Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr edilmiş silsilə materiallar istifadəçilərə təqdim edilib.
Kitabxanadan Fact-info.az-a bildirilib ki, “Naxçıvan Muxtar Respublikası - 100” adlı virtual kitab sərgisi və məlumat bülletenində muxtar respublikanın 100 illiyinə dair Sərəncamın tam mətni, Naxçıvan diyarının qədim tarixi, zəngin mədəniyyəti, şəhər və rayonları haqqında məlumatlar öz əksini tapıb.
Materiallarda, həmçinin uzun illər erməni qəsbkarlarının buraya olan torpaq iddiaları, Naxçıvanın Azərbaycanın müstəqilliyi uğrunda atdığı cəsarətli addımlarla milli dövlətçiliyin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsi naminə nümayiş etdirdiyi fədakarlıqlar, tarixi əhəmiyyətli Qars və Moskva müqavilələri haqqında informasiya verilib.
Virtual kitab sərgisində Ulu Öndər Heydər Əliyevin Naxçıvan diyarının muxtariyyət alması haqqında söylədiyi dəyərli fikirlər, məhz Ümummilli Liderin uzaqgörənliyi sayəsində 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət rəmzi olaraq qəbul edilməsini əks etdirən tarixi görüntülər nümayiş olunub. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materiallarda “Heydər Əliyev və Naxçıvan tarixi məsələləri”, “Naxçıvan dövlət müstəqilliyi uğrunda mübarizənin dayağıdır”, “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”, “Naxçıvan xanlığı”, “Naxçıvanın təbii sərvətləri”, “Ermənistanın soyqırım və deportasiya siyasətində Naxçıvan”, “Naxçıvan ifaçılıq məktəbinin görkəmli nümayəndələri”, “Ulu Naxçıvanım”, “Naxçıvan ədəbi mühiti Şərq-Qərb kontekstində”, “Naxçıvanın türk-islam mədəniyyəti abidələri”, “Naxçıvanın məktəb tarixindən səhifələr” kimi 20-dən çox kitabın biblioqrafik təsviri və annotasiyası verilib.
Baxış sayı: 450
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
