FACT-INFO.AZ » XƏBƏR » Sevinc Fətəliyeva: İrəvanın sözdə sülh tərəfdarı olmasından danışması imitasiyadan başqa bir şey deyil
14-02-2024, 10:30 | XƏBƏR
Sevinc Fətəliyeva: İrəvanın sözdə sülh tərəfdarı olmasından danışması imitasiyadan başqa bir şey deyil

Azərbaycan Cənubi Qafqazda sülh və əməkdaşlığın təmin olunmasında maraqlıdır. Ona görə də Ermənistana sülh sazişi imzalamağı təklif edib. Lakin Ermənistan bu təşəbbüsə adekvat cavab vermir. Rəsmi İrəvanın sözdə sülh tərəfdarı olmasından danışması imitasiyadan başqa bir şey deyil. Çünki Paşinyan hakimiyyəti bu addımı ilə beynəlxalq ictimaiyyəti aldatmağa çalışır.

Bu fikirləriMilli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva deyib.

Ermənistanın hər zaman qeyri-konstruktiv mövqe nümayiş etdirdiyini diqqətə çatdıran deputat İrəvanın 30 illik işğal siyasəti həyata keçirən zaman da sülhdən danışdığını vurğulayıb. Onun sözlərinə görə, burada məqsəd torpaqlarımızı daim işğal altında saxlaya bilmək olub. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin də heç bir nəticə verməməsi bunu təsdiqləyir. Çünki Ermənistan danışıqlara guya sülh tərəfdarı olması görüntüsü yaratmaq üçün qatılırdı. Sülh prosesində isə bir addım belə irəli addım atılmadı. Ona görə də Azərbaycan öz gücünə torpaqlarını işğaldan qurtararaq beynəlxalq hüququ təmin etdi. Lakin görünən odur ki, Ermənistan 44 günlük müharibədə ağır məğlubiyyətə uğramasından lazımi dərs çıxarmayıb. Rəsmi İrəvan xarici havadarlarının təhriki ilə sülh sazişi imzalamaqdan yayınır, revanşist iddialarla çıxış edir. Bu səbəbdəndir ki, son üç ildən artıq müddətdə törətdiyi təxribatlara görə Ordumuz tərəfindən layiqli cavab alsa da, erməni tərəfi “ənənəsi”ndən əl çəkmir. Fevralın 12-də Zəngilan istiqamətindəki mövqelərimizə atəş açılması və bir sərhədçimizin yaralanması da bunu təsdiqləyir.

S.Fətəliyeva qeyd edib ki, sərhədçimizin snayperlə vurulması Ermənistanın növbəti məqsədyönlü təxribatıdır. Bu günlərdə Ermənistan baş naziri Paşinyanın “The Telegraph” nəşrinə müsahibəsində aqressiv tonu da bu ölkənin növbəti təxribat hazırladığına işarədir. Digər tərəfdən Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komitəsinin sədr müavini Armen Xaçatryanın Ermənistanın Fransada, Hindistandan silah alması, silahlanma sahəsində böyük həcmdə iş aparılması, bunun nəticələrinin yaxın zamanlarda özünü göstərəcəyini deməsi də İrəvanın yeni hərbi təxribatların ola biləcəyini göstərir. Əsas məqamlardan biri odur ki, ermənilərin hərbi təxribatı Avropa İttifaqı bu ölkədəki müşahidə missiyasının (EUMA) monitorinq apardığı ərazidə baş verib. Hadisənin Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən və məqsədyönlü şəkildə törədildiyi, vəziyyətin gərginləşməsinə hesablandığı aydın görünür. Bu o deməkdir ki, Ermənistan Aİ missiyasının arxasında gizlənərək öz çirkin niyyətlərini reallaşdırmağa çalışır.

Deputat, həmçinin diqqətə çatdırıb ki, Aİ missiyasının genişləndirilməsinin, eləcə də Fransanın Ermənistanı silahlandırmasının regionda vəziyyətin gərginləşməsinə xidmət etdiyi Azərbaycan tərəfindən dəfələrlə vurğulanıb. Bir müddət əvvəl Fransa generalının Ermənistana səfəri və Azərbaycanla sərhədə gəlməsi, sərhəddə Çexiya vətəndaşın saxlanılması və digər faktlar Ermənistanın revanş planlarından hələ də əl çəkmədiyini nümayiş etdirir. Bunun sübutlarından biri də erməni snayperin gətirilib sərhəd mövqelərinə yerləşdirilməsidir.

“Azərbaycan əvvəlcədən Aİ missiyasının öz ərazisində yerləşdirilməsinə qəti şəkildə etiraz edib. Çünki müəyyən beynəlxalq dairələrin regionda hansı maraqlar güddüyü məlumdur. Ona görə də Avropa İttifaqı “müşahidə” ideyasından çəkinməli idi. Çünki istənilən halda EUMA-nın birtərəfli və qeyri-şəffaf fəaliyyət göstərməsi gözlənilən idi. Müəyyən qüvvələr uydurmalar əsasında bölgədə müharibə riskinin olduğuna dair məlumatlar yayaraq hərbi qarşıdurmaya zəmin yaratmaq istəyirlər, ona görə də belə təxribatlar törədilir. Görünən odur ki, bu oyunların təşkilatçıları üçün Ermənistan alətdir. Onlar çox gözəl başa düşürlər ki, Azərbaycan öz təhlükəsizliyinə, ərazi bütövlüyünə və dövlət suverenliyinə daimi təhlükələrin qarşısını həmişə alacaq”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.




Baxış sayı: 115
Ürək sağlamlığı diqqət mərkəzində Bu gün, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30