FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti
30-09-2026, 10:00 | MƏDƏNİYYƏT
“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

“Töhfətül-İraqeyn” həm Xaqani Şirvani yaradıcılığının, həm də Azərbaycan klassik ədəbiyyatının ən mühüm əsərlərindən biridir. Əsər şairin İraq səfəri ilə bağlı təəssüratlarını, müşahidələrini, düşüncələrini və həyat təcrübəsini əks etdirir.

Bu fikirləri Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Zeynalova deyib.

O diqqətə çatdırıb ki, əsərin mühüm xüsusiyyətlərindən biri onun səyahətnamə, memuar və fəlsəfi-poetik düşüncələri birləşdirməsidir.

Dosent Xaqaninin gördüyü şəhərləri, insanları və mədəni mühiti təsvir etməklə yanaşı, həmin müşahidələr əsasında öz düşüncələrini qələmə aldığını, ailəsindən, həyatından bəhs etdiyini deyib: “Bəzi əlyazmalarda 6, bəzilərində isə 7 məqalədən ibarət olan bu əsərin hər məqaləsinin əvvəlində verilən Günəşə xitab isə xüsusi rəmzi məna daşıyır. Niderlandlı şərqşünas alim Beelaert bu əsər haqqında yazdığı monoqrafiyanı “Dərdlilər üçün şəfa” adlandırıb. Alim buradakı şikayət xarakterli beytləri Nizaminin “Leyli və Məcnun” əsərindən Məcnunun şikayətləri ilə müqayisə edib. Yəni əsərdə maraqlı cəhətlər çoxdur. Təəssüf ki, nə əsərin özü, nə də müqəddiməsi tam şəkildə dilimizə bu günə qədər tərcümə olunmayıb.

Şairin “Seçilmiş əsərləri”ndəki tərcümənin müəllifi Azərbaycan ədəbiyyatında Xaqanişünaslığın əsasını qoyanlardan olan Məmmədağa Sultanovdur. Amma bu tərcümə əsərin, ən yaxşı halda yarısı ola bilər, eləcə də xətalardan xali deyil”. (Azərtac)





Baxış sayı: 95
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30