FACT-INFO.AZ » XƏBƏR » Professor Surəddin Zeynalov:  “Seçki Azərbaycanın tarixində, demokratik ənənələrin möhkəmlənməsində əhəmiyyətli məqamdır”
3-02-2024, 18:30 | XƏBƏR
Professor Surəddin Zeynalov:  “Seçki Azərbaycanın tarixində, demokratik ənənələrin möhkəmlənməsində əhəmiyyətli məqamdır”

Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ildən artıq doğma evlərindən didərgin düşən soydaşlarımız  bütün arzu və duyğularını ifadə edərək tarixi qələbəmizdən sonra öz yurdlarına qayıdırlar. Qayıdış  prosesi Azərbaycanın tarixi nailiyyətidir. Bu qələbəni, böyük uğurları bizə yaşadan Qarabağın fatehi, Ali Baş Komandan İlham Əliyevdir. Azərbaycanın tarixində ilk dəfə olaraq bütün suveren ərazilərimizdə seçkilər keçirilir. Bu gün həmin tarixi nailiyyəti dərk edirik, məhz ona görə, bu qələbəni bizə yaşadan liderə səs verəcəyik. Biz  millət olaraq uzun illər suveren, müstəqil, bütün ərazilərimizin azad olunması istəyində olmuşuq. Bu yolda Prezident İlham Əliyevin rəhbərliyi və düşünülmüş siyasəti nəticəsində çətin mübarizədən sonra qələbə qazandıq.

 Dövlət başçımızın heyrətamiz dərəcədə müdrik qərarları sayəsində ötən il  Qarabağdakı ermənipərəst separatçı qurum təslim oldu, hətta uzunmüddətli qarşıdurma imkanları belə aradan qaldırıldı.  Bu gün çox qürur hissilə qələbəmizi, bu tarixi anları yaşayırıq. Azərbaycanın hər bir məkanında bayrağımız dalğalanır.  Gerçəkdən böyük uğurdur işğaldan azad olunmuş bütün məkanlarda bayrağımız dalğalanır və belə tarixi məqamlara, seçki prosesinə şahidlik edirik. Bu gün biz vətəndaş olaraq əminik ki, bu seçki Azərbaycanın tarixində, demokratik ənənələrin möhkəmlənməsində əhəmiyyətli məqamdır.  

 Onu qeyd edim ki, Azərbaycan Qarabağda tarixi qələbə qazanmaqla, işğaldan azad olunmuş ərazilərə keçmiş məcburi köçkünləri köçürməklə  bərabər  beynəlxalq  proseslərdə öz sözünü deyir.  Prezident İlham Əliyev    milli maraqlarımızı əsas tutaraq çox düzgün, balanslaşdırılmış  siyasət həyata keçirərək, mürəkkəb coğrafiyada uğurlarımızı, qələbəmizi təmin edib. Azərbaycan öz maraqlarını məharətlə qoruyur və dünyanın böyük oyunçuları ilə qarşılıqlı fəaliyyət göstərir. Dünyanın iqtisadi-siyasi xəritəsinin müəyyən edilməsində həlledici faktorlardan biri olan nəhəng layihələrin gerçəkləşməsinə Azərbaycan öz töhfəsini verir. Belə tranzit layihələrdən yalnız region dövlətləri deyil, ümumilikdə  geniş coğrafiyada  iştirakçı ölkələr  faydalanacaq.

Təbii ki, biz bu uğurlu  prosesin davam edəcəyinə və qələbəmizin seçkidə bir daha təmin olunacağına əminik. Yekunda bu fikrimi bildirmək istəyirəm ki,  seçki  Azərbaycanımız, xalqımız, millətimiz və dövlətimiz üçün xeyirli-uğurlu olsun!

 Azərbaycan Tibb Universitetinin professoru 

Surəddin Zeynalov




Baxış sayı: 1 395
Ürək sağlamlığı diqqət mərkəzində Bu gün, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30