FACT-INFO.AZ » SİYASƏT » Fransa Milli Assambleyasında bu ölkənin müstəmləkəçi zorakılıqlarından danışılıb
2-02-2024, 10:00 | SİYASƏT
Fransa Milli Assambleyasında bu ölkənin müstəmləkəçi zorakılıqlarından danışılıb

Azadlıq və demokratiya dəyərlərini uca səslə iddia edən, lakin fundamental hüquqları pozan Fransa müstəmləkə siyasətini hələ də davam etdirir. Dənizaşırı ərazilərin və departamentlərin əhalisi hələ də ötən əsrlərdə fransız müstəmləkə siyasətinin travmalarından qurtula bilməyib. Müstəmləkəçiliyin, zorakılığın səbəb olduğu yaradan qurtulmaq, onların bir daha təkrarlanmaması və gənc nəslin əcdadlarının yaşadıqları bu əzab-əziyyəti unutmaması məqsədilə həmin ərazilərin yerli xalqlarının nümayəndələri seminarlar, kollokviumlar və konfranslar təşkil edir.

Parisdə Milli Assambleyada solçu demokrat və respublikaçı parlamentar qrupun və Lui Juane İnstitutunun (IFJD-Institut Louis Joinet) birgə təşkilatçılığı ilə “Qviananın hindi əhalisinə dair həqiqət komissiyası” adlı kollokvium keçirilib.

Fact-info.az xəbər verir ki, kollokviumda Qviananın hindu əhalisinin fransız müstəmləkəsi dövründə məruz qaldığı zorakılıqlara dair Lui Juane İnstitutunun (IFJD) hazırladığı hesabat, həmin zorakılıqlardan bəhs edən “Qvianalı uşaqlar irəli” adlı kitab haqqında ətraflı məlumat verilib. Həmçinin Moliko Alet+Po Assosiasiyasının kollokvium çərçivəsində müstəmləkə zorakılığının qurbanı olmuş hinduların fotolarından ibarət sərgisi diqqəti cəlb edib.

Kollokviumda 2000 hindu uşağın onların yaşayış tərzinin və dəyərlərinin tam əksi olan, eləcə də millin kimlik köklərini məhv edən fransız katolik internat məktəblərinə məcburi göndərilməsindən, “Homes” adlanan internat məktəblərdə müstəmləkəçilərin yerli uşaqlara qarşı müxtəlif zorakılıqlardan danışılıb.

Bildirilib ki, Qvianaya missiyalar çərçivəsində internatların keçmiş sakinləri ilə görüşlər təşkil olunub, onların xatirələri qeydə alınıb. Valideynlərindən zorla qoparılaraq internata yerləşdirilmiş uşaqlara öz ana dillərində, öz mədəniyyətlərindən, adət-ənənələrindən danışmaq qadağan edilib. Fransızların yaratdıqları bu internatların əsas məqsədi hindu uşaqlarını öz milli köklərindən uzaqlaşdırmaq və onlara fransız mədəniyyətini aşılamaq olub. İnternatlarda uşaqlara qarşı törədilmiş cinsi zorakılıqdan da söz açılıb. Bildirilib ki, internatların keçmiş sakinlərindən bəziləri dəfələrlə cinsi zorakılığa məruz qaldıqlarını etiraf ediblər. Fransız müstəmləkəçilər hinduları daim alçaldıb, onları vəhşi adlandıraraq, heyvan kimi davranıblar.

Çox kiçik yaşda, hətta bəzən 5 yaşı olmadan ailə mühitindən ayrılan bu uşaqlar sərt qaydalarla yaşayırdılar. Çox erkən yaşda qayda və cəzalarla yaşamağa məcbur edilən bu uşaqlar hindulara yad yeməkləri zorla yeməli idilər. İnternatlarda müntəzəm olaraq fiziki zorakılıqlar da tətbiq edilib. Uşaqlar yumruq, çubuq, təpik və kəmər ilə cəzalandırılırdı.

Kilsənin təşəbbüsü ilə yaradılmış bu katolik internat məktəbləri 1949-cü ildən Fransa dövləti tərəfindən dəstəklənib və maliyyələşdirilib. Bu katolik internat məktəbin keşişlərindən olan İv Barbotənin sözləri müstəmləkə məqsədini aydın əks etdirir: “Hinduların təkamül etməsinə kömək göstərmək üçün onları ailələrindən mümkün qədər tam ayırmaq və yetimlər kimi böyütmək lazımdır”. Bu fikir Qviana hindularını öz köklərindən necə uzaqlaşdırmaq istəyini aydın şəkildə göstərir. Yerli əhalini öz kökündən uzaqlaşdırma onlara qarşı qətllər, işgəncələr, köləlik kimi birbaşa və radikal, eləcə də tərbiyəvi assimilyasiya tədbirləri, ənənəvi yaşayış mühitinin məhv edilməsi, aborigen dillərin unudulması üçün repressiv təhsil kimi dolayı yollar vasitəsilə aparılıb. Yerli həyat tərzinin mütərəqqi dekonstruksiyasına dair “sivilləşdirici” istək iddiası ilə bu zorakılıq kollektiv və fərdi şəxsiyyət travmasının spesifik formasını yaradıb.

Tədbirdə qeyd edilib ki, toplanmış şahid ifadələri Həqiqət Razılaşma Komissiyasının (CVR) yaradılması zərurəti doğurur. Bu komissiya yerli əhaliyə qarşı törədilmiş zorakılığın ciddiliyini və spesifikliyini qiymətləndirmək üçün ən uyğun qurumdur. Həqiqət Razılaşma Komissiyası kompensasiya, tibbi yardım və restitusiya kimi fərdi və qurbanların şərəfinə abidələr ucaldılması, yaxud məktəb dərsliklərinə repressiya epizodlarına həsr olunmuş yeni fəsillərin daxil edilməsi kimi kollektiv təzminat tədbirləri görərək, zorakılığın təkrarlanmasının qarşısını almağa kömək göstərə bilər.




 




Baxış sayı: 140
Ürək sağlamlığı diqqət mərkəzində Bu gün, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30