FACT-INFO.AZ » MEDİA » Əcnəbi media Azərbaycanın azad olunmuş ərazilərindəki mina problemindən yazıb
4-09-2024, 09:00 | MEDİA
Əcnəbi media Azərbaycanın azad olunmuş ərazilərindəki mina problemindən yazıb

Finlandiya portalında politoloq Yakko Laaksonun müəllifliyi ilə Qarabağ münaqişəsinin tarixindən, Azərbaycanın torpaqlarını azad etmək üçün apardığı mübarizədən, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlardan, eləcə də Qarabağ bölgəsində ölkəmizin üzləşdiyi mina problemlərindən bəhs edən məqalə dərc olunub.

Məqalədə qeyd olunur ki, hazırda azad olunmuş torpaqlarda Azərbaycanın üzləşdiyi ən böyük problem ərazilərdə basdırılmış azı 1 milyon 500 mina və digər partlayıcı qurğulardır. Azərbaycan ərazilərin minalardan təmizlənməsi üçün bir çox ölkənin təcrübəsindən istifadə edir. İndiyədək ölkəmizin minaların təmizlənməsinə 349 milyon dollar xərclədiyini diqqətə çatdıran finlandiyalı siyasətçi Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, bir sıra Avropa ölkələri və ABŞ-ın da bu problemin həllində dəstək olduqlarını bildirib. Müəllif yazır ki, beynəlxalq ekspertlərin hesablamalarına görə, Qarabağın azad olunmuş ərazilərinin minalardan təmizlənməsinə 25 milyard dollara yaxın vəsait tələb olunacaq.

Qarabağ müharibəsinin tarixinə nəzər salan Yakko Laakso yazır ki, 1990-cı illərdə erməni millətçiləri “Dağlıq Qarabağı” Ermənistana birləşdirmək istəyirdilər, halbuki hüquqi cəhətdən Qarabağ Azərbaycanın tərkib hissəsidir. Otuz il davam edən işğal dövründə Ermənistan da daxil olmaqla, dünyanın heç bir ölkəsinin “Dağlıq Qarabağ”ın müsəqilliyini tanımadığını qeyd edən müəllif 1992-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) tərəfindən bu münaqişənin sülh yolu ilə həlli üçün qondarma Minsk qrupunun yaradıldığını, lakin qrupun fəaliyyətinin heç bir nəticə vermədiyini diqqətə çatdırıb.

Finlandiyalı siyasətçi, həmçinin Birinci Qarabağ müharibəsi zamanı 1 milyona yaxın azərbaycanlının qaçqın və köçkün vəziyyətinə düşdüyünü qeyd edib. Müəllif yazıb ki, Azərbaycanın 2023-cü ildə apardığı antiterror əməliyyatından sonra etnik ermənilər də Qarabağ ərazisini könüllü tərk ediblər. Baxmayaraq ki, Azərbaycan Prezidenti İlham Əliyev onların hüquqlarının qorunacağına, tolerant cəmiyyətdə yaşayacaqlarına zəmanət verdiyini dəfələrlə vurğulayıb.

Yakko Laakso hazırda azad olunmuş ərazilərdə bərpa-tikinti işlərinin aparılmasından, məcburi köçkünlərin öz evlərinə qayıtmasından, yeni yolların, elektrik stansiyalarının, tunellərin inşa edilməsindən də bəhs edib.





Baxış sayı: 75
Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır Bu gün, 08:30 Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb Bu gün, 08:00 Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır Dünən, 19:00 "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Dünən, 19:00 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib Dünən, 18:00 ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week Dünən, 17:30 İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir Dünən, 12:30 Dünyada separatizmə, müharibə cinayətlərinə münasibət fərqli olmamalıdır Dünən, 11:30 Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşü Dünən, 11:00 Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb Dünən, 11:00 Azad edilmiş ərazilərdə daha 361 mina, 624 PHS aşkarlanıb Dünən, 10:30 Vətən müharibəsinin xronikası: 11 oktyabr Dünən, 10:30 Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq 11-10-2026, 10:00 Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq 11-10-2026, 10:00 Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək 10-10-2026, 09:30 Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub 10-10-2026, 08:30 ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi 10-10-2026, 08:30 Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb 9-10-2026, 20:30 Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir 9-10-2026, 19:30 International travellers visit Ganjasar Monastery Complex 9-10-2026, 17:00 Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı? 9-10-2026, 12:00 Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb 9-10-2026, 11:00 Prezident İlham Əliyev: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb 9-10-2026, 11:00 Prezident: Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır 9-10-2026, 11:00 Türkiyənin məktəblərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək 9-10-2026, 10:30 Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır - KİV 9-10-2026, 09:00 Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir 9-10-2026, 08:00 Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib 8-10-2026, 19:30 Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb 8-10-2026, 19:30 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib 8-10-2026, 18:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031