2023-ci il ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumlarına etibarlı və dayanıqlı məlumat mübadiləsi üçün qurulmuş “AzStateNet” şəbəkəsinin genişləndirilməsi məqsədilə ölkə üzrə ümümilikdə 550 km-ə yaxın fiber-optik kabel çəkilişi aparılıb.
Fact-info.az-a Dövlət Xidmətindən verilən xəbərə görə, respublikanın regionları üzrə istifadəyə verilmiş 300 km-ə yaxın optik kabelin 130 km-dən çoxu yalnız Qarabağ regionu üzrə bu şəbəkədə dövlət qurumlarının etibarlı məlumat mübadiləsi üçün çəkilib.
Bakı şəhəri və Abşeron yarımadasında isə “AzStateNet” şəbəkəsi üzrə əlavə 250 km-ə yaxın fiber-optik kabelin çəkilişi həyata keçirilib.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən qurulan “AzStateNet” şəbəkəsi üzərindən dövlət qurumlarına xüsusi təyinatlı rabitə xidmətləri ilə yanaşı telekommunikasiya kanallarının ayrılması, İnternet, Data və digər xidmətlər də göstərilir.
Baxış sayı: 120
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
