FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » “Bakı Prosesi” qlobal sülhə və təhlükəsizliyə töhfə verəcək
2-05-2024, 19:00 | TƏDQİQATLAR-ANALITIKA
“Bakı Prosesi” qlobal sülhə və təhlükəsizliyə töhfə verəcək

Dünən və bu gün ölkəmizdə təşkil olunan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi və Forumda 110 ölkədən nümayəndənin, BMT-nin və digər mötəbər təşkilatların yüksək vəzifəli təmsilçilərinin iştirak etməsi  bir tərəfdən Azərbaycanın dünyada artan nüfuzundan, digər tərəfdən ölkəmizin ümumbəşəri dəyərlərə nə qədər sadiq qalmasından xəbər verir.

Dünyada hazırda hökm sürən qanlı münaqişələrin, mədəniyyətlər və dinlərarasında nifaq salmaq istəyənlərin “boy” qaldırması, çoxtərəflilik konsepsiyasının “gözardı” edilməsi və nəhayət, qlobal təhkükəsizlik arkitekturasının ciddi şəkildə zədələnməsi fonunda Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə bütün dinlərin və mədəniyyətlərin bir araya gətirilməsi, onların dialoqunun təşkili və ən ağrılı mövzuların həlli üzrə müxanizmlərin müzakirəsi Forumun tarixi və siyasi əhəmiyyətini  ikiqat artırır.

Etiraf etməliyik ki, hazırkı mürəkkəb tarixi və siyasi şəraitdə, bir çox ümumbəşəri dəyərlərin aşınmaya məruz qaldığı vaxtda belə bir çətin missiyanın öhdəsindən gəlmək iqtidarında olan ölkələrin dünyada sayı çox azdır. Mübaliğəsiz demək olar ki, Azərbaycan özünün keçmişi və bu günü, əldə etdiyi nailiyyətləri və qazandığı nüfuzu ilə bu az saylı ölkələrdən biri və bəlkə də birincisidir.

Cənab Prezidentin Forumun açılış mərasimində söylədiyi nitqində də bu tezislərə xüsusi yer verilir:  “Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşlarıdır, dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır”

Bundan başqa cənab Prezident Forumda  dünyada sülhü və təhlükəsizliyi ciddi şəkildə təhdid edən yeni münaqişələrin alovlanmasını, yeni müstəmləkə və məcburi assimilyasiya tendensiyalarının artmasını misal gətirərək dünya ölkələrinin bu təhlükələrə səssiz qalmamsının vacibliyini bildirdi və bütün bu mənfi trendlərin qarşısının alınmasında hamını həmrəy olmağa çağırdı. Əslində, belə bir cəsarətli  çağırış özünə güvənən dünya Liderinə xas olan bir çağırış idi.

Forumda yadda qalan xüsusi məqamlardan biri də o oldu ki, Azərbaycan dünyaya yeni sülh mesajı verdi, sülhün və sabitliyin etibarlı şəkildə qorunması üçün multukultural dəyərlərin yaşamasının, dinlər və xalqlar arasında, xüsusilə münaqişə tərəfləri arasında  dialoqun və anlaşmanın gücləndirilməsinin yeganə yol olduğunu bəyan etdi. Hətta, uzun müddət işğala, beynəlxalq cinayətlərə və ədalətsizliyə məruz qalmasına baxmayaraq, Azərbaycanın 2020-ci ilin Vətən müharibəsindən sonra Ermənistana sülh təklif etməsi dünyada rast gəlinən nadir nümunələrdən  biri kimi qiymətləndirildi.

“Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun digər bir unikallığı isə hazırda qanlı münaqişədə olan Rusiya və Ukrayna, İsrail və Fələstin nümayəndələrinin Bakıda bir araya gətirilməsi və gələcək sülh formulunun onların iştirakı ilə müzakirə edilməsi oldu.

Belə bir möhtəşəm mənzərənin şahidi olmaq “Bakı Prosesi” nin qlobal sülhə və təhlükəsizliyə ciddi töhvə verəcəyinə ümidləri daha da artırır.

 Azay Quliyev, 
Azərbaycanın ATƏT PA-da Nümayəndə Heyətinin rəhbəri, ATƏT PA-nın Baş Komitəsinin sədri

 




Baxış sayı: 120
Abbas Zamanovun 115 illiyinə həsr olunan elektron məlumat bazası hazırlanıb Bu gün, 10:30 Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir Bu gün, 10:00 Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır Bu gün, 08:30 Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb Bu gün, 08:00 Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır Dünən, 19:00 "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Dünən, 19:00 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib Dünən, 18:00 ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week Dünən, 17:30 İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir Dünən, 12:30 Dünyada separatizmə, müharibə cinayətlərinə münasibət fərqli olmamalıdır Dünən, 11:30 Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşü Dünən, 11:00 Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb Dünən, 11:00 Azad edilmiş ərazilərdə daha 361 mina, 624 PHS aşkarlanıb Dünən, 10:30 Vətən müharibəsinin xronikası: 11 oktyabr Dünən, 10:30 Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq 11-10-2026, 10:00 Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq 11-10-2026, 10:00 Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək 10-10-2026, 09:30 Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub 10-10-2026, 08:30 ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi 10-10-2026, 08:30 Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb 9-10-2026, 20:30 Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir 9-10-2026, 19:30 International travellers visit Ganjasar Monastery Complex 9-10-2026, 17:00 Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı? 9-10-2026, 12:00 Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb 9-10-2026, 11:00 Prezident İlham Əliyev: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb 9-10-2026, 11:00 Prezident: Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır 9-10-2026, 11:00 Türkiyənin məktəblərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək 9-10-2026, 10:30 Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır - KİV 9-10-2026, 09:00 Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir 9-10-2026, 08:00 Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib 8-10-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031