FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Alban-türk tarixini ermənilər necə oğurladılar...
10-04-2024, 07:00 | TƏDQİQATLAR-ANALITIKA
Alban-türk tarixini ermənilər necə oğurladılar...

AMEA Naxçıvan Bölməsi, Onomastika şöbəsinin müdiri, Filologiya üzrə fəlsəfə doktoru, dosent

1820-ci illərdən I Pyotrun "Qafqazı xristianlaşdırmaq və yerli əhalini deportasiya etmək" vəsiyyəti nəticəsində ərazilərimizə köçürülən ermənilər öncə Göyçə mahalında 6 kəndə yerləşdirildi, 1849-cu il I Nikolayın sərəncamı ilə bu ərazi "Erməni əyaləti" statusunu aldı. Yüzillər öncə İslam dinini qəbul etdiyimiz üçün Qıpçaq, Xaçmataq, Skif kimmerlərə məxsus olan Tanrı məbədləri, eləcə də qədim türk yazılı daşlarının qorunduğu vənglər-Bəngü taş-yazılı daş məbədləri boş qaldığından, bu məbədlər yenicə xristianlığı qəbul etmiş ermənilərə verildi. Bu tarixi prosesdə xalqımızın qədim tarixi mədəniyyət abidələri tariximizdən uzaqlaşdırıldı, "erməni tarixi" kimi dünya ictimaiyyətinə təqdim edildi.

Bütün bunlara baxmayaraq, əsl tariximizi tam təhrif etmək mümkün olmadı, antik mənbə və müəllif əsərlərində günümüzə qədər gəlib çatdı. Herodot, K.Ptolomey, Strabon, Korneliy Tatsit, Tit Liviy, Ammian Marsellin, İbn Xordadbeh, İosif Flavi kimi qədim dövr müəlliflərinin əsərlərində, eləcə də Şərq və dünya tarixi kitablarında xalqımızın m.ö. VI minilliklərdə əlifbası olması, Asər tayfalarının Asmaq qolunun-Maq asların Yunan çarlarına məsləhətlər verdiyi yer alıb. Bu baxımdan Alban dövlətimiz də ərazilərimizdə qurulmuş, Mitan, Manna, Midiya, Atropatena kimi dövlətlərdən biri olmuş, alban, qarqar, quqar, kaspi, xəzər, sak, kəngər, peçeneq, udin, sarmat, çol/çul, koman, bolqar, xurs kimi 37 prototürk tayfalarının qurduğu dövlət olub.

Lakin xeyli sayda etnik qruplar mövcuddur ki, bu qruplar da hələ bu gün xalq kimi mövcud olmasalar da, özgə tarixinə sahib çıxmaqla özlərini "qədim tayfa" kimi dünya ictimaiyyətinə göstərməyə çalışırlar. Belə tayfalardan biri də günümüzdə hələ 3 milyona çatmayan ermənilərdir. Bu tayfalar tarix boyu bizim ərazilərdə olmamış, Pyotrun vəsiyyətinə istinadən Suriya, Livan və b. ərazilərdən 1820-ci ildən başlayaraq, 1978-ci ilə qədər Azərbaycan ərazilərinə köçürülmüşlər.

Çar Rusiyası və sovetlər siyasətində onlar əhali sayını artırmaq üçün ailədə 1 uşaq olduğu halda 5-6 uşaq adları sənədləşdirməklə, həm sovetlərdən uşaq pulu almış, həm də erməni əhalisinin "sayını artırmışlar". Onlar Azərbaycan tarixi və etnogenezinə sahib çıxmaq üçün başlanğıc olaraq Alban tarixinə və bu ərazidə məskun olan qeyd etdiyimiz tayfalar mədəniyyətinə yiyələnməklə, bu mədəniyyəti "erməniləşdirməyə", öz tarixlərini qədimləşdirib "yerli əhali" statusunu almağa çalışıblar. Bu tarixi prosesdə göstərilən tayfa adlarını özlərinə bağlamaq üçün Kasparyan, Xazaryan, Saakyan, Komanyan kimi soyadlar götürən bu etnik qrup, bununla bərabər, Asaturyan, Torkayan, Kutiyan, Şubaryan, Manqaçiryan, Kolayan kimi Asər, Şu, Kuti, Türükkü tayfalarının Tork Tanrı adını, Maq kimi yüzə yaxın türk tayfa adını əks etdirən soyadlar da götürüblər. Bununla kifayətlənməyən friq-ermənilər Korkutyan, Dəmirçiyan, Allahverdiyan kimi soyadlarla məişət və inanclarımız hesabına da özlərinə tarix yaratmağa çalışıblar, bu cür oğurluqlar ilə onlar yenə də tariximizə sahiblənmək siyasəti güdməkdədirlər. Bu oyunda onlar rus siyasi yardımı ilə Alban tarixinə də sahib çıxmış, özlərinə "Tarix" yaratmışlar.

Biz Z.İ.Yampolskinin Albaniya tarixi və albanların dili ilə bağlı tədqiqatlarında maraqlı elmi nəticələrlə qarşılaşırıq. M.Kalankaytuklunun "Alban tarixi"nin erməni dilində olmadığını qeyd edən müəllif, ilkin variantda bu kitabın qarqarey, ya da udin dilində olduğunu göstərir. Sonra isə bu kitab qrabar dilinə tərcümə olunub. V.V.Bartold isə, qarqar və qıpçaqları türk olaraq göstərib, bu kitabın "erməni dilində" olmadığını yazıb. Müəlliflər qarqar, udin, qıpçaq dillərinin friq, erməni dili olmadığını göstərib, bu dildə olan "Alban tarixi" kitabının qrabar dilinə çevrilməsini siyasi oyun kimi qimətləndiriblər. Onlar 1700 illik tarixin (m.ö. IV yüzillikdən eramızın 1260-cı ilinə qədərki tarix) erməniləşdirildiyini yazırlar. Məhz bu yolla friq ermənilər türk-alban tarixinə, eləcə də prototürk müəlliflərdən Ananai Şirakasi, Kirakos Gəncəli, Asoqik, Mxitar Qoşun yazılarına sahib çıxmaqdadırlar.

Bəs bu siyasi oyun necə baş vermiş və friqlər ərmən türk tarixi və Alban tarixinə necə sahib olmuşlar? Bu tarixi prosesə qısaca nəzər salmaq istərdik.

M.Kalankaytuklunun kitabı onun ölümündən 400 il sonra, eramızın XVIII əsrində Alban Xaçın knyazlığının süqutundan, Həsən Cəlal İslamı qəbul etməyib tanrıçılıqda qaldıqdan sonra "erməniləşdirilir". Qeyd edək ki, xristianlıq datanrıçılıq üzərində qurulur və ilk xristian duası eramızın IV əsri - 312-ci ilində Avropa auditoriyası qarşısında "Xuday altında bütün adəm açıq bulsun" - "Xudanın altında bütün adamlar açıq qəlblə dayansın-dursun" ifadəsi ilə türk dilində oxunur. Bundan istifadə edən, özünü "Alban katolikosu" kimi göstərən friq-erməni Nerses qrabar dilinə çevrilmiş "Alban tarixi"nin bir kopyasını 1453-cü ildə "Konstantinopol"a - İstanbula, erməni patriarxına göndərir. Osmanlı imperiyası bu hiylənin qarşısını aldığından erməni katolikosu Simeonun tələbi ilə əlyazma 1766-cı ildə Eçmiədzin kitabxanasına qaytarılır. Sual oluna bilər: nəyə görə əlyazma Alban Xaçın knyazlığının süqutundan 400 il sonra gizlin çap üçün "Konstantinopol"a göndərilir?

Qeyd edək ki, hələ eramızın XVII əsrində Albaniya ərazisində türk tayfaları tanrıçılıq dinində idi və türklərin məbədlərində xeyli xaç mövcud idi ki, bu inanc işarəsi m.ö. III minilliyə aid Gəmiqaya işarələrində də qalmaqdadır. O dövrdə nə xristianlıq, nə də friq ermənilər tarixdə var idi. Albanlar isə yüzlərlə tanrıçılıq məbədində bu inancla bağlı xaçları saxlayırdılar. Bu xaçlar tanrıçılıqda olan Altay, Sibir, Volqaboyu tatarlar və digərlərinin də məbədlərində qalmaqdadır. Biz ərazilərimizdə mövcud bütün türk məbədlərinin altarlarında Günəş rəmzli xətlərlə qarşılaşırıq ki, bu, m.ö. V minillikdə Kassi türklərinin inancındakı Suriyaş - Günəş Tanrısını təmsil edirdi. Strabonun, Diona Kassinin yazılarına görə, bu Tanrı işarəsi Anu Ekbatanda da mövcud idi ki, o zaman ermənilər hələ Balkanda "friq briq" idi və hayas, erməni deyildi. Xüsusi qeyd edək ki, eramızın 48-ci ilində Alban məbədləri xristianlara aid deyildi, 460-cı ildə hələ xristianlarda xaç işarəsi yox idi və onlar qıpçaq, hun, xaçmataqları "xaçgəzdirən vəhşi" hesab edirdilər. Lakin friq-ermənilər özlərinə qədim tarix yaratmaq üçün bu məbədlərə və oradakı yazılı daşlara sahib çıxmağa çalışırdılar.

Erməni müəllifləri V.S.Nalbandyan və S.T.Melik-Baxşiyan da etiraf edərək yazırlar: "Friq ermənilərə görüntü üçün, siyasi məqsədlə xristianlığı qəbul etdirdilər". Bundan sonra 1839-cu ildə "Alban tarixini yenidən "Erməni tarixi" kimi üzə çıxarıb "ilk erməni yazısı", "Qədim Eçmiədzin əlyazması" kimi təqdim etməyə başladılar. Lakin M.Xorenli açıq yazırdı ki, "əlyazma erməni dilində deyil, "vəhşi Qarqar" dilindədir".

Bu siyasi oyunda 1841-ci ildə Alban tarixinin "erməniləşdirilmiş" II variantı E.Börye tərəfindən "Peterburq variantı" kimi götürülməklə, "Erməni tarixi" adı ilə nəşr olunur və bu variant yenə də fransız M.Brosse tərəfindən 1851-ci ildə götürülməklə "Erməni tarixi" adı ilə Fransada nəşr etdirilir. Bu tarixi proseslərdən sonra ermənilər 1700 illik türk tarixini "erməniləşdirib özlərinə tarix yaradırlar" və bizim qədim Tanrı məbədlərinə sahib çıxmaqla buradakı yazılı daşlara - bəngü taslara da erməni yazısı kimi sahib çıxırlar.

Xüsusi olaraq qeyd edək ki, təkcə Naxçıvan ərazisindəki Tanrı məbədlərindən (məbədlərə ermənilər "kilisə" deyirdilər) 1963-1975-ci illər arası yüzlərlə yazılı daş uydurma "Ermənistana" daşınaraq, yazılar təhrif edilmişdi.

Bütün bunlara istinadən biz inanırıq ki, Azərbaycan rəhbərliyinin iradəsi ilə xüsusi qruplar yaradılacaq və bu Tanrı məbədlərindəki yazılar özümüzə qaytarılacaq, beləliklə də, ermənilərin gizli sifətləri dünya ictimaiyyətinə bir daha çatdırılacaq.




Baxış sayı: 220
"Layihə çərçivəsində ilk televiziya verilişi uğurla çəkilib" - Əkrəm Bəydəmirli Bu gün, 11:27 Azərbaycan ilə UN-Habitat arasında Şərqi Zəngəzurun dayanıqlı inkişafına dair saziş imzalanıb Bu gün, 10:30 “Səyyar Gənclər Xidməti” layihəsi fəaliyyətini İsmayıllıda uğurla davam etdirir Dünən, 19:00 QHT “Erməni vandalizmi nəticəsində dağıdılmış maddi-mədəni irsimizin təbliği” layihəsi çərçivəsində növbəti tədbirini keçirib Dünən, 18:30 ABŞ Cənubi Qafqaz və Mərkəzi Asiyadakı layihələri maliyyələşdirmək üçün fond yaradıb Dünən, 18:00 XİN Azərbaycan vətəndaşlarına yüksək riskli bölgələrə səfərlərlə bağlı xəbərdarlıq edib Dünən, 17:00 Azerbaijan’s Foreign Ministry issues travel warning on high-risk areas Dünən, 16:30 Qardaş ölkədə Demokratiya və Milli Birlik Günü Dünən, 11:30 Rəqəmsal arxitekturalar vahid konsepsiya əsasında formalaşdırılır Dünən, 10:30 "The Liberum" Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi əsas mesajları işıqlandırıb Dünən, 09:30 Kardioloqlar qan təzyiqinin aşağı salınmasına kömək edən meyvələri müəyyən ediblər Dünən, 09:00 Odessa sahillərində hücuma məruz qalan gəminin azərbaycanlı kapitanının axtarışları davam edir Dünən, 08:30 Xocavənddə torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlayır 14-07-2026, 17:00 Hikmet Hajiyev: Azerbaijan has modernized its media environment 14-07-2026, 16:30 Şuşa Forumu məsuliyyətli kommunikasiyanın dərinləşməsində mühüm mərhələ olacaq 14-07-2026, 16:30 "Bir bayatının tarixi"- Rauf Zeyni yazır 14-07-2026, 16:00 Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər 14-07-2026, 15:30 Beynəlxalq münasibətlər sistemində Azərbaycanın yeni statusu 14-07-2026, 15:30 Помощник Президента: Общество должно найти баланс между инновациями, безопасностью, родительской ответственностью и правами личности 14-07-2026, 15:30 Səhiyyə Nazirliyi və QHT Agentliyi QHT-lər üçün birlikdə qrant müsabiqəsi elan edəcək 14-07-2026, 13:30 Hikmət Hacıyev: Qlobal medianın gələcəyini müzakirə etmək üçün Şuşa Forumundan daha uyğun məkan tapmaq çətindir 14-07-2026, 10:00 Azərbaycanın ilk qadın Xalq şairinin xatirəsi anılıb 14-07-2026, 10:00 Əcnəbi media Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin çıxışını işıqlandırıb 14-07-2026, 09:30 Tramp: ABŞ Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinə görə kompensasiya gözləyir 14-07-2026, 08:30 Emin Hüseynov: İlin sonuna qədər Ağdamda 4-cü və 5-ci yaşayış komplekslərinə 10 min nəfərin köçürülməsi planlaşdırılır 13-07-2026, 21:00 Hikmət Hacıyev D-8-lə bağlı yeni mərhələni elan etdi 13-07-2026, 21:00 Ərdoğan: Rusiya-Ukrayna münaqişəsi dialoq və diplomatiya yolu ilə həll edilməlidir 13-07-2026, 19:00 Şuşa Qlobal Media Forumu mühüm beynəlxalq ictimai-siyasi hadisədir 13-07-2026, 14:30 “Resurs” ADPU-nun Quba filialında tədbir keçirdi 13-07-2026, 14:30 Prezident: Bakı Təşəbbüs Qrupu ən səmərəli QHT-lərdən biridir ki, müstəmləkəçilik məsələsini qlobal gündəliyə daxil edib 13-07-2026, 11:30
Köşə yazarları
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031