FACT-INFO.AZ » SİYASƏT » Fransa əlində olan bütün imkanlardan Azərbaycana qarşı istifadə edir
16-02-2024, 11:30 | SİYASƏT
Fransa əlində olan bütün imkanlardan Azərbaycana qarşı istifadə edir

Bu gün Azərbaycana qarşı müxtəlif çirkin kampaniyalar həyata keçirən, Qələbəmizi və əldə etdiyimiz uğurları həzm edə bilməyən qüvvələrin sayı kifayət qədərdir. Onlar öz imperialist maraqlarını təmin etmək üçün müxtəlif vasitələrə əl atır, neomüstəmləkəçi təfəkkürü və düşüncəsi ilə Cənubi Qafqazda üstün mövqelərə yiyələnmək məqsədi güdürlər. Afrikada, Cənubi Amerikada, Asiyanın müxtəlif bölgələrində təbii ehtiyatları və mineral resursları vandalcasına istismar edən qüvvələr indi də regionumuza yönələrək burada iqtisadi maraqlar əldə etməyə səy göstərir, siyasi proseslərə qoşularaq nüfuz dairələrini genişləndirmək üçün çalışırlar. Son illər özünü aydın şəkildə göstərən azərbaycanofobiya, türkofobiya, islamofobiya onların geosiyasi baxışlarında əsas yerə malikdir. Bütün bunlar isə Azərbaycan tərəfindən qəbuledilməz məsələlər olduğu üçün rədd edilir, ölkəmiz buna qarşı qəti iradə və mövqe ortaya qoyur.

Fact-info.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq İlyas Hüseynov söyləyib.

Fransa dövlətinin əlindəki bütün imkanlardan Azərbaycana qarşı istifadə etdiyini vurğulayan politoloq deyib: “Fransa, eyni zamanda, BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqında, Avropa Şurasında, Frankofoniya Təşkilatında və digər institutlarda təsir imkanlarını işə salıb. Bu təşkilatlar nə qədər humanitar, mədəni qurumlar olsa da, orada müzakirələr Ermənistanın xeyrinə aparılır və Azərbaycanı qınaq obyektinə çevirməyə çalışırlar. Bununla yanaşı, Fransa özünün təsir dairəsində olan ölkələrə təzyiq edir ki, ölkəmizə qarşı qarayaxma kampaniya aparsın. Kanada, Benilüks ölkələri də məhz belə qüvvələrdəndir ki, erməni sevgisini aydın şəkildə bəyan edir.

Digər tərəfdən Azərbaycan da Fransanın ölkəmizə qarşı ikili standartlar mövqeyinə müqavimətini ortaya qoyur, onların istismarçı və yırtıcı mahiyyətini üzə çıxarır. Fransa müstəmləkəçiliyinə mübarizəyə dəstək məqsədilə yaradılan Bakı Təşəbbüs Qrupu da bu ölkənin törətdiyi soyqırımlarını, qətlimları, ümumilikdə cinayətlərini, uzun illər ərzində Parisin təsiri altında olan bölgələrdə aclıq və səfalət hökm sürdüyünü geniş ictimaiyyətə təqdim edir, beynəlxalq müstəvidə müzakirəyə çıxarır”.

İ.Hüseynovun sözlərinə görə, Azərbaycana qarşı nə qədər çirkin qarayaxma kampaniyaları aparılacaqsa, ölkəmiz də prinsipiallıq, siyasi iradə və güclü müqavimət nümayiş etdirəcək. Bizim mövqeyimiz Fransa müstəmləkəçiliyindən əziyyət çəkən dövlətlər üçün önəmlidir. Ona görə də Fransa öz geosiyasi maraqlarına və Cənubi Qafqazda möhkəmlənmək niyyəti ilə ölkəmizə qarşı apardığı məkrli siyasətinə son qoymalıdır.




Baxış sayı: 120
Ürək sağlamlığı diqqət mərkəzində Bu gün, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30