Sentyabrın 1-də Azərbaycanın bütün suveren ərazisində keçirilən növbədənkənar parlament seçkiləri Ukrayna mətbuatının diqqət mərkəzində olub.
Fact-info.az AZƏRTAC -a istinadən xəbər verir ki, “Ukrinform”, “Qordon”, “LB.ua” və digər media qurumları ölkəmizdəki parlament seçkiləri ilə bağlı məqalələr dərc edib.
Məqalələrdə qeyd olunur ki, parlament seçkiləri 125 yer uğrunda 6478 seçki məntəqəsində keçirilir. Bu seçki məntəqələrindən 54-ü ölkənin işğaldan azad edilmiş ərazilərində yerləşir ki, burada 42 mindən çox səsvermə hüququna malik vətəndaş yaşayır. Məntəqələrdə ümumilikdə 6,5 milyondan çox seçki bülleteni var.
Həmçinin vurğulanıb ki, Milli Məclisə seçkilərlə bağlı 51 beynəlxalq qurum və 69 ölkəni təmsil edən 598 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. 112 749 yerli seçki müşahidəçisi qeydə alınıb.
Bundan əlavə, ölkə üzrə 1000 seçki məntəqəsində quraşdırılmış veb-kameralar Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsinə qoşulub. Bu addım səsvermənin şəffaflığını təmin etmək üçün atılıb.
Baxış sayı: 160
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
