Türkiyə və Şimali Kipr Türk Respublikasının aparıcı mediası Azərbaycan Prezidenti İlham Əliyevin yeddinci çağırış Milli Məclisin birinci iclasındakı çıxışını geniş işıqlandırıb.
Fact-info.az xəbər verir ki, dost ölkələrin telekanalları, informasiya agentlikləri, qəzetləri və xəbər portalları Azərbaycan liderinin Ermənistanı silahlandıran ölkələrə etdiyi xəbərdarlığı diqqət mərkəzində saxlayıb.
Türkiyə və Şimali Kipr media strukturları Azərbaycanın dövlət başçısının Ermənistanı silahla təchiz edən ölkələrin ikiüzlülüyü və regionda gələcək hadisələrə görə bilavasitə məsuliyyət daşıması barədə sözlərini sitat gətiriblər.
Prezident İlham Əliyevin rəsmi Bakıya qarşı ultimatum dilinin işlədilməsinin və Ermənistan ərazisindən Azərbaycana qarşı yeni təhdid mənbələri yaratmaq cəhdlərinin yolverilməzliyi barədə bəyanatına diqqət yetirilir.
Baxış sayı: 125
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
