FACT-INFO.AZ » CƏMİYYƏT » Televiziya elə bir sahədir ki, orada qüsurlar dərhal diqqəti cəlb edir
14-02-2024, 13:30 | CƏMİYYƏT
Televiziya elə bir sahədir ki, orada qüsurlar dərhal diqqəti cəlb edir

Birmənalı qiymətləndirmək çətində olsa, ötən dövr ərzində bu, önəmli sahə, televiziya hər bir kəsin düşüncəsində iz qoyub. Müxtəlif zövqlü tamaşaçını tamamilə razı salmaq təbii ki, çətindir. Telekanal isə ona həvalə olunan ali missiyanı yerinə yetirməli idi. Lakin bir çox hallarda bu sahədə xoşagəlməyən tendensiyalar qabarıq şəkildə özünü göstərdi. Televiziya elə bir sahədir ki, orada qüsurlar dərhal diqqəti cəlb edir.
Bu gün təəssüf doğuran odur ki, bəzi tv-lərdəki elə şou aparıcıları uzun müddət çalışmalarına baxmayaraq, bu şəxslərdə elementar efir mədəniyyəti formalaşmayıb. Məsələ ondadır ki, belə şəxslərin verilişləri auditoriya toplaya bilir. Həmin auditoriyanın zövqü və intellektual səviyyəsinin necə olmasının heç bir əhəmiyyəti yoxdur. Təəssüf ki, telekanal rəhbərliyi belə verilişlərin reytinqinə və cəlb olunan reklamlara görə, həmin şəxslərin fəaliyyətinə yaşıl işıq yandırır.

Bütün hallarda teleleviziya verilişi hadisələrin fövqündə duraraq zərərli tendensiyalardan uzaqlaşaraq maarifçilik missiyasını qismən də olsa yerinə yetirməlidir. Şou proqramların özəlliklə maarifçilik missiyası var. Belə verilişlərdə məqsəd cəmiyyətə informasiya vermək, maarifləndirmək və həmçinin bütün bunlarla bərabər əyləndirmək funksiyası əsas hədəf olmalıdır. Tamaşaçını əndazəni gözləmək şərtilə əyləndirmək və informasiya vermək şou proqramın vacib elemetidir.
Xoşa gəlməyən hal odur ki, bu, verilişlərin bəzi aparıcılarında mütaliəsizlik kəskin şəkildə özünü göstərir. Bu qənaətə gəlmək olar ki, şou proqram aparıcısında təhsilsizlik və digər səbəblər belə verilişin ortalığa çıxmasına gətirib çıxarır. Həmin şəxslər neçə illər əvvəl necə olubsa, demək olar ki, indi də televiziyanı eyni formada urvatsız günə salırlar. Aparıcı televiziyanın simasıdır. Əgər bu sima zədələnibsə, onu auditoriya qarşısına çıxarmaq tamaşaçıya hörmətsizlikdi.
Ictimai rəylə hesablaşmamaq ənənəsi, peşəkar teletəndiqin olmaması bu şəxslərin əl-qol açmasına rəvac verib. Onu da etiraf etmək lazımdır ki, televiziyanın birbaşa tamaşaçının istəyinə, zövqünə uyğun proqram qurması özü-özlüyündə mənfi tendensiyalara yol açar. Ancaq balansı qoruyaraq strateji hədəflərə doğru getmək mümkündür.

Telekanallarla bağlı bəzi təkliflərimi qısaca bildirmək istərdim.

Birincisi, telekanal hər evə xoş aura gətirməlidir. Peşəkar davaranışı, dürüstlüyü, cəmiyyətin problemlərinə həssaslığı və digər keyfiyyətləri ilə bu missiyanı yerinə yetirməlidir.
İkincisi, ailə institutunun dağılmasını hədəfləyən bəzi verilişlərdə qaldırılan məqamlar televiziyanın müzakirə mövzusu olmamalıdır. Bu məsələlərin müzakirəsi və həlli yollarının tapılması tv-də deyil, bəzi dövlət qurumlarının səlahiyyəti çərçivəsində olmalıdır. Artıq yetərli şəkildə bəzi tv-lər ailə institutuna zərbə vura biliblər.
Üçüncüsü, TV-də və media sahəsində reklam bazarı çox ciddi təhlil olunmalıdır. TV-də bir çox problemlərin kökündə teleticarət və reklam bazarının tənzimlənməməsi problemi durur. Bu sahənin həqiqətən geniş araşdırılmasına ehtiyac var. Bu məqam telekanalların birbaşa fəaliyyətinə təsir göstərəcək.
Dördüncüsü, vətənpərvərlik peşəkar və məsuliyyətli davranışa çevriləndə çox faydalı olur. Vay o gündən ki, vətənpərvərlikdə məsuliyyətsiz yanaşma olsun. Əlqərəz, cəmiyyətin və tv-lərdə şou proqramların formalaşmasında, inkişafında yaxşı təhsillə bərabər məsuliyyətli vətənpərvərlikdə zəruridir. Normal təhsili olan şəxs istənilən sahədə fayda verər. Keyfiyyətli təhsilin verilməsi, əxlaqlı münasibətin tətbiqi və nəhayət hər kəsin öz intellektual potensialına güvənib irəliləməsi üçün şəraitin yaradılması zəruridir.
Nəhayət bir çox sahələrdə o cümlədən televiziyada qaranlıq əməl mənəvi dəyərlərin itməsi təhlükəsi deməkdir. Qaranlıqdan uzaq olun. Hər zaman işığa və cəmiyyətin aydınlığına doğru!
Əkrəm Bəydəmirli 




Baxış sayı: 705
Ürək sağlamlığı diqqət mərkəzində Bu gün, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30