FACT-INFO.AZ » AKTUAL » Tanınmış professor 1937-ci ildə repressiya qurbanı olan babası haqqında danışır
20-06-2024, 19:30 | AKTUAL
Tanınmış professor 1937-ci ildə repressiya qurbanı olan babası haqqında danışır

 Repressiya tariximizlə bağlı qaranlıq məqamlara aydınlıq gətirmək üçün “Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbə” kitabını bu il Azərbaycan Respublikasının QHT Dövlət Dəstəyi Agentliyinin dəstəyi Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin layihəsi çərçivəsində çap etdirməyi planlaşdırırıq. XX əsrdə, xüsusilə, totalitar sovet rejimi dövründə çox tanınmış və yaxud tanınmayan  şəxsiyyətlərin repressiya taleyi, təcavüzə məruz qalan intellektual mülkiyyətləri ilə bağlı araşdırmaları davam etdiririk.Təkzibolunmaz faktlar var ki, Azərbaycanın  bir çox tanınmış simalarının maddi və mənəvi sərvətləri məhz ermənilər tərəfdən təcavüzə məruz qalıb. Bu dəfə Azərbaycan Tibb Universitetinin  “Əczaçılıq texnologiyası və idarəçiliyi” kafedrasının müdiri, professor Məhbubə Vəliyeva repressiya qurbanı olan babası haqqında danışıb:

  XX əsrdə Azərbaycanın çox tanınmış simaları totalitar rejimin qəzəbinə düçar olmuşdular. Həmin insanlardan biri mənim babam, 1902-cı ildə doğulan Əsgərov Əli Abbas oğlu idi. Verilən məlumatlara görə, Əli Əsgərov regionun çox tanınmış insanlarından biri olub.  O, Azərbaycan türklərinin qədim məskəni olan, indi Ermənistan adlanan ərazidə, Dağ Borçalının (Borçalı - Loru) Saatlı kəndində doğulub. Onun şəcərəsini, tarixi keçmişini araşdıranda maraqlı məqamlar ortalığa çıxır.

 Məşhur seyid ailəsindən olan, Əli Əsgərovun atası Abbas kişi  xalq təbabətinin mükəmməl biliçisi olub. Abbas kişinin 5 oğlu, 5 qızı (Rəhim, Əli, Gülməmməd, Məmməd, İbrahim, Ruqiyə, Səkinə, Məsmə, Şəhnisə, Zeynəb) olub. Abbasın oğullarından Əli, mənim babam dövrünün çox comərd, tanınmış insanlarından olub.  O, geniş sahibkarlıqla məşğul olmaqla bərabər əhalinin təhlükəsizliyini düşünüb. Ermənilərlə qonşu olmaq, onların təcavüzündən qorunmaq  hər zaman zəruri olub. Təbii ki, erməniləri belə vətənpərvər insanın  orada mövcudluğu narahat edib. Onu sıradan çıxarmaq üçün fürsət axtarıblar.

 Onu da qeyd edim ki, mənim babam  Əli Əsgərovun Gülsəfa adlı həyat yoldaşı olub. Onların iki uşağı Həcər və Müseyib dünyaya gəlib. Həcərin 6 yaşı Müseyibin 2 yaşı olanda, babamı 1938-ci ildə günahsız  olaraq “xalq düşməni” damğası ilə repressiya ediblər. Uzun illər Ermənistanın bütün dövlət qurumlarına müraciətlər edilməsinə baxmayaraq, Əsgərov Əli Abbas  oğlu haqqında heç bir məlumat verilməyib. Mənim anam Həcər son ana qədər öz atasını axtardı. Və bu dünyadan ağlaya-ağlaya  köçdü.

Qərbi Azərbaycandan  xeyli sayda sayılıb –seçilən insanlar kimi mənim babam da repressiya qurbanı oldu. Ehtimal edirik ki, bu insanlar sorğusuz, məhkəməsiz qətlə yetiriliblər. Ona görə, Ermənistan tərəfi  heç bir məlumat vermək istəmir. Mən sonrakı dönəmlərdə hətta Azərbaycanın baş prokurorluğuna müraciət etmişəm. Biz ümidimizi üzməmişik,  nəticələr əldə olunana qədər araşdırmalarımızı davam etdirmək istəyirik. Onu qeyd edim ki, 2011-ci ildə  çap olunmuş  “Yadda qalan xatirələr” adlı kitabda repressiya qurbanları haqqında məlumatlar yer alıb. Düşünürük ki, bu sahədə daha çox yazılmalıdır, kitablar nəşr olunmalıdır.

Sonda Məhbubə xanımın ailəsi ilə olan bəzi şəkilləri təqdim edirik.

Fact-info.az

 

 




Baxış sayı: 1 730
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30