FACT-INFO.AZ » XƏBƏR » Azərbaycan idmanı üçün tarixi bir hadisə
12-02-2024, 10:30 | XƏBƏR
Azərbaycan idmanı üçün tarixi bir hadisə

Azərbaycanın qədim milli idman növü Çövkən Beynəlxalq Federasiyasının yaradılması Azərbaycan idmanı üçün çox doğru bir addım və tarixi bir hadisə oldu. Səmimi desəm, bu beynəlxalq federasiya indi yox 30 il əvvəl yaradılmalı idi. Çünki görünən odur ki, ötən illər ərzində milli idman növümüz Çövkən barədə ciddi düşünülməyib. Biz sanki Çövkəni polo adı ilə yadellilərə vermişdik. 
Çövkən idmanı ilə bağlı ilk və ən böyük uğurumuz 2013-cü ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə "Çövkən - Azərbaycanın ənənəvi Qarabağ atüstü oyunu"nun YUNESKO tərəfindən təcili qorunmağa ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi olmuşdur. Şükürlər olsun ki, beynəlxalq səviyyədə Çövkən idman növünün Azərbaycana məxsusluğunu ifadə edəcək ciddi bir addım atılıb.  Dövlət başçımız cənab İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın bu sahədə  diqqət və qayğısını xüsusi qeyd etmək istəyirəm. 
Düşünürəm ki, Gənclər və İdman Nazirliyi milli idman növlərinin inkişafında çox maraqlıdır. Bu mənada Azərbaycan Gənclər və İdman Nazirliyinə sözün həqiqi mənasında böyük alqış düşür. Təbii ki, bu işdə Azərbaycan Milli Olimpiya Komitəsinin və Azərbaycan Respublikası Atçılıq Federasiyasının dəstəyi danılmazdır.
Mən, həm millət vəkili olaraq, həm də  milli idman növü üzrə ilk Beynəlxaq təşkilat olan Dünya Alpaqut Federasiyasının prezidenti olaraq Beynəlxalq Çövkən Federasiyasına uğurlar arzulayıram. Biz, dövlətimizi dünya idman arenasında layiqincə təmsil edəcək milli idman növlərimizin inkişafına dəstək verməyə hər zaman hazırıq.

Jalə Əhmədova
Millət vəkili




Baxış sayı: 100
Ürək sağlamlığı diqqət mərkəzində Bu gün, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30