FACT-INFO.AZ » XƏBƏR » Metsamor AES Cənubi Qafqaz üçün çox ciddi təhlükədir
22-03-2024, 15:00 | XƏBƏR
Metsamor AES Cənubi Qafqaz üçün çox ciddi təhlükədir

Metsamor Atom Elektrik Stansiyasının (AES) fəaliyyəti regionda ətraf mühitə və əhalinin sağlamlığına ciddi təhlükə yaradır. Bu səbəbdən də Cənubi Qafqaz ekoloji böhranla qarşı-qarşıya qalıb. Ermənistan ərazisində yerləşən Metsamor AES 1976-cı ildən etibarən köhnəlmiş texnologiyalar əsasında fəaliyyət göstərir. Ermənistanın iqtisadi, siyasi və dövlət idarəçiliyində qeyri-müəyyənlik Metsamor AES-in fəaliyyətini daha təhlükəli formaya gətirir və istismara yararsız hesab edilməyinə baxmayaraq öz işinə davam etməsi regiondakı vəziyyəti daha da gərginləşdirir.

Fact-info.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova səsləndirib.

G. Səfərova bildirib ki, dünya ictimaiyyəti 1986-cı ildə baş vermiş Çernobıl qəzasının, həmçinin 2011-ci ildə Yaponiyanın Fukusima AES-də baş vermiş qəzanın nəticələrini indiyədək aradan qaldıra bilməyib.

QHT sədri həmin qəzaların ağır nəticələrini insanların hələ də hiss etdiklərini təəssüflə qeyd edərək deyib: “Metsamor AES-in də ekoloji fəlakət doğurması ehtimalının böyük olduğu və fəaliyyətinin dayandırılması ilə bağlı beynəlxalq təşkilatlara müraciətlərə əhəmiyyət verilməməsi Ermənistan rəhbərliyinin məsuliyyətsizliyi və müstəqil siyasi qərarvermə iqtidarında olmadığını sübut edir. Eyni zamanda, ehtimal edilən ekoloji faciənin Türkiyə və Azərbaycan üçün ciddi təhlükə olması təhdid-təzyiq vasitəsi kimi də qəbul edilə bilər. Lakin regionda Metsamor AES-də baş verə biləcək nüvə təhlükəsi Rusiya, Mərkəzi Asiya ölkələri, Xəzər dənizi, Qara dəniz bölgəsinə ciddi təsir edəcək.

Ərazi bütövlüyümüzün təmin edilməsi, Azərbaycanın regionda güc sahibinə çevrilməsi yaşadığımız dövrün ən önəmli məsələsinə - ətraf mühitin mühafizəsinə diqqətimizi yönəltməyə əsas verib. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Eyni zamanda, ölkəmizin COP29-a ev sahibliyi etməsi regionda ətraf mühitə təhlükə yarada biləcək məsələləri gündəmə gətirir”, - deyə QHT sədri vurğulayıb.

Son illər vətəndaş cəmiyyəti institutlarının hər sahədə aktiv fəaliyyət göstərdiyini və regionda yeni reallıqları nəzərə alaraq təsir qüvvəsinə malik olduğunu vurğulayan G. Səfərova əlavə edib: “Bunu nəzərə alaraq, Metsamor AES-in real təhlükəsi barədə Brüsseldə keçirilən Nüvə Enerjisi Sammitinin həmsədrləri – Belçikanın Baş naziri Aleksandr De Krooya, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş direktoru Rafael Mariano Qrossiyə müraciət edilib. Müraciətin əsas məğzi Ermənistanda qəza vəziyyətində olan, istismar müddəti çoxdan başa çatmış Metsamor AES-in törətdiyi qlobal təhlükəyə diqqət yetirməyə, bu stansiyanın fəaliyyətinin dərhal dayandırılması barədə Ermənistan hökuməti qarşısında məsələ qaldırmağa sövq etməkdir.

Ümid edirəm ki, ətraf mühitin mühafizəsi fəaliyyətlərinin əsas hədəfi olan beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti regionda real təhlükəni görüb qlobal səyləri gücləndirərək Ermənistan hakimiyyətini Metsamor AES-in fəaliyyətini dayandırmağa məcbur edəcək”, - deyə G. Səfərova fikrini yekunlaşdırıb.




Baxış sayı: 200
Ürək sağlamlığı diqqət mərkəzində Bu gün, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30