Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstan Respublikasının formalaşmış hökumətində yenidən təyin olunmuş baş nazirin müavini, xarici işlər naziri Murat Nurtleu arasında telefon danışığı baş tutub.
XİN-dən Fact-info.az-a verilən xəbərə görə, həmkarını Qazaxıstan Respublikasının baş nazirinin müavini, xarici işlər naziri vəzifəsinə yenidən təyin edilməsi münasibətilə təbrik edən nazir Ceyhun Bayramov, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycan və Qazaxıstan arasında mövcud ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyindən məmnunluqla bəhs edən nazir Ceyhun Bayramov, iki ölkə arasında dostluq, qardaşlıq, həmrəyliyə əsaslanan münasibətlərin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə dair əminliyini diqqətə çatdırıb.
Telefon danışığı zamanı, həmçinin Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri, o cümlədən regionda cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb
Baxış sayı: 85
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
