Azərbaycan Respublikasının Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyəyə səfəri çərçivəsində qardaş ölkənin Meşə Təsərrüfatı Baş idarəsində olub.
Fact-info.az-a Türkiyənin Kənd və Meşə Təsərrüfatı Nazirliyindən bildirilib ki, Baş idarədə keçirilən görüş zamanı meşə massivlərinin mühafizəsi və zərərvericilərlə mübarizə tədbirləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Azərbaycan tərəfi bu sahələrdə qardaş ölkənin təcrübəsinin öyrənilməsinə, Türkiyədə tətbiq olunan texniki nailiyyətlərdən istifadə edilməsinə hazır olduğunu bildirib.
Nazir müavinin başçılıq etdiyi nümayəndə heyəti, həmçinin Bolu vilayətinin Meşə Təsərrüfat İdarəsində meşələrdə olan zərərvericilərlə mübarizə üzrə laboratoriyanın fəaliyyəti ilə tanış olub. Burada meşə massivlərinin mühafizəsi metodları ətrafında müzakirələr aparılıb.
Görüşlər zamanı Türkiyə nümayəndələri azərbaycanlı həmkarları ilə hərtərəfli əməkdaşlığa hazır olduqlarını vurğulayıb, habelə əmin olduqlarını bildiriblər ki, Azərbaycan nümayəndə heyətinin bu səfəri meşə təsərrüfatı sahəsində əlaqələrin möhkəmləndirilməsinə töhfə verəcəkdir.
Baxış sayı: 100
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
