Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən sənədləri-Konstitusiyası, Müstəqillik haqqında Bəyannamə və digər administrativ aktları barədə müfəssəl təhlil hazırlayıb.
Mərkəzdən Fact-info.az-a verilən məlumata görə, təhlildə Ermənistanın Azərbaycan suverenliyi və ərazi bütövlüyünün tanınması və hörmət edilməsi ilə bağlı mövqeyinin qeyri-müəyyən xarakter daşıması, eləcə də bu yanaşmanın 2020-ci ildən sonra regional sülh və təhlükəsizlik üçün yaranan imkanlara təhdid törətdiyi vurğulanıb.
Araşdırmada qeyd edilib ki, hazırkı administrasiya tərəfindən 2021-ci ildə qəbul edilmiş hökumət proqramı daxil olmaqla, Ermənistanın konstitusion sənədləri Azərbaycana qarşı ərazi iddialarını ehtiva edir. Bu iddialar ya Azərbaycanın Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi, ya da müxtəlif vasitələrlə bu bölgənin ayrılmasına dəstək bəyanatları formasında ifadə edilir.
Təhlildə həmçinin Ermənistanın konstitusion sənədlərindən Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasının iki ölkə arasındakı sülh prosesinə əhəmiyyətli töhfə verəcəyi diqqətə çatdırılıb.
Baxış sayı: 120
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
