Ötən il ərzində paytaxtda yerləşən abidə-binalarda fəaliyyət göstərən obyektlərdə qanunsuz yerləşdirilən, abidələrin xarici görkəmini pozan 400-dən artıq reklam lövhəsi, eləcə də digər müdaxilə halları müəyyən olunub.
Fact-info.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, müəyyən olunmuş qanunsuz müdaxilələr və yol verilmiş nöqsanlar aradan qaldırılıb.
Nöqsanların böyük hissəsi uzun illər ərzində abidələrin qanunun tələblərinə zidd olaraq istifadəsi nəticəsində yaranıb. Mülkiyyətçi və ya icarədarlar tərəfindən qanunsuz müdaxilələr, kommunikasiya xətlərinin çəkilməsi, məişət qurğularının vurulması, əlavə tikililər və artırmalar, tarixi tikilinin təyinatına uyğun gəlməyən istifadə halları kimi faktlar müəyyən edilib.
Baxış sayı: 150
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
