FACT-INFO.AZ » MEDİA » Əcnəbi media Azərbaycanda keçirilən seçkiləri nümunəvi adlandırıb
14-02-2024, 10:30 | MEDİA
Əcnəbi media Azərbaycanda keçirilən seçkiləri nümunəvi adlandırıb

Azərbaycanda fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində müşahidəçi statusunda iştirak etmək məqsədilə ölkəmizə səfər etmiş Meksikanın tanınmış ingilisdilli mətbu orqanı “Pulse News Mexico” qəzetinin baş redaktoru Teresa Marqolisin müəllifliyi ilə seçkilərə dair “Azərbaycan: Demokratik təcrübələrin ictimai dərsi” (Azerbaijan: A public lesson in democratic practices) sərlövhəli geniş məqalə dərc olunub.

Azərbaycanın Meksikadakı səfirliyindən  Fact-info.az-a bildirilib ki, məqalədə ilk əvvəl Prezident İlham Əliyevin tam qələbəsindən bəhs edən müəllif builki seçkilərin xüsusi əhəmiyyət kəsb etdiyini, 30 illik işğaldan sonra ilk dəfə Azərbaycanın bütün suveren ərazilərini əhatə etdiyini diqqətə çatdırıb.

Milli suverenlik və ərazi bütövlüyü məsələsinin hər bir azərbaycanlı üçün mühüm məsələ olduğunu qeyd edən T.Marqolis İkinci Qarabağ müharibəsində tarixi Zəfərdən sonra Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş Prezident İlham Əliyevin Azərbaycan xalqı tərəfindən milli qəhrəman kimi alqışlarla qarşılandığını vurğulayıb.

Məqalədə müəllif, həmçinin ölkəmizdə keçirilmiş səsvermənin açıq və şəffaflığından söz açaraq onu dünyanın ən şəffaf seçkilərindən biri kimi qiymətləndirib. Bu xüsusda, T.Marqolis ölkə üzrə bütün seçki məntəqələrinin müvafiq prosedurlara uyğun təşkil edildiyini, sözügedən məntəqələrdə dünyanın 72 ölkəsindən və beynəlxalq qurumundan 790-dan çox rəsmi beynəlxalq müşahidəçinin, habelə 90 mindən çox azərbaycanlı müşahidəçinin, o cümlədən 83 -ə yaxın QHT, milli və beynəlxalq insan hüquqları üzrə nəzarət qruplarının nümayəndələrinin nəzarət prosesində fəal iştirak etdiyini, prosesə nəzarət üçün onlara geniş imkanlar yaradıldığını vurğulayıb.

Habelə, məqaləsində T.Marqolis prezidentliyə qeydə alınan namizədlərə yaradılan imkanlarla da bağlı fikirlərini bölüşüb.

Ölkəmizdə keçirilən demokratik seçkilərin digər amillərindən biri kimi ölkəmizin iqtisadi potensialından söz açan müəllif Prezident İlham Əliyevin, habelə Ümummilli Lider Heydər Əliyevin qurduğu strateji iqtisadi proqramlar sayəsində bu gün ölkəmizin regional iqtisadi gücə çevrildiyini bildirib.

Sonda məqalədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevə istinadən seçkilərin bütün Azərbaycan ərazilərini əhatə edən tarixi seçkilər olduğu, simvolik olaraq Ermənistanla münaqişənin sona çatmasına işarə etdiyi, sülh sazişinin imzalanmasına yeni qapılar açdığı, Cənubi Qafqazda hazırki çətin geosiyasi vəziyyətdə Azərbaycanın siyasi sabitliyini bir daha təsdiq etdiyi bildirilib.




Baxış sayı: 150
Ürək sağlamlığı diqqət mərkəzində Bu gün, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30