır. Tamaşaçı Natəvana sadəcə portret kimi deyil, əsrləri aşaraq müasir dövrə gələn milli-mədəni irsin daşıyıcısı kimi baxır. Kompozisiyada nar, çiçək və ornamental motivlər də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan təsviri sənətində nar məhsuldarlığın, həyatın, bərəkətin və milli kimliyin rəmzlərindən biridir. Natəvanın yaxınlığında yerləşdirilmiş narlar onun yalnız şairə deyil, həm də xalqın mənəvi sərvəti kimi qəbul edilməsinə işarədir. Əsərin rəng həllində mavi, bənövşəyi, qızılı və çəhrayı tonlar üstünlük təşkil edir. Bu rənglər əsərə həm dekorativ zənginlik, həm də emosional dərinlik qazandırır. Xüsusilə mavi rənglərin dominantlığı Natəvan obrazına poetik və romantik xarakter verir. Rəng qatlarının sərbəst tətbiqi kompozisiyanın canlı və dinamik görünməsini təmin edir”,- deyə A.Xəlilov əlavə edib.

Dosent əsərdə Natəvanın baxışlarının xüsusi diqqət çəkdiyini deyib: “Bu baxışlar nə tamamilə keçmişə, nə də indiki zamana yönəlmişdir. Sanki rəssam onu zamanın fövqündə dayanan mənəvi dəyər kimi təqdim edir. Məhz buna görə əsər tarixi portret olmaqdan daha çox müasir bədii düşüncənin Natəvana münasibətinin ifadəsi kimi qiymətləndirilə bilər. Nəticə etibarilə, Azərbaycan rəngkarlığında Xurşudbanu Natəvan obrazı uzun illər ərzində müxtəlif bədii istiqamətlərdə inkişaf etmişdir. Realist portretlərdən başlayaraq poetik-simvolik kompozisiyalara, tarixi-süjetli əsərlərdən müasir dekorativ həllərə qədər geniş yaradıcılıq spektri formalaşmışdır. Bu əsərlərin hər biri Natəvan şəxsiyyətinin ayrı-ayrı cəhətlərini üzə çıxarsa da, onların hamısını birləşdirən əsas xüsusiyyət şairənin milli mədəniyyət tarixində tutduğu yüksək mövqenin təsdiqidir.

Azərbaycan rəssamları Natəvanı təkcə şairə və xan qızı kimi deyil, həm də mənəvi ucalığın, xeyirxahlığın, maarifçiliyin, ana məhəbbətinin, Qarabağ sevgisinin və milli özünüdərkin bədii rəmzi kimi təqdim etmişlər. Buna görə də Natəvan mövzusu Azərbaycan təsviri sənətində daim aktuallığını qoruyan və gələcək nəsil rəssamlar üçün də yaradıcılıq mənbəyi olaraq qalan mühüm mövzulardan biri hesab olunur”. (Azərtac)




Baxış sayı: 150
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30