FACT-INFO.AZ » MEDİA » Seçkilərlə bağlı media subyektlərinə lazımi şərait yaradılıb – Əhməd İsmayılov
8-08-2024, 11:30 | MEDİA
Seçkilərlə bağlı media subyektlərinə lazımi şərait yaradılıb – Əhməd İsmayılov

Növbədənkənar parlament seçkilərinin işıqlandırılması prosesində iştirak edən media subyektlərinin peşəkar funksiyasını uğurla yerinə yetirməsi üçün bütün lazımi şərait yaradılıb.

Fact-info.az  xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Milli Məclisə seçkilərdə fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə deyib.

O qeyd edib ki, media subyektlərinin sərbəst fəaliyyətinin daha da təkmilləşdirilməsi və məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə Medianın İnkişafı Agentliyi Mərkəzi Seçki Komissiyası ilə birlikdə koordinasiyalı fəaliyyət göstərilir:

“Azərbaycanın peşəkar jurnalistləri bir tərəfdən cəmiyyətin ictimai əhəmiyyətli informasiya ilə təmin edilməsində, digər tərəfdən ölkəmizin informasiya mühitini çirkləndirmək cəhdlərinin qarşısının alınmasında, müxtəlif yönləndirici manipulyasiyaların vaxtında müəyyənləşdirilib, təsir dairəsinin minimuma endirilməsində fəallıq göstərir, ölkəmizə qarşı yönəlmiş dezinformasiya hücumlarına cavab vermək baxımdan daim təşəbbüskar mövqedən çıxış edirlər. Bu da dövlətimiz üçün mühüm əhəmiyyət kəsb edən tədbirlər ərəfəsində mediamızın məsuliyyətini, baş verənlərə çevik reaksiyasını daha da artırır. Təcrübə göstərir ki, seçkilər zamanı ölkəmizin informasiya mühitinə kənardan yönləndirilən təhdidlər artır, informasiya manipulyasiyasının bütün formalarının sistemli şəkildə tətbiq edilməsi halları müşahidə olunur. İctimai rəyi çaşdırmağa, ölkəmiz haqqında mənfi rəy yaratmağa yönəlmiş bu kimi hallara qarşı sayıqlığımızı daha da artırmalıyıq”.

Ə. İsmayılov vurğulayıb ki, Medianın İnkişafı Agentliyi qərəzli və sistemli şəkildə ölkəmizə qarşı yönəlmiş feyk xəbərlərin vaxtında, operativ qayda da aşkarlanıb ifşa olunması üçün digər müvafiq dövlət qurumları ilə sistemli iş aparmaqdadır:

“Bu qəbildən olan təhdidlərin təsir dairəsinin azaldılmasında Azərbaycanın ciddi media subyektlərinin çevik dəstəyi həmişə vacibdir. Xüsusi vurğulamaq istərdik ki, informasiya texnologiyalarının verdiyi imkanlardan yararlanaraq media etikasının tələblərini müntəzəm qaydada pozan, dəqiqləşdirilməmiş, qərəzli məlumatlar yayan dairələr ölkəmizin media ictimaiyyəti tərəfindən daim qınanılmış və informasiya mühitinin sağlamlaşdırılması, informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində dövlətin fəaliyyət strategiyasına dəstək nümayiş etdirilib”.

İcraçı direktor xatırladıb ki, “Media haqqında” qanuna əsasən media subyektlərinin seçkiqabağı və referendumqabağı təşviqatla bağlı fəaliyyətinin xüsusiyyətləri Seçki Məcəlləsi ilə tənzimlənir:

“Medianın İnkişafı Agentliyi seçki prosesini işıqlandıran media nümayəndələri ilə mütəmadi qarşılıqlı əlaqədədir və onların suallarını operativ qaydada cavablandırmaq üçün Mərkəzi Seçki Komissiyası ilə koordinasiyalı şəkildə fəaliyyət göstərməkdədir. Ölkəmizin ictimai-siyasi həyatı və beynəlxalq imici üçün mühüm əhəmiyyət daşıyan tədbirlər zamanı öz funksiyasını yüksək peşəkarlıqla yerinə yetirərək zəngin təcrübə toplamış Azərbaycan mediasının Milli Məclisə növbədənkənar seçkilərin də işıqlandırılması zamanı eyni peşəkarlığı nümayiş etdirəcəyinə əminliyimizi bildirmək istərdik”.




Baxış sayı: 105
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30