İtaliyanın katolik icmasına məxsus “Faro di Roma” qəzetində sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdən bəhs edən məqalələr dərc olunub.
Yazıda bu parlament seçkilərinin ən mühüm cəhətinin ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərində, o cümlədən 2020-ci ilə qədər Ermənistanın işğalı altında qalmış ərazilərdə keçiriləcəyi bildirilir. Vaxtilə erməni işğalı altında qalan və azad edilən ərazilərdə parlament seçkiləri ilə əlaqədar ilk dəfə olaraq seçki məntəqələri yaradıldığı diqqətə çatdırılır.
Qeyd olunur ki, növbədənkənar parlament seçkilərində mindən çox namizəd deputatlığa namizədliyini irəli sürüb və Milli Məclisə 125 deputat seçiləcək. İndiyədək 40-dan çox ölkədən və 30-dək beynəlxalq təşkilatdan xarici müşahidəçi qeydiyyatdan keçib.
Məqalədə ölkəmizin Cənubi Qafqaz regionunda getdikcə daha çox nüfuz qazandığı vurğulanır. Noyabrda Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyasının keçiriləcəyi qeyd olunur. Ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə zəngin təcrübəyə malik olduğu vurğulanır.
Baxış sayı: 120
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
