Naxçıvan Muxtar Respublikasının "Yaşıl enerji" Konsepsiyasının hazırlanmasına başlanılıb.
Fact-info.az-a bu barədə Naxçıvanın Dövlət Energetika Xidmətindən bildirilib.
Məlumata görə, muxtar respublika ərazisində “Yaşıl enerji” layihələrinin reallaşdırılması üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təklif etdiyi 7 992 hektar əkinə yararsız torpaq sahələri müəyyənləşib.
Xatırladaq ki, Prezident İlham Əliyevin 5 iyun 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nda muxtar respublikanın "Yaşıl enerji" Konsepsiyasının hazırlanması, dövlət-özəl tərəfdaşlığı ilə alternativ və bərpa olunan enerji mənbələrinin yaradılmasının davam etdirilməsi, yeni istilik elektrik stansiyasının tikintisi nəzərdə tutulub.
Baxış sayı: 135
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
