Noyabr ayında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan şairi və mütəfəkkiri, pedaqoq və xəttat Mirzə Şəfi Vazehin anadan olmasının 230 illik yubileyinə həsr edilən “Mirzə Şəfi Vazeh və Azərbaycan ədəbiyyatı Şərq-Qərb əlaqələri kontekstində” mövzusunda respublika elmi konfransı keçiriləcək.
Bu barədə Fact-info.az-a muzeydən məlumat verilib. Konfransda “Mirzə Şəfi irsi Azərbaycan və Qərb ədəbi əlaqələri kontekstində”, “Mirzə Şəfi şeirləri musiqidə və poeziya-musiqi əlaqələri problemi”, “Mirzə Şəfi Azərbaycan boyakarlığında və klassik irsin incəsənətdə əksi problemləri”, “Mirzə Şəfinin ədəbi mirası və mətnşünaslıqda atribusiya məsələləri”, “Mirzə Şəfi irsinin poetikası və ədəbi məclislər ənənəsi” mövzularında müzakirələr aparılacaq.
Konfransa məqalələri avqustun 1-dək təqdim etmək olar.
Təşkilat komitəsi məqalələrin mətnində düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), məruzələrin geri qaytarılması hüququna malikdir.
Baxış sayı: 105
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
