Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsində Ermənistana qarşı qaldırdığı iddiaların hüquqi əsasları Bolqarıstan mətbuatında geniş işıqlandırılıb.
Ölkəmizin Bolqarıstandakı səfirliyindən Fact-info.az-a bildiriblər ki, məlumatlarda Azərbaycanın BMT-nin irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasının normalarının Ermənistan tərəfindən kobud şəkildə pozulduğu ciddi şəkildə əsaslandırılır. Ermənistanın 30 illik hərbi işğalı zamanı bütün mülki binaların, xəstəxanaların, məktəblərin, mədəniyyət və tarixi abidələrin, dini abidə və qəbiristanlıqların tamamilə dağıdıldığı və Azərbaycana 50 milyard ABŞ dollarından artıq ziyan vurulduğu oxucuların diqqətinə çatdırılıb.
Bolqarıstan mətbuatında, həmçinin Ermənistan tərəfindən işğal altında olmuş torpaqlarda Azərbaycan toponim adlarının dəyişdirilməsi yolu ilə onların etnik mənsubiyyətinə dair izlərin məhvi siyasətinin həyata keçirildiyi qeyd olunub.
Eyni zamanda, işğal dövründə Ermənistanın Azərbaycanın təbii sərvətlərini qeyri-qanuni istismar etdiyi və ətraf mühitə ciddi ziyan vurduğu diqqətə çatdırılır. Bundan əlavə Ermənistanın azərbaycanlılara qarşı irqçi təbliğat apararaq etnik ədavəti alovlandırması və təhsil müəssisələrində, habelə ictimai və sosial mediada anti-Azərbaycan nifaq ritorikasını təşviq etdiyi vurğulanır.
Baxış sayı: 100
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
