FACT-INFO.AZ » XƏBƏR » Tarix oxumayan, lakin tarix yazan Şəhidimizin bu gün doğum günüdür
3-02-2024, 08:30 | XƏBƏR
Tarix oxumayan, lakin tarix yazan Şəhidimizin bu gün doğum günüdür

Novruzov Şəhnin Şahlar oğlunun ailə üzvləri,  anası İlahə xanımla Xəzər rayonu Zirə qəsəbəsində görüşüb söhbət etdik. Anasının qeyd etdiyi kimi, Şəhnin tarix oxumasa da,  II Qarabağ müharibəsində  Zəfərimizin qazanılmasında tarix yazıb.
Övladının uşaqlıq dövrünə toxunan İlahə xanım bildirdi ki,  Şəhnin ibtidai sinfi bitirən kimi, biz  Xəzər rayonu Zirə qəsəbəsinə köçmüşük. Mən müxtəlif istixanalarda çalışırdım, o, isə uşaq olmasına baxmayaraq, hər zaman mənə yardımçı olurdu. Sonra Şəhnin tikinti sahələrində ustanın yanında fəhlə kimi, illər keçdikcə usta kimi çalışıb. Bəzən elə olurdu ki,  Şəhnin gedib Zirədəki daş karxanalarında çalışıb.  İmkansızlıqdan Şəhnin yalnız ibtidai təhsil ala bildi. 

Kədərini  boğmağa çalışan Şəhidin anası İlahə xanım fikrini davam etdirir:  “Şəhnin uşaqlıqdan zəhmətə, halallığa meylli olub. O, həm mənim dostum, sirdaşım, həm də övladım idi.  Mən dəfələrlə Şəhnini evləndirmək istəmişəm. O, isə evin, qardaşlarının maddi vəziyyətinin yaxşılaşdırandan sonra evlənəcəyini vəd edirdi. Yaşadığı Zirə qəsəbəsində hamının inşaat ustası kimi tanıdığı Şəhnin elə yollandığı döyüş meydanında da hərb sənətinin ustasına çevrilib, düşmənə qarşı amansız mübarizə aparır. Növbəti döyüşlərin birində Şəhid olur”.

 Xatırladırıq ki, Novruzov Şəhnin Şahlar oğlu 3 fevral 1998-ci ildə  Astaranın Səncərədi kəndində anadan olub. 2004-cü ildə E. Ağayev adına məktəbdə təhsil almağa başlayıb. 2007-ci ildə təhsilini yarımçıq qoyaraq ailəsi ilə birlikdə Bakının Zirə qəsəbəsinə köçüb.  

Şəhnin Novruzov 2016-2017-ci illərdə həqiqi hərbi xidmətdə olub.  2020-ci il sentyabrın 27-də könüllü olaraq hərbi xidmətə gedərək  Azərbaycanla Ermənistan arasında başlanan  II Qarabağ müharibəsi  zamanı cəbhənin müxtəlif istiqamətlərində döyüşüb. 20 oktyabr  2020-ci ildə   Xocavənd istiqamətində gedən döyüşlərdə Şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə"  medalı ilə təltif edilib. 

 Gerçəkdən Şəhnin orta məktəbdə tarix oxumasa da, döyüş meydanında tarix yazıb. Allah bütün Şəhidlərimizə rəhmət eləsin.

 Fact-info.az




Baxış sayı: 500
Ürək sağlamlığı diqqət mərkəzində Bu gün, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30